İQTİSADİYYAT
Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bakı, 10 may, AZƏRTAC
Bu gün bəzi ərazilərdə qaz olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi və Xocəsən qəsəbəsində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə-Çiçək yaşayış massivinin, Sulutəpə və Xocəsən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [17:01]
Azərbaycan Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 5-cidir
- 20.05.2024 [16:43]
İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 20.05.2024 [16:27]
® ABB-nin Xankəndi filialı fəaliyyətə başlayıb!
- 20.05.2024 [14:46]