Azərbaycan Dövlət İnformasiya Agentliyi

REPORTAJ

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Kiyev, 6 may, AZƏRTAC

Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan-Ukrayna dostluq münasibətlərinin banisi və memarı hesab olunur.

Təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycan-Ukrayna dostluğunun banisi hesab edirlər. Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Ukrayna qarşısında xidmətləri, bu ölkədə bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə göstərdiyi dəstək əvəzsizdir. Ukrayna xalqı Ümummilli Liderin xidmətlərini və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarları böyük minnətdarlıq hissi ilə xatırlayır. Xüsusilə Heydər Əliyevin bilavasitə iştirakı ilə Kiyevdə Milli Filarmoniyanın bərpası üçün vəsait ayrılıb. Ulu Öndərin təşəbbüsü ilə Obolon zavodu və uşaq qidası fabriki tikilib. Kiyev metrosunun ən yüksək səviyyədə inşasında Heydər Əliyevin şəxsi dəstəyi vacib rol oynayıb.

Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk AZƏRTAC-a açıqlamasında bildirib ki, mayın 10-u önəmli - Azərbaycanın görkəmli lideri Heydər Əliyevin anadan olduğu gündür. Müstəqillik dövründə Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri qurulub və ölkələrimiz çətin vəziyyətlərdə bir-birinə dəstək verib.

“Vaxtilə çətin vaxtlarda Heydər Əliyevin köməyi ilə, həmçinin Ukraynanın yanacağa ehtiyacı olanda Azərbaycan bu imkanları verdi. Kritik təbii fəlakətlər zamanı ukraynalı xilasedicilər Azərbaycana gediblər. İndi də biz bir-birimizin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycanın öz torpaqlarını azad etməsini alqışlayırıq. Heydər Əliyev kimi Liderin layiqli davamçılarına da uğurlar diləyirik, çünki tarixin gedişatını dəyişməyə qadir olan məhz belə insanlardır”, - deyə ukraynalı deputat əlavə edib.

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin qurulması kimi tarixi missiyanı məharətlə yerinə yetirdi. Bunun bariz nümunəsi kimi təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-a yaxın saziş, müqavilə və protokol imzalanıb.

İrpendə 12 saylı “Linqvist” liseyinin direktoru Valentina Antonenko isə AZƏRTAC-a açıqlamasında qeyd edib ki, Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan bu dostluq əlaqələrinin memarı, əlbəttə, Ümummilli Lider Heydər Əliyevdir.

“Müdrik dövlət xadimi və siyasi xadim olan Heydər Əliyev ölkələr arasında əməkdaşlığın qurulması, dost xalqların müxtəlif vaxtlarda, çətin vəziyyətlərdə bir-birini başa düşməsi, bir-birini dəstəkləməsi üçün hər şeyi edirdi. Mən bu gün bir daha Azərbaycan xalqına təşəkkür etmək istəyirəm, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin köməyini, bütün azərbaycanlıların dəstəyini həqiqətən hiss edirik. Şəxsən mən demək istəyirəm ki, biz doğma məktəbimizə, Zərifə xanım Əliyevanın adını daşıyan liseyimizə çox kömək görmüşük. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğun hər gün daha da möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik. Azərbaycanlı və ukraynalı uşaqlarımızın dost olmaları üçün əlimdən gələni əsirgəməyəcəyəm, çünki ölkələrimizin gələcəyi onlardır, onlara sülh şəraitində yaşamaq lazımdır”, - deyə Valentina Antonenko vurğulayıb.

Heydər Əliyev Ukraynanı sevirdi, Ukrayna da onu sevib və sevəcək. Bu gün Ukraynada Heydər Əliyev böyük sevgi ilə anılır. Kiyevin mərkəzində Heydər Əliyev parkı və onun abidəsi yerləşir. Ukraynanın dövlət kitabxanalarında Heydər Əliyevin fəaliyyətindən bəhs edən müxtəlif kitablar var. 2013-cü ilin martından Kiyev Milli Linqvistika Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu gün Ukraynada Heydər Əliyev irsi öyrənilir və gələcək nəsillərə çatdırılır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə peyklərin işlənib hazırlanması sahəsində ən yaxşı gənc mühəndis-tədqiqatçılar müəyyən olunacaq

Ukraynanın Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarına bu bölgədə yaranmış vəziyyətlə bağlı müraciət edilib

Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elm və təhsil naziri Dünya Təhsil Forumunda

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neftçala Peşə Məktəbində “Açıq qapı” günü təşkil olunacaq

Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb

“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Latviya Seyminin sədri ilə görüşdə COP29-a hazırlıq tədbirlərindən danışılıb

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

“Əsrə bərabər gün” tamaşasına baxış

Xarkov yaxınlığında istirahət mərkəzinə endirilən zərbə nəticəsində azı 7 nəfər həlak olub

Paytaxtda bəzi restoranlardan havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşdirilib

Dual peşə təhsil proqramının monitorinqi davam etdirilir

İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb

Qadın Resurs mərkəzləri vasitəsilə 824 nəfər qadın biznes fəaliyyətinə qoşulub

® ABB-nin Xankəndi filialı fəaliyyətə başlayıb!

Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib

Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradılıb

AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb

Ötən il 187 qadın, 9 kişi barədə mühafizə orderi verilib

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur

Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

“Azexport” Naxçıvanda sahibkarlarla görüş keçirib

“İƏT Modeli–2024” proqramının əsas mövzusu COP29, ətraf mühitin qorunmasına həsr olunub

Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək

İki ölkənin səmasında parlaq kometa işığı müşahidə edilib

Culian Assanj ABŞ-a ekstradisiyasına qarşı məhkəmə iddiasında qələbə qazanıb

Hesabat: Nikahların sayı azalıb, boşanmaların sayı çoxalıb

Livanda üçgünlük matəm elan edilib

DİM: Xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır

Kasım-Jomart Tokayev: Qazaxıstan Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq niyyətindədir

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb VİDEO

“KazMunayQaz” Azərbaycan nefti sayəsində Aralıq dənizi akvatoriyasından daşımaların həcmini artırıb

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib

Gender bərabərliyinin qorunmasına hansı dövlət qurumlarında və siyasi partiyada əməl olunub?

Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər

Sumqayıtda sənayenin alternativ enerjidən istifadəyə keçidi və kadr hazırlığı mövzusunda tədbir keçirilib

DSMF: Bu ilin dörd ayında daxilolmalarda 157,4 milyon manat artım qeydə alınıb

Ötən il yeni doğulmuş oğlan və qızlar arasındakı fərqdə azalma müşahidə olunub

Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır

“Tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək

“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq

Arılara futbol oynamağı necə öyrətdilər?

Yaşar Sarı: Azərbaycan ilə Türkiyənin bir-birinə ehtiyacı var

LDH Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı həyəcan təbili çalır

Azərbaycanın gimnastika mütəxəssisləri beynəlxalq seminara dəvət alıblar

Ötən il hüquq mühafizə orqanlarında çalışan qadınların sayında artım olub

XİN: Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır

® Azərbaycan Sement İstehsalçıları Assosiasiyası COP29-a hazırlıq çərçivəsində “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünü həyata keçirir

Xankəndiyə prokuror təyin edilib

Parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı dinlənilir

Naxçıvanda sahibkarlara 110 mənşə sertifikatı verilib

Bakıda 2600 manat dəyərində antik samovar oğurlayan şəxs saxlanılıb

Azərbaycan millisi Moldovada yoldaşlıq turnirində iştirak edəcək

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin ümumrespublika seminarı keçirilib

Fərid Şəfiyev: Qarabağ müharibəsindən sonra Türkiyə ilə əməkdaşlıq təhsil sahəsində də inkişaf edib

AZPROMO: Azərbaycan və Tacikistanın iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir

Bakı Dövlət Universitetində “Könüllülük həftəsi” keçirilir

Azərbaycan və Tacikistan şirkətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb

Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək

Mikrobioloq alimlərin məqaləsi “Scopus”da indekslənən jurnalda dərc olunub

Bu il BMU-da keçiriləcək SAT imtahanlarının tarixləri məlum olub

Türkiyə dünyanın 117 ölkəsinə toxum ixrac edir

Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar

Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İbn Haldun Universiteti ilə əməkdaşlığı genişləndirir

Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq

İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib

Çində yaşayan azərbaycanlılar beynəlxalq mədəniyyət festivalında ölkəmizi təmsil ediblər VİDEO

Qarabağ və Dilboz atlarının genom analizi aparılacaq

Gürcüstan parlamentinin sədri avropalı deputatları sərt tənqid edib

“ANİMAFİLM Lənkəranda” festivalı yekunlaşıb

Kata üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Stella Assanj Ali Məhkəmənin önündə açıqlama verib

Belqrad Universitetində Azərbaycanın Müstəqillik Günü ilə bağlı konfrans olub

Gənc rəssam Əminə Hacılının fərdi sərgisi açılıb

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Latviya Seyminin sədri: Regionda Azərbaycanın sülh səylərini yüksək qiymətləndiririk

Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır

Rusiya Prezidenti Seyid İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

“Bayraktar AKINCI”nın İrandakı axtarış fəaliyyəti dünyada ən çox izlənən uçuş olaraq qeydə alınıb VİDEO

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanın 3 güləşçisi Bakıda keçirilən Avropa çempionatının yarımfinalında

Naxçıvan məhsulları “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxış əldə edəcək

Müdafiə Nazirliyi: Artilleriya bölmələrinin döyüşatışlı taktiki təlimi başa çatıb VİDEO

ANAMA: Ötən həftə 16 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Yunis Hüseynov avrokuboklara vəsiqə şansı yüksək olan klubların adlarını açıqlayıb

Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib

Azərbaycan fudokançıları Avropa çempionatında uğurla çıxış ediblər

Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfransları davam edir

Dövlət və hökumət başçılarının ölümü ilə nəticələnmiş helikopter və təyyarə qəzaları

Milli Kitabxanada növbəti treninq

BDU-nun tərəfdaşlığı ilə nərəkimilərin endemik növlərinin genom analizi aparılıb