“BU DA BELƏ BİR ÖMÜRDÜ”

06.12.2003 [20:37]
Xalq şairi Məmməd Arazın 70 illik yubileyi münasibətilə Heydər Əliyev adına Naxçıvan Uşaq-Gənclər Yaradıcılıq Sarayında “Bu da belə bir ömürdü” adlı ədəbi-bədii kompozisiya göstərilmişdir. Bu tədbir Naxçıvan Özəl Universitetində ...

HÜSEYN CAVİDİN ÜÇCİLDLİYİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR

06.12.2003 [19:02]
Böyük mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 120 illiyi münasibətilə çap edilmiş üçcildliyinin Rəşid Behbudov adına Mahnı Teatrında təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi tədbirdə Milli Məclisin deputatları, ...

ŞƏKİ TEATRININ QASTROL SƏFƏRİ BAŞA ÇATMIŞDIR

06.12.2003 [12:53]
Şəki Dövlət Dram Teatrının Bakı şəhərinə qastrol səfəri uğurla başa çatmışdır.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və 4 gün davam edən qastrol günlərində teatrın yaradıcı kollektivi paytaxt ...

BEYNƏLXALQ ŞƏRQ-QƏRB BAKI KİNO FESTİVALI YAXINLAŞIR

06.12.2003 [11:59]
Dekabrın 20-də “Gülüstan” sarayında Beynəlxalq Şərq-Qərb Bakı kinofestivalı başlayacaqdır. Bu münasibətlə Kinematoqrafçılar İttifaqında mətbuat konfransı keçirilmişdir.
İttifaqdan AzərTAc-a bildirmişlər ki, qurumun birinci katibi, xalq artisti Rasim Balayev beynəlxalq ...

BETHOVENİN ƏLYAZMASI 1,5 MİLYON FUNT STERLİNQDƏN ARTIQ QİYMƏTƏ SATILMIŞDIR

05.12.2003 [23:20]
Xarici informasiya agentliklərindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, Londonda “Sotbis” hərracında Lüdviq van Bethovenin simli kvartet üçün 127-ci skertso əsərinin not yazısı 1,5 milyon funt sterlinqdən artıq qiymətə ...

REJİSSOR MİKAYIL MİKAYILOVUN 100 İLLİYİ MÜNASİBƏTİLƏ

05.12.2003 [22:36]
Azərbaycanın ilk kino xadimlərindən biri - rejissor, aktyor, əməkdar incəsənət xadimi, əməkdar artist Mikayıl Mikayılovun 100 illiyi münasibətilə dekabrın 9-da Nizami adına kinoteatrda onun “İsmət” bədii filmi nümayiş etdiriləcəkdir. ...

“BU ANDA, BU MƏKANDA” FOTO-SƏRGİ MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR

05.12.2003 [22:30]
Azərbaycan Gənc Fotoqraflar Assosiasiyası informasiya texnologiyaları sənayesinin lideri Hewlett Paskard (HP) şirkətinin sponsorluğu ilə dekabrın 9-dan 12-dək Muzey Mərkəzində HP-nin “Dairə” sərgisi çərçivəsində fotoqrafların “Bu anda, bu məkanda” adlı ...

BƏSTƏKAR TƏLƏBƏLƏRİN HESABAT KONSERTİ OLMUŞDUR

05.12.2003 [22:25]
Dekabrın 5-də Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının böyük konsert salonunda akademiyanın bəstəkarlıq kafedrası tələbələrinin hesabat konserti olmuşdur.
Akademiyadan AzərTAc-ın müxbirinə demişlər ki, konsertdə xalq artisti, professor Arif Məlikovun, ...

“NATƏVAN” OPERASINA İCTİMAİ BAXIŞ OLMUŞDUR

05.12.2003 [22:24]
Dekabrın 5-də Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, xalq artisti, dövlət mükafatı laureatı professor Vasif Adıgözəlovun “Natəvan” operasına ictimai baxış keçirilmişdir.
Teatrdan AzərTAc-ın müxbirinə demişlər ki, məşhur ...

GƏNC FOTORƏSSAMLARIMIZIN SƏRGİ–MÜSABİQƏSİ KEİRİLƏCƏK

05.12.2003 [11:12]
Azərbaycan Fotoqraflar Birliyi Azərbaycan Gənc Fotoqraflar Assosiasiyası ilə birgə dekabrın 8-dən 15-dək Muzey Mərkəzində ölkəmizin gənc fotorəssamlarının “Dairə” adlı sərgi-müsabiqəsini keçirəcəklər.
Sərgidə 20 fotoqrafın 100-dən artıq işi nümayiş ...

MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ ELMİ–PRAKTİK KONFRANS

04.12.2003 [21:31]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq musiqisi, çalğı alətləri və musiqişünaslıq kafedralarının birgə təşəbbüsü ilə tələbələrin “Türksoy xalqlarının musiqi mədəniyyətinin tədqiqi problemləri”nə həsr olunmuş 3-cü elmi-praktik konfransı keçirilmişdir. ...

UNİVERSİTET KOLLEKTİVİ ƏLİLLƏRİ YAD ETMİŞDİR

04.12.2003 [21:11]
Beynəlxalq Əlillər günü münasibətilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki müharibə əlilləri üçün müalicə pansionatında olmuşdur.
Pansionatdan ...

OQTAY MİRQASIMOV “LİSTOPAD” FESTİVALININ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR

04.12.2003 [21:03]
Azərbaycan kinorejissoru Oqtay Mirqasımov noyabrın 22-29-da Minskdə keçirilmiş X Beynəlxalq “Listopad” kinofestivalının mükafatına layiq görülmüşdür. Bunu AzərTAc-ın müxbirinə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsindən bildirmişlər.
O.Mirqasımova iki mükafat ...

“ÜÇ QIZ” FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAKIDA DAVAM ETDİRİLƏCƏKDİR

04.12.2003 [12:01]
Rejissor Murad İbrahimbəyovun özünün ssenarisi əsasında bir qədər əvvəl çəkilişinə başladığı “Üç qız” filmi üzərində işlər tamamlanmaq üzrədir.
Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsindən AzərTAc-a daxil olan məlumata ...

ƏLİL UŞAQLARIN RƏSM SƏRGİSİ AÇILMIŞDIR

04.12.2003 [12:00]
Azərbaycan Miniatür Mərkəzində əlil uşaqların Beynəlxalq Əlillər gününə həsr olunmuş sərgisi açılmışdır.
“Qönçə” Əlillər Cəmiyyətinin yardımı ilə keçirilən sərgidə 12 uşağın 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir.
...

“DAĞILAN TİFAQ” TAMAŞASININ PREMYERASI OLMUŞDUR

04.12.2003 [11:59]
Şuşa Dövlət Musiqili Dram Teatrı dekabrın 3-də Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsinin ilk tamaşasını göstərmişdir.
Teatrın direktor müavini Azad Məmmədov AzərTAc-ın müxbirinə demişdir ki, iki ...

YAZIÇILAR BİRLİYİNİN MÜKAFATLARI TƏQDİM OLUNMUŞDUR

04.12.2003 [11:58]
Azərbaycan Yazıçılar Birliyinin Bədii ədəbiyyatı təbliğ bürosu “Yaddaş” Milli Mükafatlar Komissiyasının qərarına əsasən, bir qrup yazıçıya “Yaddaş” və “Qılınc və Qələm” mükafatları vermişdir.
Birlikdən AzərTAc-ın müxbirinə bildirmişlər ki, ...

BƏŞİR SƏFƏROĞLU ADINA MOSKVA MUSİQİLİ MİNİATÜR TEATRI AÇILIŞA HAZIRLAŞIR

04.12.2003 [03:36]
Xalq artisti, iki dəfə “Qızıl Dərviş” mükafatı laureatı Afaq Bəşirqızı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində atası, xalq artisti Bəşir Səfəroğlunun adını daşıyan Moskva Musiqili Miniatür Teatrının açılışına hazırlaşır. Bu ...

TANINMIŞ YAZIÇI-PUBLİSİST ELMİRA AXUNDOVANIN YENİ KİTABININ TƏQDİMATI

03.12.2003 [23:20]
Dekabrın 3-də “Azərbaycan” mehmanxanasında tanınmış yazıçı-publisist Elmira Axundovanın “Yaşamaq vaxtıdır” adlı yeni kitabının təqdimat mərasimi olmuşdur. Kitaba müəllifin 1993-2003-cü illərdə yazdığı məqalələr, aldığı müsahibələr, yol oçerkləri və ədəbi esselər daxildir ...