KƏMƏRBOYU YAŞAYIŞ DÜŞƏRGƏLƏRİNDƏN BİRİ HAZIRDIR

31.07.2003 [18:06]
Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri boyu inşaatçıların yaşayacağı düşərgələrdən biri - Muğan düşərgəsi tikilib istifadəyə verilmişdir.
“bp-Azərbaycan” şirkətindən AzərTAc-a bildirmişlər ki, düşərgə artıq öz sakinlərini qəbul etmişdir. Tikinti ...

BİR RAYONDA CƏMİ 64 KÜMÇÜ VARDIR

31.07.2003 [13:38]
Bu mövsümdə Qax rayonunda cəmi 64 kümçü ipəkqurdu bəsləmiş, onlar Şəki ipək kombinatına 2980 kiloqram barama satmışlar. Lakin bu, əvvəllər tək bir kəndin göstəricisi sayıla bilərdi.
Baramaçılığa marağın ...

RABİTƏ NAZİRLİYİ 7 AYDA DÖVLƏT BÜDCƏSİNƏ 57,4 MİLYARD MANAT ÖDƏMİŞDİR

31.07.2003 [13:37]
Rabitə Nazirliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində dövlət büdcəsinə ödəmələr artıqlaması ilə icra olunur.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin 7 ayı ərzində ödəmələrlə bağlı proqnoza artıqlaması ilə ...

İRANIN İŞ ADAMLARI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR

31.07.2003 [13:36]
İran Tacirlər Birliyinin sədri Əndişe Qoreyşi Nərmiqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. 40 nəfərdən ibarət heyətin üzvləri quşçuluq, arıçılıq, maldarlıq və tikinti materiallarının istehsalı ilə məşğul olan iş adamlarıdır. ...

818 MƏCBURİ KÖÇKÜN SAHİBKARLIQ FƏALİYYƏTİNƏ CƏLB EDİLMİŞDİR

31.07.2003 [13:35]
Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bu ilin 6 ayı ərzində həyata keçirdiyi mikrokredit proqramı çərçivəsində 43 hüquqi şəxsə 76.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər bir ...

“SİEMENS” ŞİRKƏTİ MOBİL TELEFONLAR İSTEHSALI SAHƏSİNDƏ İŞ YERLƏRİNİ İXTİSAR EDİR

31.07.2003 [13:08]
Xarici informasiya agentlikləri xəbər verir ki, Almaniyanın “Siemens” şirkətinin rəhbərliyi məhsulun maya dəyərini aşağı salmaq məqsədi ilə mobil telefonların istehsalı sahəsində 2300-dək iş yerini ixtisar etmək niyyətindədir.
“Siemens”in ...

ASFALT ZAVODU AHƏNGDAR İŞLƏYİR

31.07.2003 [12:40]
Azərbaycan DRES-in uzun illər boş dayanan asfalt zavodu təcrübəli mühəndis və texniki işçilərin səyi ilə yenidən məhsul istehsalına başlamışdır. Burada 50 nəfərə qədər adam işlə təmin edilmişdir.
Stansiyanın ...

XARİCİ ÖLKƏLƏRİN İŞ ADAMLARI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR

31.07.2003 [12:39]
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasından AzərTAc-ın müxbirinə bildirmişlər ki, sentyabrın 16-18-də azərbaycanlı iş adamları Ukraynanın Zaporojets şəhərində keçiriləcək “Sosial tərəfdaşlıq sisteminin yaradılmasında sahibkarların milli təşkilatlarının rolu və yeri, ticarət ...

ATƏT AZƏRBAYCANDA QADIN SAHİBKARLARA KÖMƏK EDİR

31.07.2003 [11:52]
Müstəqil Hüquq Mərkəzi ATƏT-in Bakı ofisi ilə “Qadın sahibkarların təlimi” layihəsi üzrə əməkdaşlıq etməyə başlamışdır. Mərkəzin prezidenti Aydın Kərimov müxbirimizlə söhbətində demişlər ki, bu gün sahibkarlıq sahəsində qəbul olunmuş ...

