Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsveçdə yaşayan Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır - MÜSAHİBƏ

İsveçdə yaşayan Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır - MÜSAHİBƏ

Stokholm, 19 aprel, Nərgiz Cəfərli, АZƏRTAC

2000-ci ilin əvvəllərində İsveçin Höteborq şəhərində məskunlaşan azərbaycanlı alim, elmlər doktoru, yazıçı, peşəkar tərcüməçi Səadət Kərimi AZƏRTAC-ın müxbirinin həmsöhbəti olub. S.Kərimi müsahibəsində İsveçdə keçirdiyi 24 illik yaradıcılıqla, elmi fəaliyyətlə dolu yolundan bəhs edib.

Müsahibəni təqdim edirik.

-Səadət xanım, əvvəlcə istərdik oxucularımıza İsveçə köçməzdən əvvəlki həyatınız barədə danışasınız...

-Mən Göyçay şəhərində ziyalı ailədə doğulmuşam. Həm anam, həm atam üçün milli dəyərlərimiz çox vacib olub və məni bu ruhda böyüdüblər. Bütün uğurlarımı onlara borcluyam. Göyçayda 3 saylı beynəlmiləl rus məktəbində oxumuşam. Həmin məktəb o zaman regionun və respublikanın ən böyük və ən yaxşı məktəblərindən biri idi. Xalqımızın bir çox tanınmış ziyalısı həmin məktəbdə təhsil alıb. Mənim riyaziyyat müəllimim rəhmətlik Ağarəhim Rəhimov Rusiya İmperiyasının Qori Müəllimlər Seminariyasını fərqlənmə ilə bitirmiş şəxs idi. Bəlkə də ona görə məktəbimizin məzunlarından bir çoxu güclü riyaziyyatçı oldu.

Orta məktəbi bitirib Sankt-Peterburq Dövlət Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) dissertant kimi elmi fəaliyyətə başladım və RMİ-də dissertasiyanı müdafiə edib fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsini aldım.

1994-cü ildən İsveçə gələnə qədər, Azərbaycan Milli Elmlər Akademiyasının “İzvestiya Nauk Azerbaycana”, “Transactions of Academy of Sciences of Azerbaijan”, “Proceedings of Academy of Sciences of Azerbaijan. Mathematics and Mechanics” elmi jurnallarının riyaziyyat, fizika və texniki elmlər üzrə məsul katibi vəzifəsində çalışdım. İngilis və rus dillərinə tərcümə, redaktorluq və korrektura işlərində məsul olmuşam. Hələ Bakıda yaşayarkən AMEA nəzdində Avropa Komissiyası üçün Azərbaycan elminə aid müxtəlif layihələrdə işlər görmüşdüm.

İsveçə köçəndə 29 yaşım vardı və artıq Azərbaycanda tanınmış riyaziyyatçı, Azərbaycan Milli Elmlər Akademiyasının alimi idim.

-Necə oldu ki, məhz İsveçə köçdünüz?

-Xaricdə yaşamağı heç vaxt arzulamamışam. Sankt-Peterburqda oxuyub Bakıya qayıtdıqdan sonra Vətəndə yaşamağın ləzzətini çıxarmaq istəyirdim. Çünki qürbətin nə olduğunu artıq bilirdim. Ailəmə, qohumlarıma və dostlarıma yaxın olmaq, həsrət çəkmədən yaşamaq istəyirdim. Lakin 1999-cu ildə, həyatımdan və işimdən məmnun ikən qarşıma çalışdığım institutda Təbriz əsilli bir riyaziyyatçı soydaşımız çıxdı. Bir-birimizi çox sevir və gözəl anlayırdıq. Millət, cəmiyyət, müasirlik və ailə ilə bağlı fikirlərimiz üst-üstə düşürdü. Bu, mənim həyatımda nadir hal idi. O, mənimlə ailə qurmaq istədi, amma İsveç vətəndaşı idi. Beləliklə, İsveçə köçəsi oldum. İndi bir qızımız və bir oğlumuz var. Qızım Höteborq Universitetinin Tibb fakültəsinin ikinci kurs tələbəsidir. Oğlum isə liseyin ikinci kursunda oxuyur, əlaçıdır, mühəndis olmağı düşünür. Övladlarım Azərbaycan dilində gözəl bilirlər və mədəniyyətimizi çox sevirlər.

-İsveçin Höteborq Universitetində dosent vəzifəsində çalışırsınız. İsveç dili ana dili olmayan şəxs üçün bu bir zirvədir. Bu dili öyrənərkən hansı çətinliklərlə üzləşmisiniz?

-Mən gəldiyim ilk gündən İsveç dili ilə çox intensiv məşğul oldum. Təkcə mühacirlər üçün təhsil ocaqlarında verilən dil kursları ilə kifayətlənmədim. Çoxlu bədii ədəbiyyat oxudum, filmlərə baxdım, gündəlik qəzetləri oxudum və isveçlilərlə ünsiyyətdə oldum. İstəyirdim bir etnik elm adamı olaraq dili isveçlinin səviyyəsində mənimsəyim və ixtisasım üzrə işləyim. İngilis və rus dillərini bilməyim də kömək oldu. İxtisasım üzrə, yəni riyaziyyat üzrə işləsəm də mənə İsveçin ali təhsil sistemi həm maraqlı gəldiyi, həm də ödənişsiz olduğu üçün universitetdə İsveç dili üzrə, sonra həm də ingilis və rus dilləri üzrə ali təhsil alaraq filoloq ixtisasına yiyələndim. Hədəfim peşəkar tərcüməçi, təhlilçi, ədəbi tənqidçi olmaq, Azərbaycan və türk irsini tanıtmaq idi. Əlbəttə, çətinliklər oldu. İsveçdə yaşlı nəsil arasında qabaqcadan mühakimə yürüdən insanlar hələ də çoxdur. Onlar bir əcnəbinin, xüsusilə də qərbi avropalı olmayan bir şəxsin bir elmə “onlar” səviyyəsində sahiblənməsini qəbul edə bilmirlər. Demokratik davranmaq naminə açıq bildirməsələr də, bu, hiss olunur. Ona görə də hər yeni işdə özünü təsdiq etmək zaman alır.

İsveçə gəldikdən sonra təhsil və elmi dərəcənin təsdiqini aldım və bir il ərzində Umea şəhərində eyniadlı universitetdə işə başladım. Bir neçə il sonra İsveç sisteminə uyğun yeni doktorluq işimi müdafiə edib elmlər doktoru dərəcəsini aldım. O zamandan bəri riyaziyyat sahəsi üzrə müxtəlif elmi jurnallarda əlliyə yaxın məqaləm dərc olunub, müxtəlif ölkələrdə yüzdən çox elmi konfranslarda iştirak etmişəm. 2016-cı ildən Umea Universitetində, 2021-ci ildən isə Höteborq Universitetində dosent vəzifəsində çalışıram. Həmin ildən bu günədək İsveçin riyaziyyat elmləri üzrə birgə SONOMA elmi mərkəzində tədqiqatçı-alim kimi, baş elmi işçi vəzifəsində işləyirəm. Sonrakı illərdə İsveçin bir neçə universitetində çalışdım. Eyni zamanda, İsveçdə Filologiya və Dilçilik üzrə (ingilis dili və ədəbiyyat, ingilis dilinin tarixi, rus dili və rus dilinin tarixi, İsveç dili və ədəbiyyat, İsveç dilinin öyrənilməsi və inkişafı) təhsil almışam. 2018-ci ildə magistr, 2020-ci ildə isə master dərəcəsinə yiyələnmişəm.

-Səadət xanım, siz bir neçə kitabın müəllifisiniz. Kitablarınız və onların ərsəyə gəlməsi ilə bağlı fikirləriniz maraqlı olar.

-O vaxt İsveçə gələrkən bu ölkədə bir dənə də olsun Azərbaycan ədəbiyyatı yox idi. Azərbaycan haqqında İsveç cəmiyyəti ümumən heç nə bilmirdi. Bəziləri “Əli və Nino” əsərini deyirlər, amma mən o kitabı oxudum və demək istərdim ki, həmin əsər alman dilindən İsveç dilinə 1932-ci ildə tərcümə olunub. Kitab o dövrün şərtlərinə görə az sayda çap olunub və demək olar ki, 60-cı illərdən sonra unudulub. Son illərdə yenidən həmin əsərə maraq yaranıb. Ancaq kitabı oxuyan heç bir isveçli anlamaz ki, bunun yazarı azərbaycanlıdır və ya hadisələr Azərbaycanda cərəyan edir. O kitabda heç bir “Azərbaycan“ kəlməsi yoxdur. İsveç dilində Azərbaycana aid materiallar olsun deyə hər gün nə isə yazmağa başladım. İlk illər məqalələr və esselər çap edirdim, Vikipediya yaranandan sonra orada Azərbaycan mədəniyyətinə, tarixinə və coğrafiyasına aid məqalələr yerləşdirməyə başladım.

Kitabı ərsəyə gətirmək həm çox bahadır, həm də heç vaxt mənim sponsorum olmayıb. O səbəbdən, iki romanı nisbətən ucuz və az tanınan nəşriyyatda çıxardım, “Azərbaycan Respublikası (1918-1920)” kitabı isə tanınmış və bahalı “Sivart” nəşriyyatında İsveçdəki Azərbaycan Federasiyasının maliyyə dəstəyi ilə işıq üzü gördü. “Əks-sədalar. Şahidlər Qarabağdan, Təbrizdən və İrəvandan danışır” kitabımı isə Vətən müharibəsi vaxtı, 2020-ci ilin oktyabrında nəşr etdirmək üçün qızıl qolbağımı satdım. Sevinirəm ki, həmin əsərdə verilən mətnlər müharibə vaxtı informasiya savaşında xalqımıza böyük kömək oldu.

-Siz İsveç Tərcüməçilər Birliyinin üzvüsünüz. Azərbaycan dilindən İsveç və ingilis dilinə tərcümə etmək nə dərəcədə çətindir?

-Bədii əsər tərcümə etmək çox çətin işdir, çünki İsveç dilində məndən əvvəl birbaşa Azərbaycan dilindən tərcümələr olmadığından nümunə və ya baza yox idi, bu işi “iynə ilə gör qazmaq” kimi, araşdıra-araşdıra, səbirlə etmişəm. Həm də nəşriyyatlar ingilis, fransız, ispan, italyan və s. “populyar mədəniyyətlərdən” olmayan bədii əsərləri götürmək istəmirlər, çünki alıcı marağı çox aşağıdır. Bu sahədə də mübarizəm böyük oldu. Mən bu tərcümələri təmənnasız, işdən sonra, “boş vaxtımda” etmişəm.

İndi yazıçı Əzizə Cəfərzadənin “Bakı 1501” tarixi romanını tərcümə edirəm. Bu əsərdə Əzizə Cəfərzadə Şah İsmayıl Xətainin dövrünə aid qədim sözlərdən çox istifadə edib və əsər hər sahəyə aid faktlarla, dialoq və poeziya nümunələri ilə zəngindir. Ona görə də bədii əsəri keyfiyyətli tərcümə etmək üçün təkcə iki müasir və standart dili bilmək kifayət deyil, həm də geniş mütaliə və araşdırma aparmaq lazımdır. Bu romanı tərcümə etməklə mən həm də Xətainin məsnəvilərini və qəzəllərini tərcümə etmişəm. Yəni, çətin işdir, amma bilirəm ki, bu, həm Azərbaycan elminə və mədəniyyətinə, həm də dünya ədəbiyyatına böyük bir töhfə olacaq. İndi olmasa da, gələcək nəsillər bunun təsirini hiss edəcəklər. Bu səbəbdən mən əziyyətə qatlanıram, yaradıcılığımla fəxr edirəm, şərəf duyuram.

Mənim tərcümə və redaktorluq etdiyim bir neçə kitab və film var. Onların arasında Ədalət Tahirzadə və Dilqəm Əhmədin müəllifi olduğu “Azərbaycan Cümhuriyyəti 1918-1920” , Vahid Qazinin “Çöl Qala” romanı, Norveçdə yaşayan güneyli soydaşımız, yazar Məmmədrza Təbrizlinin “Qartal”, doktor Pərvanə Məmmədlinin “Güney Azərbaycanın mətbuat tarixi”, Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanı işıq üzü gördü.

2022-ci ildə Stokholmda “Mədəniyyət kodu – Şuşa” LONGREAD layihəsi ictimaiyyətə təqdim edildi. Layihə azərbaycanlı jurnalist, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova tərəfindən hazırlanıb. LONGREAD rus, ingilis və İsveç dillərində hazırlanıb. İsveç dilində belə bir layihənin hazırlanması bir ilkdir, bir növ tarixi hadisədir. İsveç dilində olan materialın tərcüməsi mənə aiddir.

-Azərbaycan haqqında İsveçdə bir neçə konfrans, tədbir və ədəbi gecə keçirmisiniz. Maraqlıdır, isveçli həmkarlarınız bu cür tədbirləri maraqla qarşılayırmı?

-Bəli, çox sayda konfransım, çıxışlarım olub. Hətta 2017-ci ildə İsveç Parlamentində 1918-ci il Mart soyqırımı mövzusunda çıxış etmişəm.

Konfranslarım Azərbaycanın dahi şəxsiyyətlərinə, Azərbaycan tarixində mühüm və qan yaddaşı günlərinə həsr olunub. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Nəsimi, Nizami, Şəhriyar və Əzizə Cəfərzadənin yubileylərinə, Vətən müharibəsinin Zəfərinə, Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konfranslar təşkil etmişəm. 8 Mart - Beynəlxalq Qadınlar Günündə şəhid analarına və xanımlarına həsr olunmuş konfrans və maddi yardım kampaniyası təşkil etmişdim. Bundan əlavə hər il İsveç universitetlərində 20 Yanvar, Xocalı soyqırımına və ana dili mövzularına aid konfranslar keçirirəm. İsveçli həmkarlarımız üçün bu tədbirlərin məzmunu maraqlı gəlir. Lakin, isveçlilər bizim düşündüyümüzdən daha ehtiyatlıdırlar. Dəvət olunduqları tədbirin siyasi və ya təbliğat xarakterli olmadığına əmin olmaq istəyirlər. Ona görə də daha çox isveçlini cəlb etmək uzun illər aldı. Bu ilin mart ayında “Azərbaycan qadınlarının cəmiyyətdə unikal rolu” mövzusunda ədəbi-bədii tədbir həyata keçirdik. İş yoldaşlarım da gəlmişdilər. Bu qədər maraqlı məlumatı əldə etdikləri üçün mənə təşəkkür etdilər. “Azərbaycan haqqında heç nə bilmirdim, belə təsəvvür etmirdim” dedilər. İsveçlilər fikirlərini hər addımbaşı açıq bildirməzlər. Sosial mediada indiyə kimi minlərlə iş yoldaşım hər gün mənim Azərbaycana aid hansısa paylaşımımı oxuyur. Amma həmin paylaşımın altında heç bir fikir bildirmirlər. Təklikdə nahar edərkən məlum olub ki, diqqətlə oxuyur və məlumatlanırlar.

-Bildiyimə görə Azərbaycan diasporunda aktiv fəallığınız var. Diasporun gördüyü işlər barədə nə deyə bilərsiniz?

-Diaspor işində 2001-ci ildən bəri fəaliyyətim olub. O zaman azərbaycanlılar hələ pərakəndə şəkildə, hərə öz bacarığı ilə bir iş görürdü. Həm Diasporla İş üzrə Dövlət Komitəsi yarandıqdan, həm də texnologiya inkişaf etdikdən sonra birgə addımların atılması çoxalmağa başladı. Əlbəttə, Dünya Azərbaycanlılar Konqresi (DAK) var idi. Ancaq bu qurumun əsas strategiyası Güney Azərbaycanın istiqlalı idi, yəni siyasi məsələləri əhatə edirdi. Amma məskunlaşdığımız ölkələrdə inteqrasiya etmək və Azərbaycan mədəniyyətini, tarixini, elmini, ədəbiyyatını təbliğ etmək güclü diaspor səyləri tələb edir. Diaspor Azərbaycan xalqı üçün nisbətən yeni bir istiqamətdir.

Gücümüzü əsasən Qarabağın işğalı mövzusuna dair işlərə verməli olurduq. İldən-ilə təcrübəmiz artdı. Həm burada yaşayan soydaşlarımız təşkilatlanmağın vacibliyini daha çox anlamış oldular, həm də Komitənin struktur bazası və mexanizmləri inkişaf etdi. Məsələn, İsveçin paytaxtı Stokholmun İçəri şəhərində, yəni milyonlarla izləyicisi olan mərkəzi sərgi salonlarının birində 2022-ci ilin fevral ayında təşkil olunan “Şuşa” fotosərgisi bir həftə boyunca davam etdi. Sərgidə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şuşanı və Ağdamı ziyarət etmiş isveçli fotoqraf-jurnalist Mikael Silkeberqin həmin bölgələrdə çəkdiyi əsərləri nümayiş olundu.

2022-ci ilin oktyabrında dünyaya təqdim olunan “Xarıbülbül əfsanəsi” filminin məzmununu, çoxlu sayda müsahibələri ilə birgə ingilis dilinə tərcümə etmişdim. Həmin filmin rejissoru Mikael Silkeberq, prodüseri isə Rahim T.Sadıqbəylidir. Burada Fərhad Bədəlbəyli, Mənsum İbrahimov və digər şəxslərlə müsahibələr yer alıb, onlar muğamdan və Şuşanın qədim irsindən bəhs edir. Zənnimcə, bu böyük uğurdur. Belə hadisələr isə illərin zəhmətini, hazırlığını və təşkilini tələb edir. Ona görə də, bəzən diaspordan tez-tez böyük və əlamətdar işlər gözləyənlər obyektiv yanaşmağı bacarmalıdırlar. Bizlər bu işləri burada hansısa qurumda işləyərək, vergi verərək, gündəlik məsuliyyətlərimizi yerinə yetirərək və uşaqlarımıza ayıracağımız vaxtdan kəsib eləyirik.

-Sonda, gələcək fəaliyyətinizlə bağlı planlarınızı bölüşməyinizi xahiş edirəm.

-Fəaliyyətim dedikdə, mən riyaziyyat və digər elmi sahələrdə gördüyüm işlərdən bəhs etməyi xoşlamıram, çünki bu işləri universitetlər özləri görür. Mən adətən Azərbaycanın təbliği və müsbət imici naminə gördüyüm işləri paylaşıram ki, daha çox xarici əhali məlumatlansın, gənclərimizə daha çox örnək, ilham və təcrübə yeri olsun. Bu yolda görəcəyim işlər yenə də Azərbaycanın klassik əsərlərinin tərcüməsi, redaktorluq işləri və özümün yazacağım aktual məsələlərə aid əsərlər olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NBA: “Minnesota Timbervulvz” seriyada ilk qələbəsini qazanıb

Çin rəsmisi: Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir

Cənubi Koreya ilə BƏƏ arasında iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

Azərbaycan Kubokunda finala doğru: Son 16 mövsümdə ilk dəfə

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür

Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

® “AccessBank” daxili audit funksiyasının xarici keyfiyyət qiymətləndirilməsi üzrə tender elan edir

“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir

Türkiyədə tarixi canlandıran azərbaycanlı rəssamın arzusu Qarabağ Zəfərini əks etdirən panorama muzeyi yaratmaqdır

Vaxtilə işğal altında olmuş ərazilərin minalarla çirklənməsi milli səhiyyə sistemi üçün çətinlik yaradır

“Araz-Naxçıvan” baş məşqçisi ilə müqaviləni uzadıb

Nərimanov rayonunda qumbara aşkarlanıb

İmişlidə yol qəzası zamanı motosikletçi ölüb

Naxçıvanda “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir

Kişi həndbolçular arasında Azərbaycan Kubokunun finalçıları bəlli olub

Portuqaliya Ukraynanın yenidən qurulmasına 137 milyon dollar verəcək

DİN: Son iki gündə 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Suriyalı zəvvarlar üçün 13 illik fasilədən sonra uçuşlar bərpa edilib

Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Salyan və Neftçala rayonlarında Kür çayı daşa bilərmi? FOTO

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başa çatır

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

Prezident İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib YENİLƏNƏCƏK

Pakistanda avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb

Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq

Azərbaycanın Müstəqillik Günü İstanbulda təntənəli bayram tədbiri ilə qeyd olunub

Kolumbiyada öküz döyüşləri qadağan edilib

Fuad Muradov Moldovada yaşayan Azərbaycan icması ilə görüşüb

Azərbaycanın Müstəqillik Günü Vaşinqtonda qeyd olunub

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib

Laçında "Sağlam həyat" günlərinə start verilib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Xocalı sakini: Bu qədər işlər görmək yalnız Prezident İlham Əliyevin qüdrəti idi

Keçmiş məcburi köçkün: Bu gün bizə möcüzə kimi görünür

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb

Hindistanda “Remal” siklonu nəticəsində ölənlərin sayı 27-ə çatıb

Fransada əczaçılar tətil keçirəcəklər

İsveçrədə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib

İtaliya demoqrafik böhran riski ilə üzləşib

Qətərin biznes mərkəzlərinin fasadı Azərbaycan bayrağı ilə işıqlandırılıb

Papuaşvili: Azərbaycanla Gürcüstan regional sülh istiqamətində sıx əməkdaşlıq edir

28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib

Belqradın mərkəzi meydanındakı fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Abdulkadir Uraloğlu: Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür VİDEO

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ - FOTO

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB VİDEO

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun