İsmayıllıda meyvə və giləmeyvə yığımına başlanılıb

24.06.2022 [12:12]
İsmayıllı rayonunda meyvə və giləmeyvə yığımına başlanılıb və qısa vaxtda bağlardan 244 ton məhsul yığılıb. Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Paşa Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda İsmayıllıda 3937 hektar meyvə ...

Yevlaxda pilot aqropark yaradılır - artıq bağ və ting sahələrinin salınmasına başlanılıb FOTO VİDEO

24.06.2022 [10:11]
"Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 2855 hektar sahədə pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılıb. Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır ...

İstifadə edilməyən torpaqlar yararlı hala salınaraq əkin işləri aparılır - hər hektardan 65 sentner taxıl götürülüb FOTO VİDEO

23.06.2022 [18:21]
Şəmkir rayonunun Ceyrançöl massivində uzun müddət istifadə edilməyən torpaqlar yararlı hala salınaraq əkin işləri aparılıb. Burada taxıl, qarğıdalı, soya, şəkər çuğunduru sahələri salınaraq yüksək məhsuldarlıq əldə edilir. Hazırda taxıl biçini prosesi davam edir, məhsuldarlıq isə yüksəkdir ...

Ucarda yaş barama tədarükü başa çatıb

23.06.2022 [17:01]
Ucar kümçüləri yaş barama tədarükünü başa çatdırıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 63 kümçü tərəfindən 320 qutu (6213 qram) ipəkqurdu toxumu bəslənilib ...

Aqrar Sığorta Fondu fermer və sahibkarlara qeyri-sabit hava şəraiti ilə bağlı müraciət edib

23.06.2022 [15:38]
Respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib. Aqrar Sığorta Fondu (ASF) hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq ölkədəki fermer və sahibkarlara müraciət edib ...

Samuxun taxıl sahələrində məhsuldarlıq 41 sentnerə çatıb

23.06.2022 [11:37]
Samux rayonunun təsərrüfatlarında bu il 10860 hektar sahədə taxıl becərilib. Sahələrin 5788 hektarı əhali təsərrüfatlarının, 5072 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür. Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, taxıl sahələrinin ...

Göyçaylı kümçü: Kənd yerində 40 gündə çəkdiyin əziyyətin bəhrəsini görmək, gəlir götürmək çox sərfəlidir VİDEO

23.06.2022 [10:52]
İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Göyçayda da baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərib. Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla ...

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq

23.06.2022 [10:25]
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 25-26 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək. Yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq ...

Beş ayda 63,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər əkilib

22.06.2022 [17:47]
Ölkədə yaz-tarla işləri davam etdirilir. Cari ilin yanvar-may aylarında 382,6 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz az yazlıq bitkilərin səpini aparılıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 63,4 min hektar sahədə dənlilər ...

Qaxda indiyədək 373 hektar sahəyə tütün şitilləri köçürülüb

22.06.2022 [16:19]
Qax rayonunun təsərrüfatlarında tütün əkini yekunlaşmaq üzrədir. Fermerlər indiyədək 373,3 hektar sahəyə tütün şitilləri köçürüblər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib ...

Kəndli çəkdiyi zəhmətin bəhrəsini görür – Göyçayda taxıl biçinindən reportaj VİDEO

22.06.2022 [16:12]
Göyçayda taxıl biçininə start verilib. Bölgədə mühüm strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılması üçün hüquqi və fiziki şəxslərə məxsus 46 kombayn biçin prosesinə cəlb edilib. AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə daha tez yetişən arpa sahələri biçilir ...

Qəbələnin arpa sahələrində orta məhsuldarlıq 25 sentner təşkil edir

22.06.2022 [14:45]
Qəbələ rayonunun təsərrüfatlarında bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Dizaxlı, Kürd, Böyük Əmili kəndlərinin və Nic qəsəbəsinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 810 hektaradək sahənin arpası biçilib, 2 min tondan çox məhsul tədarük olunub ...

Kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb

22.06.2022 [14:43]
Cari ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 639,8 milyon manat təşkil edib ki, onun da 2 milyard 28,4 milyon manatı heyvandarlıq, 611,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Dövlət Statistika Komitəsindən ...

Ucarda biçilən zəmilərdə orta məhsuldarlıq 27 sentner təşkil edir

22.06.2022 [12:19]
Ucar rayonunda cari mövsümdə 14 min 427 hektar sahədə taxıl yetişdirilib və artıq 13 min 128 hektar sahənin məhsulu yığılıb. Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumatda bildirilir ki, taxıl sahələrinin ...

Sabirabadda aqropark yaradılır – zəmilərdən yüksək məhsuldarlıq gözlənilir FOTO VİDEO

22.06.2022 [11:41]
Sabirabad rayonunda “Sabirabad Pilot Aqropark” yaradılır. Aqroparkda 8 istiqamətdə təsərrüfatın yaradılması nəzərdə tutulur. Artıq əkinçilik üzrə uğurlu nəticələr var, zəmilərdən yüksək məhsuldarlıq gözlənilir. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən ...

Baytarlıq pasportunun alınması tələb olunmayacaq, hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq – qaydalara dəyişiklik edildi

22.06.2022 [11:33]
“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib ...

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəsmisi: Taxıl biçinindən sonra sahə mütləq şumlanmalıdır

21.06.2022 [19:01]
Taxılın yanğın təhlükəsindən qorunması üçün biçindən sonra sahələr mütləq şumlanmalıdır. Çünki həmin ərazidə baş vermiş kiçik, lokal hadisə başqa ərazilərə keçir, biçilməmiş sahələrin yanmasına səbəb olur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin ...

Ağsuda hər gün taxıl zəmilərinə 77 kombayn çıxarılır

21.06.2022 [15:42]
Ağsu rayonunda taxıl biçininə başlanıb və qısa vaxtda 7165 hektar sahənin məhsulu yığılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 34 min 295,2 hektar sahədə taxıl yetişdirilib. Sahələrin 15 min 374,2 hektarı buğda, 18 min 921 hektarı arpadır ...

İşğaldan azad olunmuş ərazilərə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir VİDEO

21.06.2022 [15:09]
Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub ...