DÜNYA
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
Kiyev, 26 aprel, AZƏRTAC
Kiyevin Boqatırskaya küçəsində yerləşən iki xəstəxana təcili olaraq təxliyə edilir. Onlardan biri uşaq xəstəxanasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər Dövlət Administrasiyası Telegram kanalında məlumat yayıb. Administrasiyanın məlumatına görə, təxliyə Rusiyanın internet mediasında faktiki olaraq həmin tibb müəssisələrinə hücum elan edildiyi ilə bağlı videonun geniş yayılması səbəbindən başlayıb. Bu xəstəxanalarda guya hərbçilərin olduğu deyilir.
“Bu, tamamilə yalandır və paytaxtın sosial infrastrukturuna hücum üçün istifadə olunan düşmən təxribatıdır. Hazırda Kiyev rəhbərliyi xəstə uşaqları, onların valideynlərini və tibb işçilərini qorumaq üçün əlindən gələni edir. Xəstələr və həkimlər paytaxtdakı digər tibb müəssisələrinə daşınır”, - deyə məlumatda qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]