Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Bakı, 19 mart, Pərvanə Qafarova, AZƏRTAC

Floristika dekorativ-tətbiqi sənət və dizayn müxtəlifliyidir. Bu populyar istiqamət canlı çiçəklər, yarpaqlar, meyvələr, giləmeyvə salxımları, konfetlər və rəngarəng dekorlar əsasında buketlər hazırlamağa imkan yaradır.

Aytən Məhərrəmova hələ uşaqlıq illərində çiçəkləri və müxtəlif bitkiləri yetişdirməyə və onlara qulluq etməyi sevirdi. Florist xanım AZƏRTAC-ın müxbiri ilə söhbəti əsnasında öz işindən, çiçək və bitkilərin insanların həyatına və sağlamlığına təsirindən bəhs edib.

O deyib: “Bu sənətə sevgim uşaqlıqdan başlayıb. Mən uzun müddətdir dekorasiya ilə məşğulam. Bir gün dostum mənə instaqram səhifəsi açmağı məsləhət gördü. Mən onun məsləhətinə əməl etdim və doqquz ilə yaxındır ki, davam etdirdiyim bir bloqa başladım”.

Həmsöhbətimizin sözlərinə görə, onun fəaliyyətinin inkişafında “ABAD” Ailə Biznesinə Dəstək Mərkəzinin böyük rolu olub: “ABAD-ın dəstəyi sayəsində hobbi biznesə çevrilib. Son iki-üç ildə məhz onların dəstəyi ilə fəaliyyətimizi genişləndirmişik. Onlara bəzilərinin fotoşəkillərdə olduğu əl işlərimi təqdim etdim və böyük məmnuniyyətlə mənimlə əməkdaşlıq etməyə başladılar”.

Brendin loqosunu Aytən Məhərrəmovanın o vaxt cəmi 14 yaşı olan qardaşı qızı çəkib. “Dövlət dəstəyi sayəsində biz öz brendimizi təşkil edərək tam yarada bildik və bu məsələyə ciddi yanaşdıq. Onu da qeyd edim ki, əsərlərim yarmarkalarda, festivallarda təqdim olunub”, - deyə florist deyir.

Aytən xanım gələcək planlarından da danışıb: “Həyat yoldaşım da mənim kimi “ABAD”ın dəstəyi ilə öz biznesini açıb. Müxtəlif bitkilər yetişdirdiyimiz istixanalarımız var. Gələcəkdə bəlkə birlikdə kiçik bir salon və ya butik açacağıq ki, orada əsərlərimizi sataq. Bizim yaxın gələcək üçün böyük planlarımız var: brendi tanıtmaq, genişləndirmək və ya əksinə, bu sahədə daha dərinə getmək”.

İxtisası iqtisadçı olsa da, Aytən xanım yaradıcılıq aləminə qərq olub, sənət və sənətkarlıqla məşğul olub. Sonra çiçək dizayneri öz əl işlərini satışa çıxarmağa başladı. O, bəzi xırda detallardan göz oxşayan, həm də fayda gətirən gözəl əsərlər yaratmağa başlayıb: “Bir çox qadınlar ailəsi ilə sevimli işi arasında seçim etmək məcburiyyətində qalırlar. Amma mən bu dilemma ilə üzləşmək istəmirdim. Niyə də bütün cəhətləri birləşdirməyək; yaxşı ana, yaxşı həyat yoldaşı olmaqla bərabər, həm də sevdiyiniz işlə məşğul ola bilərsiniz”.

Sənətkarın sözlərinə görə, onun üçün çiçəklər parlaq və son dərəcə gözəl bir dünyadır, burada çoxlu yaxşı və xeyirxah, ən əsası isə faydalı məqamlar var. Florariumlar (bitki yetişdirmək üçün nəzərdə tutulmuş şəffaf şüşə qab - red.) yaratmaq ideyası onda Bakıda azərbaycanlı sənətkar qadınların əl işlərindən ibarət xeyriyyə sərgisini ziyarət edərkən yaranıb. “Bundan sonra botanika və çiçəkçiliklə məşğul olmağa başladım. Təəssüf ki, internetdə rus və Azərbaycan dillərində çiçəkçiliklə bağlı çox az məlumat var idi və mən ingilisdilli saytlardan material almalı oldum”, -deyə o xatırlayır.

Aytən Məhərrəmova qeyd edir ki, bitkini əkərkən, torpaq mühüm rol oynayır. O, əvvəlcə adi torpağa çiçəklər əkdi, lakin bir müddət sonra bitki zəiflədi və yarpaqlarını itirdi. Sonra məlum oldu ki, bitkilərin xüsusi torpağa, onların böyüməsinə və çiçək açmasına kömək edən əkin sisteminə ehtiyacı var.

Aytən xanım bunu belə izah edir: “Təbiətlə təmas hər bir insan üçün vacibdir. Xüsusən şəhərdə yaşayanlar üçün. Çünki gündəlik rejim bizə təbiətin gözəlliyindən həzz almağa imkan vermir. Bitkilər və çiçəklər insan sağlamlığı üçün vacib olan mənəvi qidamızdır. Çiçəklər hər evdə olmalıdır. Onlar gözəlliklə yanaşı, insan sağlamlığına da xeyir verir, orqanizmin immunitetini gücləndirir. Hər kəsə məsləhət görürəm ki, evdə öz gülləri olsun. Allergiyadan əziyyət çəkən insanlara əvvəlcədən həkimə müraciət etməyi tövsiyə edirəm, çünki uyğun bitki seçilməlidir. Burada işıqlandırma və bitkiyə qulluq da böyük əhəmiyyət kəsb edir. Çünki elə hallar olur ki, adam gül alır və bir müddət sonra o, quruyub saralır. Burada problem onun səhv seçilməsindədir. Belə məqamlarda mən də onların köməyinə gəlirəm: hər biri üçün fərdi olaraq uyğun olan çiçəyi necə seçməyi, bu bitkinin hansı fayda və ya zərər verə biləcəyini və ona necə qulluq etməyi məsləhət görürəm”.

Florist xanım deyir: “COVID-19 pandemiyası zamanı insanlar ən çox aloeni müalicəvi xüsusiyyətlərinə görə alırdılar. İltihab əleyhinə təsirinə görə aloe şirəsi dəri xəstəliklərinin kompleks müalicəsində də istifadə olunur. Aloe, həmçinin mədə-bağırsaq patologiyası olan insanlar tərəfindən iltihabi prosesləri, xoraları müalicə etmək üçün və həzm şirələrinin ifrazı pozulduqda qəbul edilir. Aloe ilə yanaşı, kalanxoe bitkisi də məşhur idi. Kalanxoenin müalicəvi xüsusiyyətləri bir çox həkimlər tərəfindən qəbul edilir. Həm xalq təbabətində, həm də peşəkar tibb praktikasından bu bitkidən geniş istifadə olunur. Bu gün onun əsasında bir çox resept mövcuddur. Ondan tinktura, həlimlər, məlhəmlər və s. hazırlamaq üçün istifadə edə bilərsiniz. Kalanxoe də antibakterial xüsusiyyətlərə malikdir və havanı dezinfeksiya edir. Bitkilər arasında zəruri amin turşularını əmələ gətirənlər də var”.

Aytən Məhərrəmovanın sözlərinə görə, elə bitkilər var ki, çox gözəldir, ancaq azyaşlı uşaqları, ev heyvanları olanlar, allergiyadan əziyyət çəkənlər onları ala bilmir. O əlavə edir: “Bu bitkilərdən biri də diffenbaxiya (dilsiz qamış) bitkisidir. Çox gözəldir və havanı mükəmməl təmizləyir, amma evdə kiçik uşaqları və ya ev heyvanları olanlara tövsiyə etmirəm, çünki yarpaqla təmasda allergik reaksiya yarana bilər. Allergiyası olan insanlar üçün hipoallergen bitkilər seçirik”.

Həmsöhbətimiz bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasına da toxunub. O qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Təbii ki, biz hamımız, bütün Azərbaycan vətəndaşları öz ekologiyamızı qorumağa, ətraf mühitin qayğısına qalmağa çalışırıq. Sosial şəbəkələrdəki səhifəmdə işlərimi nümayiş etdirmək və bitkilər haqqında faydalı məlumatlar dərc etməklə yanaşı, insanları təbiətimizi qorumağa və mühafizə etməyə çağırıram. Əgər hər bir insan bir ağac, bitki və ya çiçək əkib meşəni, sahilləri və ümumiyyətlə təbiəti çirkləndirməsə, bütün bunlar bütövlükdə planetimizi xilas etmək yolunda böyük bir addım olardı”.

Aytən xanım tez-tez ekoloji tədbirlər təşkil edir. O, bununla bağlı deyir: “Ailəmlə tez-tez şəhərdən kənara gedirəm, sahildə zibil yığıram. Biz bunu təbiətimizi qorumaq naminə edirik, baxmayaraq ki, Azərbaycanda bu xeyirxah işlə bir çox təşkilatlar məşğul olur. Bununla belə, hesab edirəm ki, öz sağlamlığının qeydinə qalmaq, ətraf mühitə qayğı göstərmək hər bir insanın borcudur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub YENİLƏNİB-2 VİDEO

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH