Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Ağıllı kaska”, elektrik avtomobil və “EkoRobot” ixtira edən gənclərin hədəfi insanlara yararlı robototexnika istehsal etməkdir

“Ağıllı kaska”, elektrik avtomobil və “EkoRobot” ixtira edən gənclərin hədəfi insanlara yararlı robototexnika istehsal etməkdir

Bakı, 13 fevral, AZƏRTAC

Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də robotlara maraq artıb. Bunu ölkəmizdə keçirilən robot olimpiadaları və yarışlarda iştirak edən komandaların sayının artması da sübut edir. 2020-ci ildə həm yerli, həm də beynəlxalq səviyyədə ölkəmizi təmsil edən “SUMbuilders” ölkənin texnologiya sahəsində ən gənc və yüksək potensiallı komandalarından biridir. “Ağıllı kaska”, elektrik avtomobil və “EkoRobot” ixtira edən gənclərin əsas hədəfi Azərbaycanın bu sahədə nailiyyətlərini beynəlxalq səviyyədə daha da yüksəltmək, insanlara yararlı olacaq robototexnika və proqramlar istehsal etməkdir.

AZƏRTAC-a müsahibəsi zamanı beynəlxalq və yerli layihələrə mentor, ekspert və mühəndis kimi dəvət alan Tural Süleymanov ölkəmizdə robototexnika sahəsinə artan maraq və əldə olunmuş beynəlxalq nailiyyətlər, həmçinin gələcək planları barədə danışıb.

“Uşaqlıq illərindən texniki fənlərə böyük marağım olub. Sonra biliklərimi mühəndislik sahəsində tətbiq etməyə başladım. Bu sahədə çox böyük perspektivlərin olduğunu görəndən sonra ölkəmizi bu sahədə beynəlxalq səviyyədə təmsil etmək istədim. Bu məqsədə doğru gedən yolda dostlar qazandım və komanda öz-özlüyündən yarandı. Ətrafımdakı məktəblilər və gənclər də bu sahəyə maraq göstərməyə başladılar. Komanda üzvlərimizin əksəriyyəti bizə öz istəyi ilə könüllü qoşulub. İlk öncə Sumqayıtda fəaliyyətə başladıq və xidmətlərimiz qısa zamanda geniş yayıldı. Artıq bizə robototexnika və proqram təminatını öyrənmək üçün təkcə Bakıdan deyil, regionlardan da müraciətlər gəlməyə başladı. Hazırda ölkə xaricində də komanda üzvlərimiz var. Yəni biz bu gün özümüzə beynəlxalq komanda deyə bilirik. Çünki bu gün Azərbaycanın paytaxtı və regionlarla yanaşı, Amerika, Çexiya, Türkiyə və digər bir sıra ölkələrdən də bizim üzvlərimiz var. Onlar onlayn şəkildə fəaliyyət göstərirlər. Bizim əsas fəaliyyət istiqamətlərimiz - təlim, olimpiadalarda iştirak və istehsaldır. Bu üç istiqamətdə komandamız fəaliyyət göstərir və artıq bir sıra uğurlarımız var”, - deyə Tural Süleymanov vurğulayıb.

İlk öncə “SUMbuilders” müraciət edən məktəbli və tələbələrə müxtəlif seçdikləri mövzuya uyğun təlim keçdiklərini və sahənin dərinliklərini öyrətdiklərini qeyd edən T.Süleymanov bildirib ki, bu xüsusilə, robototexnika və proqramlaşmaya aiddir: “Müəssisə üzrə nəzəri-praktiki biliklər veririk. Daha sonra bu təlimlərdə müəyyən səriştə, bacarıq əldə etmiş şagird və tələbələri olimpiadalara cəlb edirik. Təcrübəyə gəlincə, onlar olimpiadalarda həm ciddi təcrübə əldə etmiş olurlar, həm də ölkəmizi beynəlxalq səviyyədə təmsil edirlər. Artıq bizim komandalarımızın çox gözəl nailiyyətləri var. Bu sahəyə Azərbaycanda son illər diqqət artıb. İnnovasiya mühəndisliyi sahəsində ölkəmizdə çoxsaylı yeni layihələr həyata keçirilir və bu gün əminliklə deyə bilərəm ki, ən böyük prestijli layihələrin birində bizim də adımız var. Bu da çox sevindirici haldır ki, bu nailiyyətlərimizi son 3 ildə əldə etmişik. Yəni bu sahəyə hələ üç ildir ki, gəlmişik və belə böyük uğurlara imza atmışıq”.

Robototexnika və proqramlaşdırma sahəsində işlərin zaman aldığını deyən Tural Süleymanov şagirdlərin bu sahəyə sıfırdan başlamasını, elə də böyük təcrübələrinin olmamasını, lakin bu təcrübəyə görə çox ciddi uğurların olmasına diqqət çəkib.

“İlk dəfə 2022-ci ildə Bakıda keçirilən “Teknofest Azərbaycan” texnologiya festivalına “SUMbuilders” komandası olaraq qatıldıq. Həmin yarışmada bir sıra kateqoriya üzrə bizim finalçılarımız oldu. “Teknofest Azərbaycan”da məktəblilərin robototexnika yarışmasında birinci yeri tutduq. “Smart Helmet” – “Ağıllı kaska” layihəsi sayəsində müəssisələrdə işçilərin təhlükəsizliyinin təmin edilməsi və 7/24 məsafədən nəzarət mümkündür. Layihə “Teknofest Azərbaycan” finalında 1-ci yeri qazanıb. Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar tərəfindən mükafatlandırılıb. Bu, uşaqlar üçün belə kiçik yaşda böyük bir sevinc və qürur hissi oldu. Kiçik yaşda belə bir mükafatın prezidentlər tərəfindən təqdim olunması uşaqlarımızı gələcək uğurlara həvəsləndirdi.

Daha sonra, yenə bu festival çərçivəsində “3D printer” texnologiyası üzrə 150 komanda arasında bir neçə seçim mərhələsindən keçərək bizim komandamız üçüncülük əldə etdi. Həmçinin bizim təşkilatda ekspert, mentor fəaliyyəti var. Hazırda mən özüm şəxsən beynəlxalq layihələrə dəvət alan mentor kimi, eləcə də “Teknofest”in daxilində keçirilən beynəlxalq “TakeOff Sammiti İstanbul”a dəvət almışdım. 2021-ci ildə həmin layihədə beynəlxalq komandalara İstanbulda mentorluq dəstəyi göstərdim, eləcə də 2022-ci ildə Azərbaycanda keçirilən “Teknofest” daxilində keçirilmiş startap sammitində mentor münsiflər heyətinin üzvü kimi orada da Azərbaycanı təmsil etmişəm. Bizim fəaliyyətimizin əsas məqsədi insanlara yararlı olacaq texnologiyalar ərsəyə gətirməkdir. Bizim düzəltdiyimiz robot texnologiyaları nümunələri olimpiadalarda iştirakdan sonra istehsala gedir. Olimpiadada uşaqların hazırladıqları layihələrin yarışmalardan sonra bir məhsula çevrilməsində maraqlıyıq. Əsas diqqət etdiyimiz məsələlərdən biri də, bu məhsulların biznes potensialının olmasıdır. Bu səbəbdən bütün layihələrimizin demək olar ki, biznes potensialı var. Misal üçün, “Teknofest” üçün hazırladığımız “ağıllı kaska” layihəmiz artıq bir neçə şirkətlərə təklif olunub və ciddi marağa səbəb olub”, - deyə T.Süleymanov əlavə edib.

Ölkəmizi həm yerli, həm də beynəlxalq səviyyədə təmsil edən “SUMbuilders” komandasının təsisçisi qeyd edir ki, Azərbaycanda hər il Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Sabahın alimləri” respublika müsabiqəsi keçirilir. Tədqiqat xarakterli yarışmada bir neçə ildir ki, ardıcıl olaraq iştirak edirlər: “Hər il orada nailiyyətlər, medallar qazanırıq və ötən il mütəxəssis alimi olduğum “EkoRobot” layihəsi Azərbaycan üzrə qızıl medal qazanaraq Azərbaycanı Amerikada keçirilən “Beynəlxalq Elm Təhsil” sərgisində Azərbaycanı təmsil etmək hüququ əldə etdi. Sözügedən robot süni intellektdən istifadə edərək kiçik su hövzələrində tullantıları toplaya bilir. Onun mexaniki dizaynı, aparat və proqram təminatı yerli istehsaldır və tamamilə “SUMbuilders”ə məxsusdur. Layihə “Teknofest Azərbaycan”ın finalında və beynəlxalq “STEAM Azərbaycan” festivalında sərgilənib, “Sabahın alimləri” XII Respublika müsabiqəsində qızıl medal qazanıb. Nəticədə ölkəmizi ABŞ-da keçiriləcək beynəlxalq “ISEF 2023“ sərgisində təmsil etmək haqqını əldə edib. Bizim şagirdlərimiz milli komanda şəklində Amerikada Azərbaycanı uğurla təmsil etdilər. Daha sonra hər il Azərbaycanda Gənclər və İdman Nazirliyinin və bir sıra dövlət qurumlarının dəstəyi ilə keçirilən Robot olimpiadasında da uğurlarımız var. Ötən il olimpiadanın digər qalibləri arasında da robototexnika, proqramlaşdırma və mühəndislik üzrə ilk addımlarını bizimlə atmış “SUMbuilders” üzvləri “FIRST® LEGO® League” Azərbaycan yerli turnirində “Gələcəyin Mühəndisləri Nominasiyası” qalib olublar.

Azərbaycan üç əsas yaş qrupundan keçirilən olimpiadada iki kateqoriyada qaliblər məhz bizim komandamız oldu. Digər yaş qrupunda da ikinci yeri tutduq. Həmin birinci yer tutan şagirdlərimiz Gənclər və İdman Nazirliyinin dəstəyi ilə milli komanda şəklində Panamada Azərbaycanı uğurla təmsil etdi və bu günədək Azərbaycanın qazandığı ən yaxşı nəticəni əldə etdilər. Təbii ki, ora dünya olimpiadasıdır. Bizim ölkədə bu işlər bir qədər son illərdə inkişaf edib deyə, orada illərlə bu sahə ilə məşğul olan mentorların şagirdləri, komandalar var. Təbii ki, onlarla rəqabət aparmaq asan deyil. Amma ona rəğmən hər il ölkəmiz daha da irəliləyir. Həmin Beynəlxalq Robot Olimpiadasında da bizim komandamızın əsas amalı ölkə nəticələrimizi yüksəltmək idi. Buna da nail olduq. Eləcə də beynəlxalq komanda olaraq özümüz də beynəlxalq yarışlara dəvət alırıq. Həm ekspert mentor kimi, həm də komanda şəklində iştirakçı olaraq Azərbaycanı təmsil edirik. Bu məqsədlə ötən il Rusiyada keçirilən iki böyük layihədə iştirak etdik. Bu, beynəlxalq səviyyəli layihələr idi. “Yüksək texnologiyalar” çempionatı və “Professionallar” çempionatına məhz Azərbaycandan bizim komanda dəvət aldı və orada elektronika müəssisələrinin kibertəhlükəsizliyi üzrə və dron proqramlaşdırılması üzrə iştirak etdik. Müvafiq olaraq ikinci və üçüncü yerlərin mükafatını qazandıq. Bu, daha çox praktiki yarış idi. Çünki burada biz dronlarla proqram yazırdıq, elektronik dövrələr üzərində uşaqlar işləyirdilər. Real müəssisənin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər görüldü. Yarışın nəticəsi kimi, “Zəfər” komandası “Tanıtım və Yayqınlaştırma Ödülü” ilə təltif edilib. Bizim “Buta” elektrikli avtomobil layihəmiz uğur qazanıb. Azərbaycan ilk dəfə məhz bu avtomobil vasitəsilə “Efficiency Challenge Elektrikli Avtomobil” yarışmasında (“Teknofest Türkiyə”) uğurla təmsil olunub. “SUMbuilders” layihədə tərəfdaş şirkət kimi təmsil olunub, eyni zamanda, komandaya elektrik və avtomatika üzrə mentorluq dəstəyi göstərmişəm”.

Hazırda ölkəmizdə robototexnika və proqramlaşdırma sahəsində yaş kateqoriyasının müxtəlifliyini vurğulayan T.Süleymanov deyib:

“Bizim komandaların yaş kateqoriyası da fərqli olur. Mənim fikrimcə, bu sahəyə marağı olan uşaqları 5-6 yaşdan başlayaraq bu istiqamətə cəlb etmək olar. Hazırda bizə 20 yaşlarda da tələbələr müraciət edir. Azərbaycanda bu sahəyə çox böyük dəstək göstərilir. Son illər ölkəmizdə müxtəlif beynəlxalq səviyyəli yarışlar, robot olimpiadaları, xüsusi qrant layihələri keçirilir. Burada məktəblilərə, müəllimlərə, yeni layihələr təqdim edən komandalara xüsusi diqqət göstərilir. Biz də bu qrant layihələrdən yararlananlardanıq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən bizə dəstək olur ki, bu dəstək vasitəsilə müəyyən avadanlıqlarımız təmin olunub”, - deyə T.Suleymanov vurğulayıb.

Gələcək planları və komandanın iştirak edəcəyi yarışlar barədə məlumat verən Tural Süleymanov bildirib ki, yaxın müddətdə Kazanda böyük bir yarışda ölkəmizi təmsil edəcək: “Kazanda çox böyük robot yarışması keçiriləcək. Bu yarışmanın 300 min dollar dəyərində mükafat fondu var. Çox sevindirici haldır ki, komandamız bu yarışmaya dəvət alıb. Azərbaycanı bu yarışda uğurla təmsil edəcəyimizə əminəm. Belə yarışlar həm də uşaqlar üçün bir stimul olur, həm maddi tərəfdən motivasiya, həm də yeni çalışmalarının bəhrəsini görmək məqsədi ilə çox böyük bir şansdır. Məlum olduğu kimi, bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda keçiriləcək. COP29-la bağlı ölkəmizdə işlərin görülməsinə başlanılıb. Düşünürəm ki, biz “EkoRobot” layihəmizi daha da təkmilləşdirib bu konfransda təqdim edə bilərik. Ümumilikdə ekologiya ilə bağlı layihələr bizim fəaliyyətimizdə önəmli yer tutur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib