Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.

Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.

Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.

Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.

Bu gün, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.

Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək.

Bir sözlə, bu gün müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.

Bir daha, hörmətli cənab Baş nazir, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz xoş keçəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır.

x x x

Sonra Slovakiyanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Robert Fitsonun
bəyanatı

- Cənab Prezident.

Xanımlar və cənablar.

Bizə göstərilən qonaqpərvərliyə görə Slovakiya nümayəndə heyəti adından Sizə təşəkkür edirəm. Sizin ölkəniz qonaqpərvərliyi ilə məşhurdur.

Cənab Prezident, ümid edirəm, Sizin də münasib bildiyiniz bir vaxtda nümayəndə heyətinizlə Slovakiyaya səfər edəcəksiniz ki, biz bu gün başladığımız konstruktiv və faydalı müzakirələrimizi davam etdirək. Hesab edirəm ki, bu günün nəticələri gözlədiyimdən də artıq oldu.

Cənab Prezident, Siz beşinci dəfə prezident seçilmisiniz. Bu, həqiqətən onun göstəricisidir ki, Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiniz və Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm.

Cənab Prezident, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, ədalətsizlik və qeyri-obyektivlik məni məyus edir. Çünki əhali sayına baxdıqda biz kiçik ölkə hesab edilirik. Sizi çox diqqətlə dinləyirdim və bunu dünən məni hava limanında qarşılayan nümayəndə heyətinə də bildirdim. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir. O vaxt ölkənin cinayət məcəlləsindən müxalifətlə mübarizə üçün istifadə edilirdi. O zaman biz müxalifətdə idik, bu gün isə həmin dövrdə - 2020-2023-cü illərdə baş verənlərə görə parlamentimizdə çox mühüm qanunlar qəbul etdik. Ancaq Avropa İttifaqının diqqəti də məhz bunun üçün bizim üzərimizdədir. Yəni, bizim bu təsisatlarla bağlı belə bir təcrübəmiz var. Mən həm buradan bizim Xarici İşlər Nazirliyinə və parlamentimizə deyə bilərəm ki, biz Azərbaycandakı vəziyyəti maksimum şəkildə obyektiv işıqlandırmalıyıq.

Cənab Prezident, biz böyük tərəqqiyə nail olmuşuq. Əlbəttə ki, ticarət dövriyyəmiz olduqca aşağıdır, ancaq burada hər hansı maneə yoxdur, bizim heç bir sahədə fikir ayrılığımız yoxdur.

Mən cənab Prezidentin Ukrayna ilə bağlı mövqeyini eşidəndə sanki Slovakiya hökumətinin mövqeyinin səsləndirildiyini düşündüm. Biz qlobal səviyyədə baş verənlər haqqında danışdıq, Ukraynada münaqişə bitəndən sonra işlər necə olacaq, Çinin dünyadakı rolu. Yəni, bizim çox oxşar mövqeyimiz var. Təəssüf ki, ticarət dövriyyəmiz 70 milyon avrodan bir az çoxdur və əlbəttə, burada üstünlük də bizim tərəfimizdədir, çünki biz Azərbaycana avtomobillər ixrac edirik. Slovakiyada bu sahədə çoxsaylı müəssisələr var. Biz əməkdaşlığımızı genişləndirməliyik. Əgər güclü Prezident və siyasi baxımdan güclü Baş nazir varsa, biz bir neçə layihəni öz üzərimizə götürüb onu uğurla həyata keçirə bilərik.

Cənab Prezident, bu əməkdaşlığa, xüsusilə hərbi sahədə əməkdaşlığa böyük önəm verirəm, bunu yüksək qiymətləndirirəm. Azərbaycanda birgə istehsal sahələrinin yaradılması fikri hər kəs üçün cəlbedici olmalıdır. Biz bunun müəyyən detallarını artıq müzakirə etdik və bizim Baş nazirin müavini, müdafiə naziri cənab Kalinak bu sahədə də çox böyük fəallıq göstərir. O da əlindən gələni edəcək ki, bu layihələr uğurlu olsun. Söhbət Slovakiyanın xaricindəki istehsal sahələrindən gedir.

Cənab Prezident, Qarabağdakı təşəbbüsümüzü dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Bu, “Ağıllı kənd” layihəsidir. Bu, çox maraqlı bir layihədir. Mən imkan düşən kimi böyük məmnuniyyətlə oraya səfər etmək istərdim və ümid edirəm ki, Siz də tez bir zamanda bizə - Slovakiyaya səfər edəcəksiniz. Orada biz bu irəliləyişlə bağlı müzakirələr apara bilərik. Eyni zamanda, biz kiçik hava limanının inşası ilə də maraqlanırıq və enerji sahəsində əməkdaşlıq da bizə maraqlıdır.

Əlbəttə ki, Ukraynada baş verən müharibə səbəbindən Slovakiyanın nəqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşib. Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Söhbət 20 milyard kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır. Əlbəttə, mən hesab etmirəm ki, Azərbaycan xeyriyyəçiliklə məşğuldur. Biz, sadəcə olaraq, ədalətli qiymətlərə ümid edirik və sizin maraqlarınıza hörmətlə yanaşırıq.

Cənab Prezident, əminəm ki, biz Avropa səviyyəsində də müsbət ab-hava yaradacağıq. Bilirsiniz ki, Avropada hamı spekulyasiyanı xoşlayır, ən pis niyyət görməyə çalışır. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm.

Ukraynanın Baş nazirinin dediyi kimi, Azərbaycan qazı olduğu yerdə Rusiya ilə Ukrayna arasında müəyyən razılığa gəlmək olar. Bu, hər kəs üçün faydalı olar, həm Slovakiya üçün, həm Sizin üçün, həm də Ukrayna üçün. Çünki onlar bunun tranzitini həyata keçirəcək. Bu, nümunəvi bir layihə ola bilər və cənab Prezident, bununla bağlı da verdiyiniz məlumata görə Sizə təşəkkür edirəm.

Cənab Prezident, şəxsən Sizə uğurlar arzulamaq istəyirəm, Sizin ölkənizə və xalqınıza ən xoş arzularımı çatdırıram.

Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər.

Cənab Prezident, Sizə, Azərbaycana və Azərbaycan xalqına ən xoş hisslərimi çatdırıram və işlərinizdə uğurlar arzu edirəm. Əməkdaşlığa görə təşəkkür edirəm və bu işdə Sizin çox böyük şəxsi töhfəniz var. Slovakiya-Azərbaycan əməkdaşlığına töhfənizə görə təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-3 VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin rəisi İranın Ali Rəhbərinə başsağlığı verib

“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub

Bakıda “Pyotr Fomenkonun emalatxanası” teatrının qastrolları olub

Qarabağ Universitetinə rektor təyin olunub

“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var

“Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”nin təsdiq edilməsi və “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 75 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib

“Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qarabağın rəngləri” layihəsinə təqdim edilmiş eskizlərin içərisindən 23 tələbənin əsəri seçilib

“Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün “AccessBank” ilə əməkdaşlığa başlayıb

Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Gürcüstana 20 konteynerdən ibarət qatar yola salınıb

Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir

Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin finalı keçirilib

Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək

Culian Assanjın həyat yoldaşı ABŞ-a müraciət edib: Jurnalistikaya qarşı biabırçı hücumdan əl çəkin FOTOLAR VİDEO

Sabahdan Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi xalqımızın xeyriyyəçilik ənənəsinin təşviqidir

“İstehsal, ətraf mühit və bərpa olunan enerji” – seminar

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub

Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var

Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib

® “Kapital Bank”ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olub

TÜRKSOY-un Baş katibi: “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının məqsədi gənclərə dəstək verməkdir

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir

“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qadınların əməyi qadağan olunan peşə və iş yeri azaldılıb

Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Türkiyədə peyklərin işlənib hazırlanması sahəsində ən yaxşı gənc mühəndis-tədqiqatçılar müəyyən olunacaq

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ukraynanın Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarına bu bölgədə yaranmış vəziyyətlə bağlı müraciət edilib

Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neftçala Peşə Məktəbində “Açıq qapı” günü təşkil olunacaq

Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb

“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Latviya Seyminin sədri ilə görüşdə COP29-a hazırlıq tədbirlərindən danışılıb

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

“Əsrə bərabər gün” tamaşasına baxış

Xarkov yaxınlığında istirahət mərkəzinə endirilən zərbə nəticəsində azı 7 nəfər həlak olub

Paytaxtda bəzi restoranlardan havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşdirilib

Dual peşə təhsil proqramının monitorinqi davam etdirilir

İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb

Qadın Resurs mərkəzləri vasitəsilə 824 nəfər qadın biznes fəaliyyətinə qoşulub

® ABB-nin Xankəndi filialı fəaliyyətə başlayıb!

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradılıb

AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb

Ötən il 187 qadın, 9 kişi barədə mühafizə orderi verilib

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur

Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

“Azexport” Naxçıvanda sahibkarlarla görüş keçirib

“İƏT Modeli–2024” proqramının əsas mövzusu COP29, ətraf mühitin qorunmasına həsr olunub

Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək

İki ölkənin səmasında parlaq kometa işığı müşahidə edilib

Culian Assanj ABŞ-a ekstradisiyasına qarşı məhkəmə iddiasında qələbə qazanıb

Hesabat: Nikahların sayı azalıb, boşanmaların sayı çoxalıb

Livanda üçgünlük matəm elan edilib

DİM: Xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır

Kasım-Jomart Tokayev: Qazaxıstan Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq niyyətindədir

Məişət zorakılığı ilə bağlı Daxili İşlər Nazirliyinə edilən müraciətlərin sayı azalıb

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb VİDEO

“KazMunayQaz” Azərbaycan nefti sayəsində Aralıq dənizi akvatoriyasından daşımaların həcmini artırıb

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib

Gender bərabərliyinin qorunmasına hansı dövlət qurumlarında və siyasi partiyada əməl olunub?

Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər

Sumqayıtda sənayenin alternativ enerjidən istifadəyə keçidi və kadr hazırlığı mövzusunda tədbir keçirilib

DSMF: Bu ilin dörd ayında daxilolmalarda 157,4 milyon manat artım qeydə alınıb

Ötən il yeni doğulmuş oğlan və qızlar arasındakı fərqdə azalma müşahidə olunub

Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır

“Tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək

“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq

Arılara futbol oynamağı necə öyrətdilər?

Yaşar Sarı: Azərbaycan ilə Türkiyənin bir-birinə ehtiyacı var

LDH Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı həyəcan təbili çalır

Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar

Ötən il hüquq mühafizə orqanlarında çalışan qadınların sayında artım olub

XİN: Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır

® Azərbaycan Sement İstehsalçıları Assosiasiyası COP29-a hazırlıq çərçivəsində “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünü həyata keçirir

Xankəndiyə prokuror təyin edilib

Parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı dinlənilir

Naxçıvanda sahibkarlara 110 mənşə sertifikatı verilib

Bakıda 2600 manat dəyərində antik samovar oğurlayan şəxs saxlanılıb

Azərbaycan millisi Moldovada yoldaşlıq turnirində iştirak edəcək