ELM VƏ TƏHSİL
Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib
Bakı, 9 may, AZƏRTAC
Estoniyada Karyera Təhsil Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbi Estoniya Təhsil Nazirliyi və Estoniya Milli Azlıqların Həftəsonu Məktəblərin Müəllimləri Assosiasiyasının dəstəyi ilə Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edib.
AZƏRTAC-ın xəbərinə görə, həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva gimnaziyanın şagird və müəllimlərinə Azərbaycan mədəniyyəti və tarixi, həmçinin Azərbaycan reallıqları barədə məlumat verib.
Gimnaziya ailəsi Azərbaycan muğam və xalça sənətinə dair videomaterialları baxıblar.
Təqdimatın sonunda müəllim və abituriyentlərin Azərbaycanla bağlı sualları cavablandırılıb.
Gimnaziyada həm də Azərbaycan tarixi və mədəniyyətini əks etdirən guşə qurulub.
Azərbaycan həftəsonu məktəbi tərəfindən Narva Estoniya Dövlət Gimnaziyasına Azərbaycanla bağlı kitablar, xalça maketləri və suvenirlər hədiyyə edilib. Tədbirin sonunda məktəb ailəsi Azərbaycanın milli şirniyyatlarından dadıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [19:06]
BP ibtidai siniflərin inklüziv tədris bacarıqlarının inkişafına dəstək olub
- 20.05.2024 [18:37]
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə
- 20.05.2024 [18:18]
“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub
- 20.05.2024 [18:10]
Qarabağ Universitetinə rektor təyin olunub
- 20.05.2024 [17:21]
“İstehsal, ətraf mühit və bərpa olunan enerji” – seminar
- 20.05.2024 [17:07]
Monitorinq aparılmış bağçaların müdirləri üçün təlim keçirilib
- 20.05.2024 [16:59]