Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq

Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq

Bakı, 17 may, AZƏRTAC

May ayının 11-13-də Qarabağın tacı olan Şuşa VII “Xarıbülbül” festivalına ev sahibliyi etdi. Bu dəfə Şuşadan başlayıb Laçında başa çatan festival bütün yüksək məziyyətləri ilə yanaşı, həm də Azərbaycanın Zəfərini, Qarabağın Azərbaycanın bir parçası olduğunu, xalqımızın əyilməz ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğu üçün qala şəhərimizdən başlayıb Laçında başa çatan festivalda müsəlman dövlətlərindən gəlmiş mədəniyyət və incəsənət xadimləri, mahnı və rəqs qrupları iştirak etdilər. Lakin festivalda Qazaxıstan, Özbəkistan və Türkiyə kimi dövlətlərin də nümayəndələri iştirak etdiyindən, budəfəki “Xarıbülbül” bayramı həm də türk dövlətlərinin qardaşlığının növbəti təcəssümü kimi əlamətdar oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yazın “Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycanın Qələbəsi bütün Türk dünyasının tarixi uğurudur

2020-ci ilin payızında Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün türk xalqlarının həmrəyliyini daha da gücləndirən tarixi hadisəyə çevrildi. Təsadüfi deyil ki, 44 günlük müharibə dövründə Türk Şurası (indiki Türk Dövlətləri Təşkilatı) ilk gündən Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi və əlbəttə, bu, həm də hər bir türk dövlətinin savaşla bağlı mövqeyinin ifadəsi idi. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edildi. Şura müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Savaşın davam etdiyi günlərdə qurumun Ticarət və Sənaye Palatasının toplantısının Bakıda keçirilməsini Prezident İlham Əliyev ölkəmizə mənəvi dəstək kimi qiymətləndirdi.

2020-ci il noyabrın 10-da Prezident, Müzəffər Ali Baş Komandanın elan etdiyi tarixi Zəfər isə bütün türk dövlətlərində böyük sevinc və coşqu ilə qarşılandı, Azərbaycan xalqı ilə yanaşı, onların da qürur mənbəyinə çevrildi. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Türk Şurasının 2021-ci il martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə də xüsusi qeyd olundu. Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Türk Şurasının sabiq Baş katibi Bağdad Amreyevin təbrikləri göstərdi ki, bütün Türk dünyası Azərbaycanın Qələbəsini öz zəfəri kimi qəbul edir.

Azərbaycanın Qələbəsi türk tarixinə şanlı bir səhifə kimi yazıldı. Türk dünyası bu Zəfərlə daha da bütövləşdi və gücləndi. Azərbaycan parlaq Zəfər sayəsində tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa edərək, ona ən böyük töhfəsini verdi. Prezident İlham Əliyevin qətiyyəti, əzmi, müdrikliyi ilə qazanılan bu şanlı Qələbə yeni türk tarixinin ən parlaq Zəfəri, türk birliyinin daha da güclənməsi üçün yeni yollar açan möhtəşəm tarix kimi salnamələrə qızıl hərflərlə həkk olundu.

2021-ci ilin noyabrında İstanbulda keçirilən Türk Şurasının VIII Zirvə görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması bir daha göstərdi ki, Türk dünyası Azərbaycanın Zəfər sevincini səmimi-qəlbdən bölüşür. Prezident İlham Əliyev bu mükafata Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm Qələbəsinə, türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə layiq görüldü. Bu, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə göstərilən böyük ehtiramın, dövlətimizin başçısının dünyadakı yüksək nüfuzunun təcəssümünə çevrildi.

Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı oldu

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də ölkəmizin Zəfərinin bütün Türk dünyasının böyük uğuru kimi qarşılanmasının təcəssümü idi. Eyni zamanda, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi şəhərin türk dövlətləri üçün böyük mədəni əhəmiyyətə malik olduğunun göstəricisi idi.

Memarlıq və şəhərsalma sənətinin 272 illik tarixə malik parlaq incisi olan, Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün Türk dünyasının birliyinin və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə töhfəsini verdi. Bununla əlaqədar ötən il ölkəmizdə təşkil olunan çoxsaylı tədbirlər həm Şuşanın, həm də bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda, Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oynadı.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətində Şuşa şəhərinin mədəni irsinin təbliği hər zaman prioritetdir. Prezident İlham Əliyev tərəfindən hələ 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilin ilk tədbirini həmin ilə həsr etmişdi. O vaxt “Qarabağnamə” filminin təqdimatı və Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərginin açılışı olmuşdu.

Azərbaycanın tarixi və mədəni incisi olan Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu şəhərin zəngin maddi-mənəvi irsinin bütün Türk dünyasında, eləcə də xarici dövlətlərdə tanıdılması və daha geniş təbliği istiqamətində fəal iş apardı. Bu sırada müxtəlif ölkələrdə həyata keçirilən “Şuşa günləri” adlı tədbirlər Şuşanı və bütövlükdə Qarabağ Zəfərini bütün Türk dünyasına daha yaxından tanıtdı. Bursa, Daşkənd, Budapeşt, Astana və Türküstan şəhərlərində təşkil olunan “Şuşa günləri”nin hər biri əlamətdar mədəni hadisəyə çevrildi. Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” filmi, Molla Pənah Vaqifə həsr olunmuş “Özü vəzir, sözü şah” kitabı hər kəs tərəfindən böyük maraqla qarşılandı.

Ümumiyyətlə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu öz fəaliyyəti ilə Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə layiqli töhfələr verdi. Fond tərəfindən həyata keçirilən tədbirlər həm Şuşanın, həm də bütün Qarabağın tarixi və mədəni irsinin qorunub saxlanmasına və təbliğinə, mövcud həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına böyük töhfə oldu.

Şuşa bütün Türk dünyasının yeni rəmzidir

Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu baxımdan 2024-cü il ərzində də Şuşa beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq. VII “Xarıbülbül” festivalı bu baxımdan böyük mədəniyyət hadisəsi kimi yadda qaldı. Müsəlman, o cümlədən türk dövlətlərindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramının mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verəcəyi şübhəsizdir.

Artıq Qarabağ da, Şərqi Zəngəzur da şan-şöhrətli, qonaqlı-qaralı günlərinə qovuşub. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa zəngin ənənələri, mənəvi irsi ilə könülləri yenidən fəth edir. İndi Qarabağın mirvarisi Şuşaya səfər edən hər kəs Zəfər qalamızın ecazkarlığının vurğununa çevrilir, aşılmaz sıldırımlardan keçərək bu uca şəhəri azad edən qəhrəman oğullarımızın şücaətinə heyran olur.

Eyni zamanda, Şuşa bütün Türk dünyasının yeni rəmzidir. Ona görə də Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Maksim Medvedev karyerasını bitirəcək

Babək rayonunun 3 yaşayış məntəqəsində yanğın olub

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyunu başlayıb

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

“ETS2” direktivi İsveçdə yanacaq qiymətlərinin artmasına səbəb olacaq

Azərbaycanın İrlandiyaya yeni təyin olunmuş ilk fəxri konsulu ilə EKSKLÜZİV MÜSAHİBƏ

Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər açıqlanıb

Qəbələdə beynəlxalq basketbol turniri Azərbaycan komandalarının oyunu ilə start götürüb

“Azərbaycan Ticarət Evi” Doha şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisini təşkil edib

Astarada yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Mərakeşdəki səfirliyi xeyriyyə tədbiri keçirib

Kiyevin vizit kartına çevrilən adası - AZƏRTAC-ın FOTOREPORTAJI

Türkiyə Azərbaycanın mehmanxana biznesi üçün mütəxəssislər hazırlaya bilər

“The Peninsula” qəzeti Qətər-Azərbaycan əlaqələrindən yazıb

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib