REGİONLAR
Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb
Bakı, 7 may, AZƏRTAC
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində piyada keçidinin tikintisi yekunlaşıb.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır.
Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2024 [15:17]
Şərurda ot tayasında yanğın baş verib
- 28.05.2024 [15:00]
Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb
- 28.05.2024 [14:38]
Naxçıvan şəhərində moped yanıb
- 28.05.2024 [12:30]
Babək rayonunda minik avtomobilində yanğın baş verib
- 28.05.2024 [07:36]
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
- 27.05.2024 [23:44]
Zaqatalada 44 yaşlı qadın qətlə yetirilib
- 27.05.2024 [21:46]