Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sülhün alternativi və hüquq - ŞƏRH

Sülhün alternativi və hüquq -  ŞƏRH

Bakı, 6 may, AZƏRTAC

Neoimperializmin qanlı-qadalı işğalçılıq və qəsbkarlıq siyasəti, sadəcə, bu günün mövzusu deyil. Qəsbkarlıq və işğalçılıq uzun əsrlər boyu Şərqdə dəyərlərin istismarına, uzun və sonsuz bəlalara səbəb olub. Bu gün isə hərbi qəsbkarlığı siyasi xaosla əvəzləmək istəyən şəbəkələr beyinləri, milli məfkurələri və ideyaları yad düşüncə sistemləri ilə “zəbt etməyə” çalışır.

AZƏRTAC xəbər verir ki, bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Tural İsmayılovun “Sülhün alternativi və hüquq” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, Ermənistanın beynəlxalq hüququ heçə sayan 30 illik işğalçılıq siyasəti dünyanın ədalətdən danışan böyük güc mərkəzlərinin cılızlığını bir daha nümayiş etdirdi. Azərbaycanın sülh çağırışları beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşsə də, neoimperialist istismarçı mərkəzlər erməni lobbisini “bəsləyərək” kini, etnik dözümsüzlüyü və faşizmi təşviq etdilər. Beynəlxalq müharibə hüququ (və ya Beynəlxalq humanitar hüquq) dövlətlər arasında silahlı münaqişələr zamanı tətbiq olunan hüquqi qayda və prinsipləri tənzimləyən hüquq sahəsidir. Bu qanunun əsas məqsədləri müharibələr zamanı insan və əmlak itkilərini minimuma endirmək, insan hüquqlarını qorumaq və müharibənin təsirlərini məhdudlaşdırmaqdır.

Diqqətə çatdırılır ki, işğaldan azad edilən ərazilərdə ortaya çıxan çoxsaylı amillər Ermənistanın təkcə işğalçılıqla məşğul olmadığını, həm də ekoloji və mədəni sahələrdə, həmçinin dövlət səviyyəsində cinayətlər törətdiyini göstərdi. Müharibə hüququ humanitar hüququn əsas prinsiplərini əks etdirən bir sıra qaydalardan ibarətdir. Bu qaydalar müharibə zamanı hərbi fəaliyyəti tənzimləmək və müharibənin təsirlərini məhdudlaşdırmaq üçün yaradılıb. Ermənistanın Azərbaycan ərazilərini işğal edərkən Xocalıda, Ağdabanda, Başlıbeldə, Meşəlidə, Bağanıs Ayrımda törətdiyi qətliamlar isə hələ də beynəlxalq hüquqda layiqli qiymətini almamış faciələrdir. Yəni, işğalçılıq özü bir cinayət və qlobal həmrəylik tələb edən hadisədirsə, işğal dövründə törədilən ayrı-ayrı cinayətlər də beynəlxalq məhkəmə çəkişmələrinə səbəb olmalıdır. Hərbi zərurət prinsipi vurğulayır ki, müharibə zamanında edilən hərəkətlər hərbi məqsədlərlə məhdudlaşmalıdır. Müharibə edən tərəflər mülki əhaliyə və ya mülki infrastruktura lazımsız zərər vurmamalı, mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməlidirlər. Azərbaycan öz ərazi bütövlüyünü təmin edən əməliyyatlarda bu prinsiplərə tam riayət etdi. 1990-cı illərdə Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini tapdalasa da, indiyədək nə bu addımlar, nə də 44 günlük Vətən müharibəsi dövründə Gəncə, Bərdə, Tərtərdə mülki əhalimizə qarşı edilən hücumlara görə sanksiyalara məruz qalmayıb. Azərbaycan bütün separatçıları bu gün hüquqi faktlar qarşısında qoyaraq siyasi mərkəzlərin hüququ oyuncağa çevirmək tendensiyasını da bitirir.

Müharibə qanunu müəyyən sahələrdə savaşın təsirini məhdudlaşdıran və humanist yanaşmanı təşviq edən müxtəlif məhdudiyyətləri özündə cəmləşdirir.

Yazıda, eyni zamanda, vurğulanır ki, diplomatik həllər, sülh danışıqları və beynəlxalq müqavilələr müharibənin qarşısını almaq üçün məhdudiyyətlərin bir hissəsini təşkil edir. Diplomatik həll yolları tükəndikdə isə dövlətlərin hərb yolu - sülhə məcburetmə əməliyyatları aparmaq hüququ mövcuddur. Beynəlxalq hüquq hər bir dövlətin öz suveren hüquqlarını qorumaq niyyətlərini əsla əngəlləmir və əngəlləyə də bilməz. Beynəlxalq hüquq doktrinasında uzun müddətdir müzakirə olunan “ədalətli müharibə” anlayışı, əslində, dövlətlərin beynəlxalq hüququ pozduqları təqdirdə pozuntuya son qoymaq və pozanı cəzalandırmaq hüququna aiddir. Bu kontekstdə hərbi gücdən istifadə dövlətin məsuliyyətini gündəmə gətirir. Lakin 1945-ci ildən sonra qurulan yeni dünya nizamı ilə bütün dövlətlərin beynəlxalq hüququn pozulmasına qarşı silahlı güc tətbiq etmək hüququ bəzən yanlış şərhlərə məruz qaldı. Müharibə cinayətləri Beynəlxalq Cinayət Məhkəməsinin 2002-ci ildən qüvvədə olan Statusunun 8-ci maddəsi ilə tənzimlənir. Ermənistan və onun cinayətkar havadarları Azərbaycanın sülhə məcburetmə əməliyyatları nəticəsində işğaldan azad edilən bölgələrdə ortaya çıxan cinayət faktlarından diqqəti yayındırmaq üçün əlindən gələni əsirgəməyərək Azərbaycana böhtan atmağa çalışırlar. Humanitar hüquq insan əzabını minimuma endirmək məqsədi daşıyır. Bunun üçün müharibə mümkün qədər humanist və nizamlı olmalıdır. Bu məqsəd əsrlərin əməyinin məhsulu kimi Cenevrə Konvensiyalarının əlavə protokollarında öz əksini tapıb. Müharibələrin gətirdiyi ağrılar, dağıntılar insanlara, təbiətə, mədəni irsə təsir edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hazırladığı və Cenevrə konvensiyaları olaraq tanınan sənədlər humanitar hüququn ən mühüm mənbələridir. BQXK-nın rəhbərliyi ilə müvafiq olaraq 1864, 1906, 1929 və 1949-cu illərdə dörd Konvensiya qəbul edilib. 1949-cu il avqustun 12-də isə həmin tarixə qədər qəbul edilmiş konvensiyalar yenidən təşkil olunaraq sistemləşdirilib və dörd ayrı Cenevrə Konvensiyası kimi qəbul edilib.

Müəllif bildirir ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları ilə bəlkə də dünyada yeganə haqlı müharibə hüququnun necə olduğunu sübuta yetirdi. Həmçinin Azərbaycan həyata keçirdiyi əməliyyatlarla beynəlxalq hüququ təmin etdi. Ordumuz sülhə məcburetmə əməliyyatları ilə mülki əhaliyə heç bir xəsarət yetirməyərək beynəlxalq hüquqa və humanizmə sadiqliyini nümayiş etdirdi. BMT Nizamnaməsinin 7-ci hissəsində, konkret olaraq 42-ci maddədə göstərilir ki, dövlət “Təhlükəsizlik Şurasının 41-ci maddəsində nəzərdə tutulan tədbirlərin kifayət olmadığı ehtimal edildiyi halda və ya artıq kifayət olmadığını hesab etdikdə, o, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün hava, dəniz, yaxud quru qoşunları tərəfindən zəruri sayıla biləcək tədbirləri görmək səlahiyyətinə malikdir”. Təhlükəsizlik Şurası tərəfindən bu tətbiq olunmadığı hallarda dövlətlərin özləri bunu yerinə yetirərək ədaləti təmin etmiş olurlar.

Azərbaycanın qazandığı Zəfər bu baxımdan da vacib və əhəmiyyətlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papuaşvili: Azərbaycanla Gürcüstan regional sülh istiqamətində sıx əməkdaşlıq edir

28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib

Belqradın mərkəzi meydanındakı fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Abdulkadir Uraloğlu: Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür VİDEO

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ - FOTO

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB VİDEO

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib VİDEO

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür