Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi açılacaq

14.09.2016 [17:24]
Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi açılacaq. Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalça Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ...

“Qırmızı bağ” filminin beynəlxalq premyerası

14.09.2016 [16:59]
Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına daxil edilib. Festival sentyabrın 24-dən 30-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ...

“Retro Bakı”dan növbəti konsert proqramı

14.09.2016 [16:50]
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi növbəti konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gəlib. İdarədən AZƏRTAC-a bildirilib ki, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən ...

Azərbaycan İstiqlal Muzeyində insan haqları mövzusunda tədbir keçiriləcək

14.09.2016 [16:34]
Sentyabrın 20-də Azərbaycan İstiqlal Muzeyində insan haqları, humanizm və maarifçilik mövzusunda tədbir keçiriləcək. Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli, “Polisə ...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu və “Qız qalası” festivalı keçiriləcək

14.09.2016 [16:20]
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində sentyabrın 24-dən oktyabrın 2-dək Bakıda “Daşın nəğməsi” (Music in Stone) ilk Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək ...

Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri gürcü dilində nəşr edilib

14.09.2016 [15:49]
Sentyabrın 14-də Azərbaycandakı Atatürk Mərkəzində görkəmli Azərbaycan yazıçısı, maarifçi Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasının gürcü dilində nəşr edilməsinə həsr olunmuş “dəyirmi masa” keçirilib. Əsəri gürcü dilinə Anna Bartkulaşvili tərcümə edib ...

Yeni mövsümə yeni tamaşalarla

14.09.2016 [15:33]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni – 89-cu teatr mövsümünün ilk tamaşaları sentyabrın 17-də nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçıların sevimli mədəniyyət ocağında həmin gün saat 12:00-da ...

“Onun atası” qısametrajlı bədii film nümayiş olunub

14.09.2016 [13:32]
“YARAT” Müasir İncəsənət Mərkəzində Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçirilib. AZƏRTAC xəbər verir ki, YARAT Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən filmin rejissoru və ...

Mingəçevir Dövlət Dram Teatrında üç tamaşa hazırlanır

14.09.2016 [13:22]
Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində maraqlı tamaşalar təqdim edəcək. AZƏRTAC xəbər verir ki, sənət ocağı sentyabrın 16-da İranın “Nəğab teatrı”nda “Kütləvi xoşbəxtlik”, sentyabrın 18-də Gəncə Dövlət ...

Gənc rəssam Afət Bağırovanın fərdi rəsm sərgisi açılacaq

14.09.2016 [12:49]
Sentyabrın 16-da Bakıda gənc rəssam Afət Bağırovanın retrospektiv fərdi rəsm sərgisi açılacaq. AZƏRTAC xəbər verir ki, “Port Baku Mall”da gerçəkləşəcək sərgidə rəssamın müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq ...

Bakı Uşaq Teatrı meydan tamaşalarına yekun vurub

14.09.2016 [12:21]
Bakı Uşaq Teatrı yay mövsümündə açıq havada təşkil etdiyi meydan tamaşalarına yekun vurub. AZƏRTAC xəbər verir ki, teatrın yaradıcı kollektivi paytaxtın mərkəzi meydanlarından birində tamaşaçılarla son görüşünü ...

Qarabağ xalçaları şüşə üzərində rəsm sənəti ilə yaddaşlara yazılacaq

14.09.2016 [11:24]
Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq üçün “Al-əlvan Qarabağ” şüşə üzərində rəsm sərgisi keçiriləcək. AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin ...

Lənkəran teatrı yeni teatr mövsümünü “Əsrlərin harayı” tamaşası ilə açacaq

14.09.2016 [10:50]
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə sentyabrın 23-də start verəcək. Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası ilə yeni mövsümü açıq elan edəcək ...

İslam Həmrəylik Oyunları zamanı Bakıda mədəni tədbirlər təşkil ediləcək

13.09.2016 [20:42]
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İƏT ilə ölkəmiz arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib ...

Qurban bayramı ilə əlaqədar Bakı “SOS uşaq kəndi”ndə tədbir keçirilib

13.09.2016 [19:49]
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı “SOS uşaq kəndi”ndə Qurban bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları uşaqları ...

Özbəkistanda keçirilən “Atlas festivalı”nda Azərbaycan kəlağayıları nümayiş olunub

13.09.2016 [15:22]
Özbəkistanın Mədəniyyət və İdman Nazirliyi, UNESCO-nun bu ölkədəki nümayəndəliyi Fərqanə Vilayət Hakimiyyəti ilə birgə qədim Mərgilan şəhərindəki Sənətkarlar Mərkəzində "Atlas festivalı" keçirib ...

Bu gün Xalq Artisti Arif Məlikovun 83 yaşı tamam olur

13.09.2016 [09:42]
O, çoxlarından fərqli olaraq şöhrətə gedən yola çox gənc yaşlarında çıxdı. 26 yaşında ikən yazdığı “Məhəbbət əfsanəsi” ilə milyonlarla insanın gözə görünməyən məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayın salmadı. Gecəsini gündüzünə qataraq daha böyük ...

Bakıda tanınmış rəssam Olya Kroytorun fərdi sərgisi açılacaq

13.09.2016 [06:08]
Bakıda rusiyalı xanım rəssam Olya Kroytorun fərdi rəsm sərgisi açılacaq. AZƏRTAC xəbər verir ki, məşhur fırça ustasının əsərləri oktyabrın 31-də “Kiçik QalArt” qalereyasında nümayiş olunacaq. Qonaqlar sərginin ekspozisiyasında ...

Azərbaycan musiqiçiləri “İpək və alov” festivalında iştirak edəcəklər

11.09.2016 [23:04]
Fransanın www.lalsace.fr saytında Müluz şəhərində keçiriləcək “İpək və alov” beynəlxalq musiqi festivalı haqqında xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Müluz şəhərinin “La Sinne” teatrında keçiriləcək festivalın açılış mərasimi Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ...