Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Bakı, 6 may, AZƏRTAC

Gürcüstan hakimiyyəti ölkədə xarici donorların fəaliyyətini məhdudlaşdırmaq istəyir və bunun üçün artıq ikinci cəhdinə başlayıb. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən Gürcüstan parlamentinə təqdim olunması və 83 deputat tərəfindən birinci oxunuşda dəstəklənməsi Gürcüstan cəmiyyətini yenidən iki cəbhəyə ayırıb – qanunun tərəfdarlarına və əleyhdarlarına. Layihə qəbul olunarsa, illik gəlirlərinin 20 faizindən çoxu xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və media qurumları qeydiyyatdan keçməlidirlər. Həmçinin bu halda onlara “Xarici dövlətin maraqlarını müdafiə edən təşkilat” statusu veriləcək. Əslində, belə qanunlar bir çox ölkələrdə mövcuddur və ən sərt qanun Amerika Birləşmiş Ştatlarındadır. “ABŞ-da Xarici Agentliklərin Qeydiyyatı Aktı” (Foreign Agents Registration Act-FARA) 1938-ci ildə qəbul olunub. Bundan əlavə, ABŞ-da qeyri-kommersiya qurumlarının və medianın xarici təsirlərdən qorunmasına yönələn digər sərt aktlar da mövcuddur. Bununla belə, ABŞ və bəzi Qərb dövlətləri üçüncü ölkələrdə qeyri-kommersiya qurumlarını, medianı və siyasi partiyaları maliyyələşdirən xarici donorların fəaliyyətini məhdudlaşdıran istənilən qanunvericilik təşəbbüsünə qarşı çıxırlar.

Bu sözləri AZƏRTAC–a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

O qeyd edib ki, bəzi dövlətlər daxili və xarici təzyiq qarşısında geri çəkilir və xarici donorların fəaliyyətinə geniş yer verirlər. Nəticədə bir sıra hallarda ölkədə dövlət institutları zəifləyir, qanunvericilik sistemi dəyişir və müxtəlif maraqlara xidmət edən çoxsaylı qeyri-kommersiya təşkilatları, media orqanları, hətta partiyalar yaranır. Məsələn, Qırğızıstan bu təsirlərdən ən çox ziyan çəkmiş ölkədir. Xarici donorların ölkələrdə təsir dairələrini genişlədirmək üçün istifadə etdiyi bir neçə üsul mövcuddur. Bunlar “yumşaq güc” (soft power) və ya “yumşaq təsir”, “sərt güc” (hard power), yaxud “sərt təsir” kimi vasitələrdir. Lakin son dövrlərdə bəzi supergüclərin tətbiq etdiyi təsir üsulları içərisində həm güc, həm də yumşaq təsir elementləri olan, lakin bunlarla məhdudlaşmayan “ağıllı güc” (smart power) və ya “ağıllı təsir” siyasəti də görünməkdədir. “Yumşaq təsir” donorları ilə “sərt təsir” donorlarının siyasətləri tam fərqlidir. Buna misal kimi ABŞ-ın bəzi fondlarını göstərmək olar. Bəzi ABŞ fondları və mərkəzləri, o cümlədən onların maliyyələşdirən USAID-in özü ölkələrdə legitim fəaliyyət göstərərək “yumşaq təsir” alətlərindən geniş istifadə edir. Ölkələrin hakimiyyətlərlə və hakimiyyətə yaxın olan qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq yaradaraq tədricən ölkə qanunvericiliyinin onların maraqlarına uyğun dəyişməsinə, regionlarda vətəndaş cəmiyyəti şəbəkələrinin yaranmasına nail olurlar.

Sahib Məmmədov deyib ki, “sərt təsir” donorlarına ən “parlaq” misal isə ABŞ fondu olan NED-i (The National Endowment for Democracy) göstərmək olar. Bu və radikal mövqeli digər donorlar ölkələrdə fəaliyyət göstərən QHT-ləri, media orqanlarını, ayrı-ayrı fəalları gizli və ya aşkar şəkildə maliyyələşdirməklə hakimiyyətlərə təzyiq vasitəsi kimi istifadə edirlər. Yumşaq və sərt donorların maneəsiz fəaliyyəti Qırğızıstanda daxili sabitliyi uzun müddət poza bilmiş, nəticədə ölkədə bir neçə dəfə hakimiyyət dəyişikliyi baş vermişdir. Hazırda Qırğızıstan Prezidenti Sadır Japarov xarici təsirlərin azaldılmasına yönələn tədbirlər həyata keçirməkdədir. Qeyd olunmalıdır ki, bəzən “yumşaq” təsir donorları ölkələr üçün daha təhlükəli olur. ABŞ hər iki vasitədən, son vaxtlar isə həm də “ağıllı güc” (smart power) və ya “ağıllı təsir” mexanizmlərindən istifadə edir. Vaşinqton bununla da “yumşaq təsir”dən yararlanmaqla etməklə dövlətləri onun strateji maraqlarına zidd fəaliyyətlərdən çəkindirmək üsulları ilə yanaşı, “arzu olunanı məcbur etmədən əldə etmək” siyasətini də geniş həyata keçirir.

“Hazırda Gürcüstan hakimiyyəti ölkədə artmaqda olan təsirləri azaltmaq üçün qanunvericiliyi dəyişmək istəyir. Bu ölkəyə kənar təsir o qədər artıb ki, hakimiyyətin daxilində də parçalanma mövcuddur. Bu məsələdə Prezident ilə hökumət arasında ziddiyyət belə yaranıb. Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır. Bu ölkənin hakimiyyəti, vətəndaş cəmiyyəti, siyasi partiya və kilsə tamamilə müxtəlif kənar qüvvələrdən asılıdır. Bu baxımdan ölkədə daxili sabitlik davamlı olaraq pozulur. Ermənistan hakimiyyəti müstəqil qərarlar qəbul edə bilmir. Sülh prosesləri də bu səbəbdən ləngiyir. ABŞ donorlarının Azərbaycandakı legitim fəaliyyəti bir qədər zəifləsə də, “sərt təsir” donorları fəaliyyətlərini davam etdirirlər. NED təşkilatı buna əyani misaldır. NED Azərbaycanda dini, sosial qarşıdurma yaratmaq məqsədilə ölkədəki bəzi QHT-ləri, qeyri-formal qrupları, sosial şəbəkə üzərindən yayımlanan kanalları, bəzi onlayn media saytlarını gizli şəkildə maliyyələşdirir. Bu qurum həm xarici ölkədə fəaliyyət göstərən, həm də daxildə mövcud olan resipiyentlər vasitəsilə ölkədaxili proseslərə təsir istiqamətində fəaliyyətlərini davam etdirir. Həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkədə fəaliyyətini davam etdirir, “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında” Sazişin verdiyi vergi və sosial ödəmə güzəştlərindən də bəhrələnir”, - deyən hüquq müdafiəçisi bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizə kənar təsirlər minimuma endirib və bütün risklərin qarşısı alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Latviya Parlamentinin sədri Şuşaya gəlib

Ağsu dolaylarında asfalt çöküb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub YENİLƏNİB-2 VİDEO

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib