Oğuzda indiyədək 10 min hektar sahədə payızlıq səpin aparılıb

23.11.2020 [18:20]
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 3805 hektarı arpa, 6195 hektarı buğda olmaqla 10 min hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır ...

Fermerlər tərəfindən ilkin çəkidə 9821,9 ton çəltik yığılıb

23.11.2020 [13:06]
Sahələrdə çəltik yığımı davam edir. Noyabrın 20-nə olan operativ məlumata əsasən, fermerlər tərəfindən ilkin çəkidə 9821,9 ton çəltik yığılıb. Kənd Təsərrüfarı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aqrotexniki qulluq qaydalarına düzgün ...

On ayda tarlalardan 1,6 milyon tondan çox tərəvəz yığılıb

23.11.2020 [12:01]
Məhsul yığımı başlanandan cari il noyabr ayının 1-nə kimi sahələrdən 1 milyon 602,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz çox tərəvəz və 982,1 min ton (1,6 faiz çox) kartof yığılıb. Dövlət Statistika Komitəsindən ...

Biləsuvarda tərəvəz sahələrindən 46 min tondan çox pomidor yığılıb

23.11.2020 [11:54]
Biləsuvarda tərəvəz yığımı başa çatmaq üzrədir. Cari ilin 10 ayı ərzində məhsul istehsalçıları becərdikləri tərəvəz sahəsindən 54 min 591.4 ton məhsul tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 834.7 ton çoxdur ...

Hacıqabulda 9 min hektardan çox sahədə payızlıq taxıl səpini aparılıb

23.11.2020 [11:42]
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı taxılçılığın inkişafına da xüsusi diqqət yetirib. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula ...

Dənli paxlalı bitkilərin əkin sahələrindən 3 milyon tonadək məhsul götürülüb

23.11.2020 [11:35]
Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrinin 98,7 faizi, yaxud 955,2 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 930,7 min ton ...

Xarı bülbül, Xudafərin, Ağdərə adını daşıyan yerli sort taxıl toxumları yaradılıb VİDEO

23.11.2020 [08:34]
Beyləqanda yeni yaradılan taxıl sortlarının sınaq əkini və innovativ üsullarla səpin işlərinə start verilib. Maraqlı məqam isə sınaq üçün əkilən yeni sortların azad olunan ərazilərimizin adını daşımasıdır. Bu sortlar içində Ağdərə, Xarı bülbül, Xudafərin adlı toxumlar yer alır ...

Biləsuvarda meyvə bağlarından 6 min tondan çox məhsul yığılıb

21.11.2020 [15:05]
Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ...

Bu il Oğuzda 491 ton fındıq istehsal olunub

21.11.2020 [13:03]
Builki mövsümdə Oğuz rayonunda fındıq bağlarından 491 ton məhsul tədarük olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. Qurum rəsmisi bildirib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf ...

Ağdamın keçmiş cəbhəyanı kəndlərində pambıq yığımına başlanılıb VİDEO

21.11.2020 [12:08]
Ağdam rayonunun noyabrın 20-dək təmas xətti hesab edilən ərazisində yerləşən Mirəşelli kəndində pambıq yığımı həyata keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü ...

Sabirabadlı fermerlər indiyədək 13 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar

21.11.2020 [11:58]
Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl istehsalı ilbəil artır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı taxılçıları ötən ilin payızında ...

Göyçayda indiyədək 6600 hektardan çox sahədə taxıl əkilib

21.11.2020 [10:31]
Göyçay taxılçıları payızlıq əkin kampaniyasını davam etdirirlər və indiyədək 6660 hektarda səpin aparılıb. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 14000 hektarda payızlıq taxıl əkini nəzərdə tutulub ...

İsmayıllıda tütün tədarükü başa çatıb

21.11.2020 [10:24]
İsmayıllı rayonunda cari ildə 60 ton quru tütün yarpağı tədarük olunub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə İsmayıllının 13 kəndində ümumilikdə 30 hektar sahədə tütün əkilib ...

Zaqatalada indiyədək 557,8 ton quru tütün istehsal olunub

20.11.2020 [17:31]
Zaqatala rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 557,8 ton quru tütün istehsal olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən ...

IDEA İctimai Birliyi Bakıdan kənarda ilk dəfə Şirvan şəhərində “Bizim həyət” layihəsini gerçəkləşdirib

20.11.2020 [15:20]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində 700 nəfərə yaxın sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin ...

Kürdəmir pambıqçıları rayon tarixində ən yüksək göstəriciyə nail olublar

20.11.2020 [13:08]
Kürdəmir rayonunun pambıq yığımı davam edir və artıq hər hektardan məhsuldarlıq 27 sentnerə çatıb ki, bu da rayon tarixində ən yüksək göstəricidir. Qazanılan məhsuldarlıq təkcə ötənilki göstəricidən 6,9 sentner çoxdur ...

Gələn aydan fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanılacaq

20.11.2020 [12:18]
Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq. Hazırda fermerlərdən təhvil alınan pambıq, tütün və şəkər çuğunduru məhsulları barədə məlumatlar tədarükçülər tərəfindən Elektron ...

İmişlidə tədarük olunan pambığın 19 min tondan çoxu maşınlarla yığılıb

20.11.2020 [11:40]
İmişlidə pambıq yığımı davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 19 min 374 tondan çox məhsul toplayıblar. Hər gün plantasiyalardan 110-115 tondan çox pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir ...

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,6 faiz artıb

20.11.2020 [11:37]
Cari ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480 milyon manat təşkil edib ki, onun da 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 ...