YENİ POÇT BİNASI TİKİLMİŞDİR

31.07.2003 [02:53]
Qax rayonunun Əliabad kəndində təzə poçt binası tikilib istifadəyə verilmişdir. Şöbə yeni, müasir avadanlıqlarla təmin edilmişdir.
Burada vətəndaşlara nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
...

HEYVANDARLIĞIN İNKİŞAFI STATİSTİKADA

31.07.2003 [02:52]
Zaqatala rayon statistika idarəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, fərdi təsərrüfatlarda saxlanan qara malın baş sayı 57 minə, davarın sayı isə 170 minə çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, ...

BEYNƏLXALQ VERGİLƏR VƏ İNVESTİSİYALAR MƏRKƏZİNİN AZƏRBAYCANA MARAĞI ARTIR

30.07.2003 [21:48]
Beynəlxalq vergilər və investisiyalar mərkəzi (BVİM) cari ilin avqustunda respublikanın maliyyə və vergilər nazirlikləri əməkdaşlarının iştirakı ilə seminar keçirəcəkdir.
Bu barədə AzərTAc-ın müxbirinə BVİM-in Azərbaycandakı rəsmi nümayəndəsi Fatimə ...

İLİN BİRİNCİ YARISINDA 109 ÖLKƏ İLƏ TİCARƏT ƏMƏLİYYATLARI APARILMIŞDIR

30.07.2003 [21:43]
2003-cü ilin birinci yarısında respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 109 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2113302,4 min ABŞ dolları, o cümlədən ixrac 981736,5 min dollar, idxal 1131566 min dollar ...

YARIM İLDƏ 8035 MİN TON YÜK DAŞINMIŞDIR

30.07.2003 [21:41]
İlin birinci yarısında fiziki şəxslər tərəfindən respublikamıza gətirilən 26841 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
Bu barədə AzərTAc-ın müxbirinə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya ...

CARİ İLİN BİRİNCİ YARISINI UĞURLA BAŞA VURMUŞLAR

30.07.2003 [21:37]
Ölkəmizin şimal-qərb giriş qapısı sayılan Balakən gömrükxanasının əməkdaşları ilin birinci yarısını uğurla başa vurmuşlar. Yanvar-iyun aylarında dövlət büdcəsinə təxminən 3 milyard 19 milyon manat vəsait köçürülmüş, proqnoz tapşırığına 101 ...

BAKI BANKLARARASI VALYUTA BİRJASININ 10 İLLİYİ

30.07.2003 [19:25]
1993-cü ildə Milli Bank və ölkənin ən iri dörd dövlət bankı tərəfindən təsis olunmuş Bakı Banklararası Valyuta Birjası (BBVB) maliyyə bazarında fəaliyyətə başlamasının 10 illiyini qeyd etmişdir.
Birjanın ...

“ÇIRAQ-1” PLATFORMASINDA GÜNDƏLİK HASİLAT 19 MİN TONA ÇATDIRILMIŞDIR

30.07.2003 [19:17]
Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AzərTAc-ın müxbirinə demişdir ki, “Çıraq-1” platformasında gündəlik neft hasilatı 19 min tona çatdırılmışdır. “Azəri” yatağının Mərkəzi, Qərb və Şərq hissələrinin işlənilməsi üçün nəzərdə ...

NÖVBƏTİ HİDROAQREQATI AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR QURACAQLAR

30.07.2003 [13:08]
Mingəçevir Su Elektrik Stansiyasında 5-ci hidroaqreqatın yenidən qurulmasına hazırlıq işlərinə başlanmışdır. Bu işi “Azərenerji” Səhmdar Cəmiyyətinin mütəxəssisləri görəcəklər.
İlk dörd aqreqatın Rusiya və Hindistan energetikləri tərəfindən modernləşdirilməsi nəticəsində stansiyada enerji ...

DAĞILMIŞ BİNANIN SAHİBİ TAPILDI

30.07.2003 [13:08]
Gəncənin Şəddadilər küçəsində təxminən 20 il əvvəl çoxmərtəbəli yaşayış binası ucaldılırdı. SSRİ dağıldıqdan sonra tikintidə işlər dayandırıldı. Elə bununla da yarımçıq tikintinin qara günləri başladı. Qısa vaxt ərzində sahibsiz ...