CƏMİYYƏT
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 6 may, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 14-də Mingəçevir şəhərindən, Yevlax, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Nizami Gəncəvi pr, 61) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (022) 333 55 95, (050) 211-68-89, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.