Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

40-cı paralel üzərində…

40-cı paralel üzərində…

Çin səfərindən qeydlər

Bakı, 7 may, AZƏRTAC

Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr departamentinin təşkilatçılığı ilə keçirilən “Siyasi partiyalar: media üzərindən əməkdaşlıq” seminarında iştirakımız yaddaqalan bir tarixlə başladı.

Çin Xalq Respublikasına, Pekinə gəldiyimiz gün - 20 aprel tarixi 2010-cu ildə BMT tərəfindən Çin Dili Günü elan olunub və hər il qeyd edilir.

Ümumiyyətlə, Çin dili, Çin yazı mədəniyyəti özünün mistik, mürəkkəb energetikası ilə fərqlənir.

Hissin, səsin, hadisənin şəklini çəkən Çin heroqlifi Çin milli təfəkkürünün təkmilləşməsində istisnasız rol oynayıb, - desək, yanılmarıq.

Əslində, Çin xarakterinin və ümumilikdə, “Çin möcüzəsi”nin açar şriftlərini də elə heroqliflərin bətnində axtarmaq gərəkdir.

Əsrlər boyu Çin yazı mədəniyyəti, Çin heroqlifləri Çin milli xarakterinə oturuşmuş dəyərlər aşılaya bilib.

Bu gün predmetin, hadisənin (ətraf mühitin, geosiyasətin, dünyada gedən proseslərin, qloballaşmanın) əvvəlcə şəklini çəkib mənzərəni dəqiqləşdirmək, sonra mənzərəyə adekvat davranaraq onu milli məzmunla zənginləşdirmək!

Hazırda Çin dövlətinin fəaliyyətini təmin edən, onun immunitetinə və mövcudluğuna təminat verən, rəqabət potensialını artıran, inkişaf doktrinasını müəyyən edən başlıca amil elə məhz budur.

Heroqlif vərdişi. Bu fenomenlə Çin tarixi ilə, Çin iqtisadiyyatı ilə bağlı bir çox mətləbin izahı mümkündür, o cümlədən çoxları kimi məni də düşündürən bir sualın cavabının.

Sovetlər İttifaqı və Çin Xalq Respublikası eyni ideya üzərində qurulmuşdu.

Hər ikisi sosialist düşərgəsini təmsil edirdi.

Ötən əsrin sonlarında azacıq islahat mehi - dalğası, küləyi yox, xəfif mehi - Sovetlər Birliyinin əsaslarını sarsıtdı.

Sovet İttifaqı çökdü.

Amma gözləntilərə rəğmən, Çin Kommunist Partiyası duruş gətirdi.

Nəinki duruş gətirə bildi, yeni islahatlar kursunu elan edib ölkəsini dünyanın iqtisadi mərkəzlərindən birinə çevirə bildi.

Hətta bu da son nailiyyət deyil. Mütəxəssislərin təhlilinə görə, Çin iqtisadiyyatı qarşıdakı illər ərzində daha sürətlə böyüyəcək.

Səbəb isə birdir. Heroqlif vərdişi. Hadisələri, ideyaları kopyalamadan dərk edib, mənimsəyə bildiyin qədər təsvir və tətbiq etmək.

Çin Xalq Respublikasının ilk lideri Mao Tszedun da məhz belə etmişdi.

Mao Tszedun sosializmə Çin cizgiləri əlavə etdi, ideyanı yerli şəraitə uyğunlaşdırdı.

Nəticədə Çin Sosialist Hərəkatının beynəlxalq şəraitdən asılılığını minimuma endirə bildi.

Düzdür, fərqlilik sosialist liqasının liderliyinə iddiaçı olan Sovetlər İttifaqı ilə soyuqluğa səbəb oldu.

Amma zaman bu fərqlilik üçün Çin liderinə bəraət qazandırdı.

Hazırkı Çin liderləri də fərqlənməyi bacarırlar.

Fərqlilik Çin Xalq Respublikası üçün yaşam modelidir.

Fərqlilik modernləşmə yolunda Çinin əsas müttəfiqidir.

Fərqlilik Çini dünyanın yeni imkanları çərçivəsində yeni inkişaf mərhələsinə daşıyır.

Və fərqlilik onlara siyasi-iqtisadi uğurlar gətirməkdədir...

10 gün (20 aprel-30 aprel 2024) davam edən “Siyasi partiyalar: media üzərindən əməkdaşlıq” seminarı da fərqli və çevik yanaşmanın bir nümunəsi sayıla bilər.

Seminarda 31 ölkədən siyasi partiya və media nümayəndələri təmsil olunurdular.

Təmsilçilik müxtəlif və fərqli olsa da, bütün seminar iştirakçıları bir nöqtədə həmrəy idilər. Dünya sürətlə dəyişir. Həyat bir yerdə dayanmır. Yeni texnologiyalar və innovasiyalar həyatımıza sürətlə daxil olur.

Hər bir yenilik özü ilə birlikdə yeni rifah və yeni qaydalar gətirir.

Belə bir şəraitdə siyasi partiyaların məsuliyyət dairəsi də xeyli genişlənir.

Hər bir siyasi partiya və onun lideri öz imici barədə daha həssas düşünməyə məcbur olur. Çünki siyasi partiyanın cəmiyyətdəki yeri onun imici ilə şərtlənir.

Siyasi partiyanın, siyasi liderin imici bilavasitə xalqın inamından və etimadından asılıdır.

Bir az da konkretləşdirsək, insanların inamı bir siyasi partiya üçün əvəzolunmaz enerji mənbəyidir.

Bu mövzu ilə bağlı seminarda səsləndirdiyim nümunələri “Yeni Azərbaycan”ın oxucuları ilə paylaşmaq faydalı olardı.

Məsələn, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin həyatı yaxşı nümunə ola bilər.

Məlumdur ki, Heydər Əliyev Sovetlər İttifaqının rəhbər orqanı - Siyasi Büronun üzvü idi.

Sovet İttifaqının mövcud olduğu 70 il ərzində Siyasi Büronun cəmi 229 üzvü olmuşdu.

Amma Sovetlər dağılandan sonra çoxları həmin 229 şəxsi xatırlamır.

Sağ qalanların özləri, dünyasını dəyişənlərin isə xatirələri imperiyanın xarabaları altında itib-batdılar.

Yalnız Heydər Əliyev istisnadır.

Soruşula bilər: Heydər Əliyevin sirri nədədir?

Əlbəttə ki, bu sualın cavabını xalqın inamında axtarmaq lazımdır.

Yüz illər boyunca sınaqdan keçirilmiş sosial normalar var.

Xalq bir liderə ikinci dəfə ona görə inanır ki, o lider xalqın etimadını bir dəfə doğrulda bilib.

Məhz bu səbəbdən xalq Heydər Əliyevi ikinci dəfə hakimiyyətə gətirdi.

Bu gün Azərbaycan xalqının yaddaşında O, milli şüur hadisəsi kimi yaşayır.

Başqa bir misal.

Məsələn, Çin Kommunist Partiyası.

Burada da Çin xalqının mövqeyi həlledici rol oynayıb

Görünür ki, Çin liderləri zamanında öz xalqı ilə effektiv ünsiyyət yarada biliblər.

İndi isə bir qədər fərqli vəziyyət yaranıb.

Ənənəvi media mütəmadi olaraq sosial medianın təzyiqi altındadır.

Hətta ənənəvi medianın sosial mediaya uduzduğu da deyilir.

Baxmayaraq ki, bu iddianı da birmənalı qəbul etmək düzgün olmazdı.

Ancaq sosial medianın gücü və təsiri danılmazdır.

Bu faktla hesablaşarkən sosial mediaya münasibətdə bəzi məqamlar nəzərə alınmalıdır.

Xüsusi qeyd olunmalıdır ki, sosial media üzərindən dövlətlərə, hakimiyyətlərə, liderlərə edilən basqılar bir məqsədə xidmət edir: ənənəvi dayaqları sıradan çıxarmaq və əvvəl öz oyun qaydalarını, növbəti mərhələdə öz şərtlərini qəbul etdirmək.

Ona görə də biz sosial medianı bir fakt kimi qəbul etməklə bərabər onun əsirinə çevrilməməliyik.

Biz yalnız öz məntiqimizi və legitimliyimizi qorumaq şərti ilə istənilən sosial platformada iştirak edə bilərik.

Təəssüf ki, feyk xəbərlər təkcə sosial medianın “sevimli” aləti kimi istifadə olunmur.

Burada bəzi Qərb KİV-ləri də bu cür metodlardan çəkinmədən bəhrələnirlər.

Bu cür təzyiqlər Azərbaycana yaxşı tanışdır.

Yerli kanallara müsahibəsində Azərbaycan Prezidenti belə münasibəti çox dəqiqliklə de-şifrə edir. “Başımızı qatmaq istəyirlər. İstəyirlər ki, diktatura, insan haqları mövzusu ilə bizə təsir edib öz imicimiz barədə düşünməyə məcbur etsinlər. Ölkənin, xalqın, dövlətin strateji hədəfləri unudulsun”.

Azərbaycan Prezidenti həmişə bir qayda olaraq vurğulayır ki, Onun imicini müəyyənləşdirən əsas faktor Azərbaycan xalqının Ona münasibətidir...

Səfər boyu həm Çin rəsmiləri ilə görüşdə, həm fərdi söhbətlərdə Azərbaycana xüsusi diqqətin şahidi olduq.

Çinli həmkarlarımıza Çin liderinin axırıncı Davos İqtisadi Forumunda Azərbaycan Prezidentini “Çinin böyük dostu” adlandırdığını xatırladanda eyni münasibəti görürdüm: “Azərbaycan əməkdaşlıqda dürüst, dostluğa sadiq bir ölkədir”.

Azərbaycanla əməkdaşlığın böyük perspektivinə inanırlar.

Belə bir əməkdaşlıq üçün ciddi resurslar var.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yaxın əlaqələrin qurulması davam edir.

Söhbətlərimizdə ötən il YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çinə səfərinin əhəmiyyəti xüsusi qeyd edildi.

Yeri gəlmişkən, bu il Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında rəsmi əlaqələrin qurulmasından 25 il ötür.

Azərbaycan Çin Prezidentinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub və platformaya ardıcıl dəstək verir.

Bu da təsadüfi deyil. İpək yolu həmişə azərbaycanlıların alt şüurunda Çinlə əlaqələrimizin aktiv fazası kimi mövcudluğunu saxlaya bilib.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa- Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə əsas inkişaf trayektoriyasının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Qayıdaq 10 günlük səfərin əsas məqamlarına...

Pekindən sonra seminar iki əyalətdə davam etdi.

Henan vilayətinə dəmir yolu ilə, sürət qatarı ilə gəldik.

Henan vilayətində 100 milyondan çox əhali yaşayır.

Geniş, hamar yollar, böyük körpülər, yaşıllıq, səliqə-sahman elə Pekindəki kimidir.

Çinin əyalət şəhərləri paytaxtdan heç nə ilə geridə qalmır.

Təbii ki, bu da balanslaşdırılmış iqtisadi siyasətin mühüm göstəricisidr.

Henan vilayətindən təyyarə ilə Nançan şəhərinə üz tutduq.

Nançan Ciansi vilayətinin mərkəzidir.

Eyni sözləri bu vilayət haqqında da demək mümkündür.

Paytaxtdan heç nə ilə geridə qalmır...

Ümumiyyətlə, Çin dövlətinin siyasi və iqtisadi gücü ölkənin hər qarışında özünü açıq-aşkar büruzə verir.

Paytaxt və əyalət şəhərləri, mərkəz və ucqar bir-birini uğurla tamamlayır.

Çinə 10 günlük səfər təəssüratımızı bir neçə bənddə ümumiləşdirsək...

1. Səfərin baş tutduğu 2024-cü il Çin təqvimi üzrə əjdaha ilidir.

Əjdaha özündə güc və müdrikliyi simvolizə edir.

Mən Çində olarkən gücün və müdrikliyin vəhdətini hər addımda, ünsiyyətdə olduğum hər bir çinlinin davranışında hiss edə bildim.

2. Çinlilər mühafizəkardırlar.

Amma yenilikçi mühafizəkar!

Bu mühafizəkarlıq keçmişin xiffəti üzərində köklənməyib, birbaşa gələcəyə hesablanıb.

Çinlilər tarixləri ilə, keçmişləri ilə, bu günləri ilə bağlı yaxşı nə varsa, gələcək naminə mühafizə edirlər.

Keramika sənətinə, keramika muzeyinə münasibət dediklərimə əyani sübut ola bilər.

3. Söhbət zamanı çinlilər, sanki, dilləri, ağızları ilə deyil, ürəkləri ilə danışırlar.

Ürəklə danışdıqları kimi, ürəklə, həm də inadla çalışırlar.

Dost olmaqla bərabər dostluq üçün körpü salmağı sevirlər.

Seminar zamanı müxtəlif ölkələrdən gəlmiş həmkarlarımızla əlaqə yarada bildik.

İndi də onlarla “we chat” vasitəsilə yazışırıq.

Yeri gəlmişkən, “we chat” çinlilərin yaratdığı bir sosial platformadır.

4. Qonaqpərvər və diqqətcildirlər.

Seminar iştirakçılarına münasibət bizi müşayiət edən əməkdaşdan tutmuş Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr departamentinin müdir müavini xanım Sun Hayana kimi eyni idi: səmimi, emosional və ehtiramlı.

5. Zəki və özündən əmin bir Çin gəncliyi yetişir.

Bu gənclik ölkəsinin gələcəyinə böyük ümidlə baxır və bu gələcək üçün hər cür fədakarlığa hazırdır.

6. Texnologiyalara və innovasiyalara tez uyğunlaşırlar.

Bu mövzuda arzuları, hədəfləri sonsuzdur.

Ziyarət etdiyim Çin tədqiqat mərkəzlərinin birində deyildiyi kimi: “Çinlilər arzularını kosmosa yerləşdirirlər”.

7. Tarixləri, ölkələri ilə bağlı deyilən hər fakta fövqəladə bir sevgi ilə yanaşırlar.

Tarixçi bir alimə böyük Azərbaycan şairi Nizami Gəncəvinin hələ XI əsrdə Çin qızlarının gözəlliyindən və zəkasından bəhs ediyini deyirəm.

O da dərhal əlavə edir ki, demək, Çin-Azərbaycan əlaqələri daha keçmişə gedib çıxır.

Çünki Nizami Gəncəvidə birdən-birə o qənaət yarana bilməzdi. Mən də razılaşıram.

Həmin internetdə Nizami Gəncəvi haqqında axtarış başlayır.

8. Gənclərə müstəqil yaşamaq, müstəqil karyera qazanmaq vərdişləri aşılanır.

Məsələn, bizi müşayiət edən gənc əməkdaşların əksəriyyəti valideynlərindən uzaqda yaşayıb fəaliyyət göstərdiklərini deyirdilər.

Bu, çox mükəmməl bir həyat məktəbidir.

9. Hər şeydən öncə Çin xalqının böyük ürəyi var.

Bu, kommunikasiya üçün hər cür texnologiyadan və innovasiyalardan vacib bir vasitədir.

Böyük ürək onları böyük hədəflərə doğru apara biləcək.

10. Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi bir istək var.

Əslində, Çinlə Azərbaycan bir təbii-coğrafi düzəni paylaşırlar.

Hər iki ölkənin paytaxtı Pekin və Bakı eyni enlikdə - 40-cı paraleldə yerləşir.

Bəlkə də, 40-cı paralel “Bir kəmər, bir yol” layihəsinin başqa bir dəqiq adıdır.

P.S. Vətən müharibəsindən sonra 4 rəqəmi azərbaycanlıların uğur simvoluna çevrilib.

Alqış Həsənoğlu

“Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublar VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNƏCƏK VİDEO

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib VİDEO

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan gimnastı: Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir

İsveçin təhsil naziri: Məktəblərimizdə cinayətkarlar çalışır

Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

“Qız qalası əfsanəsi” filminin 100 ili tamam olur

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Yığma üzvü: Nəticəmizi dəstək sayəsində əldə etdik

Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər

Bakı və Moskva Rusiyanın Xankəndidə baş konsulluğunun yaradılması məsələsini müzakirə ediblər

Qum fırtınası haqqında bilmədiklərimiz

Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb VİDEO

Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Bakıda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mühazirə təşkil olunub