İDMAN
Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
Bakı, 9 may, AZƏRTAC
Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, finalda “Günəşli” və “Aşağı Güzdək” komandaları üz-üzə gəliblər. Bakı Tennis Akademiyasında keçirilən matç birincilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Günəşli” komandası Bakının kənd və qəsəbələri arasında keçirilən ll minifutbol turnirinin qalibi olub.
Üçüncü yer uğrunda isə “Biləcəri” və “Mərdəkan” komandaları qarşılaşıblar. Əsas vaxt 4:4 hesablı heç-heçə ilə yekunlaşdığına görə penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Mərdəkan təmsilçisi (3:1) bürünc medallara sahib çıxıb.
Medalçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev, veteran futbolçu və idman səfiri İlqar Qurbanov və Azərbaycan Tennis Federasiyanın vitse-prezidenti Mehman Qocayev təqdim ediblər.
Qeyd edək ki, 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandalarının mübarizə apardıqları yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [18:36]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
- 20.05.2024 [17:36]
Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
- 20.05.2024 [17:13]
Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub
- 20.05.2024 [17:02]
Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
- 20.05.2024 [15:46]
Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib
- 20.05.2024 [15:24]
“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq
- 20.05.2024 [15:21]
Arılara futbol oynamağı necə öyrətdilər?
- 20.05.2024 [15:15]