ORDU
Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti faşizm üzərində Qələbə münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhərində keçirilən anım mərasimlərində, həmçinin Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədovun abidələri və “Qardaşlıq məzarlığı” da ziyarət olunub.
Bundan başqa, hərbi hissələrdə 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının şücaətindən danışılıb, onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [15:51]
Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb VİDEO
- 20.05.2024 [12:54]
Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib
- 19.05.2024 [13:21]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 18.05.2024 [10:04]