ELM VƏ TƏHSİL
DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib
Bakı, 18 may, AZƏRTAC
Mən ali məktəblərə tələbə qəbulu müsabiqəsində imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edirəm. Onların qeydiyyatı mayın 31-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib.
“Lakin iyunun 1-i gəlib çatanda yenə kimsə deyəcək ki, qeydiyyatdan keçməmişəm. Xahiş edirəm, bu məsələdə diqqətli olmaq lazımdır. Bu, hər bir şəxsin öz məsuliyyətidir. Ali məktəbə qəbul olmaq istəyən şəxs vaxtında qeydiyyatdan keçməlidir”, - deyə M.Abbaszadə qeyd edib.