ÖTƏN İL DÜNYA BANKINDAN ALINMIŞ KREDİTLƏRİN HƏCMİNƏ GÖRƏ AZƏRBAYCAN MDB ÖLKƏLƏRİ ARASINDA İKİNCİ YERİ TUTUR

07.01.2003 [12:00]
Dünya Bankının (DB) Direktorlar Şurası 2002-ci ildə MDB ölkələrinə 739 milyon dollar məbləğində kreditlər vermişdir. Həmin vəsait 18 müxtəlif layihənin həyata keçirilməsinə ayrılmışdır. ...

YAXIN VAXTLARDA “İLKBANK” AKB SAHİBKARLIĞA YARDIM MİLLİ FONDUNUN ÜÇÜNCÜ KREDİT TRANŞINI ALACAQDIR

07.01.2003 [10:00]
Yaxın vaxtlarda “İlkbank” AKB Sahibkarlığa Yardım Milli Fondunun kredit xətti ilə üçüncü tranş alacaqdır. Xatırladaq ki, “İlkbank” ötən ilin oktyabrında Fondun vəsaitlərinin yerləşdirilməsi agenti kimi seçilmiş 6 bankdan biridir. ...

RABİTƏ NAZİRLİYİ 2002-Cİ İLDƏ YÜKSƏK NƏTİCƏLƏR ƏLDƏ ETMİŞDİR

06.01.2003 [17:25]
Rabitə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2002-ci ildə nazirlik sistemində 295 yeni iş yeri yaradılmışdır. ...

YARARSIZ ƏSKİNASLARIN MƏHV EDİLMƏSİ PROSESİ BAŞA ÇATMIŞDIR

06.01.2003 [17:00]
Milli Bankın Mətbuat Xidmətindən AzərTAc-a bildirmişlər ki, tədavüldən çıxarılmış və yararsız olan milli valyuta əskinaslarının məhv edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış daimi fəaliyyət ...

ABŞ BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN MÜHAFİZƏSİNDƏ GÜRCÜSTANA KÖMƏK EDƏCƏK

06.01.2003 [15:00]
Vaşinqton Gürcüstanda həyata keçirilən “Təlim və təchizat” proqramına maliyyə yardımını 65 milyon dollardan 75 milyon dollaradək artırır. Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiyanın sözlərinə görə, ...

YENİ İSTEHSAL SAHƏSİ YARADILMIŞDIR

06.01.2003 [12:00]
Ölkəmizin Prezidenti Heydər Əliyevin sahibkarlığın inkişafına göstərdiyi qayğı Bərdə rayonunun iş adamlarını da yeni istehsal sahələri yaratmağa ruhlandırmışdır. Əvvəllər kiçik bir müəssisə olan Tərtərçay qum-çınqıl karxanası səhmdar cəmiyyətə çevrilmişdir. ...

MEMARLIQ ABİDƏSİ OLAN QƏDİM BİNA YANĞINDAN SONRA BƏRPA EDİLMİŞDİR

06.01.2003 [11:00]
Xəbər verdiyimiz kimi, Zaqatala şəhərinin Azərbaycan prospektindəki memarlıq abidəsi olan 150 yaşlı ikimərtəbəli bina ötən il dekabrın ortalarında yanmışdı. Binada yaşayan 43 ailə müvəqqəti olaraq şəhər mehmanxanasında yerləşdirilmişdi. ...

VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ

06.01.2003 [10:00]
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyində aparılan struktur dəyişiklikləri ilə əlaqədar 2002-ci il dekabrın 20-də Bakı Şəhər Baş Vergilər İdarəsi və Bakı şəhərinin 11 rayonu üzrə vergilər idarələri ləğv edilərək əvəzində paytaxtın rayonlarını əhatə edən üç filialı da daxil olmaqla Bakı Şəhər Vergilər Departamenti yaradılmışdır. ...

BEYNƏLXALQ MALİYYƏ TƏŞKİLATLARI İLƏ ƏMƏKDAŞLIQ UĞUR GƏTİRİR
BU QURUMLARLA BİRGƏ HAZIRLANMIŞ LAYİHƏLƏR AQRAR BÖLMƏDƏ MƏHSUL İSTEHSALINI ARTIRMAĞA İMKAN VERİR

06.01.2003 [09:00]
Kənd Təsərrüfatı Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Prezidenti Heydər Əliyevin ölkədə aqrar bölmənin inkişafına göstərdiyi böyük diqqət və qayğı bir sıra beynəlxalq təşkilatlarda bu sahəyə iri məbləğlərdə ...

TRANSFORMATOR İSTİSMAR YERİNƏ GƏTİRİLMİŞDİR

04.01.2003 [10:00]
Ağcabədi rayonunda tikilən 330/110 kilovoltluq yardımçı stansiya üçün 280 MVA gücündə avtoransformator istismar yerinə gətirilmişdir. ...

2003-CÜ İLİN İŞ VAXTI BALANSI MÜƏYYƏN EDİLMİŞDİR

04.01.2003 [09:00]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 2003-cü il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədi ilə yeni ilin iş vaxtı balansını müəyyən etmişdir. ...

AÇILMALARIN QARŞISINI ALMAQ OLARDI

03.01.2003 [14:00]
“Azərenerji” SC-dən AzərTAc-a bildirmişlər ki, 2002-ci ilin 11 ayı ərzində Bakı şəhərində elektrik enerjisindən istifadə haqqı 50 faiz ödənilmişdir, halbuki 2001-ci ildə bu göstərici 28 faiz idi. ...

ARDNŞ ÖTƏN İL 8944,4 MİN TON NEFT HASİL ETMİŞDİR

03.01.2003 [13:00]
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, şirkət 2002-ci ildə 8944,4 min ton neft hasil etmişdir ki, bu da nəzərdə tutulduğundan 44,4 min ton çoxdur. ...

RABİTƏ SİSTEMİNƏ SƏRMAYƏ QOYULACAĞI GÖZLƏNİLİR

03.01.2003 [12:00]
2002-ci ildə Rabitə Nazirliyinin daxili imkanları hesabına rabitə sisteminin inkişafına təxminən 3 milyon dollar vəsait qoyulmuş, “Aztelekom” İstehsalat Birliyi və Bakı Rabitə İstehsalat Birliyi isə əhalinin ödəmələri hesabına təxminən 30 min telefon nömrəsi vermişdir. ...

UCQAR KƏNDDƏ YENİ RABİTƏ ŞÖBƏSİ AÇILMIŞDIR

02.01.2003 [15:50]
Yeni ilin ilk günündə İmişli rayonunun ucqar yaşayış məntəqələrindən olan Qulubəylim kəndində müasir tipli poçt şöbəsi istifadəyə verilmişdir. ...

NAXÇIVAN OLİMPİYA İDMAN KOMPLEKSİ YENİ AVADALIQ ALACAQDIR

02.01.2003 [15:40]
İdman, Gənclər və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Milli Olimpiya Komitəsinin /MOK/ prezidenti İlham Əliyevin təşəbbüsü ilə MOK-un İcraiyyə komitəsinin üzvləri və nazirliyin rəhbərliyi yanvarın 3-də Naxçıvana gedəcəklər. ...

RABİTƏÇİLƏRİN BAYRAM SOVQATI

30.12.2002 [20:00]
Rabitə naziri Nadir Əhmədov başda olmaqla nazirliyin nümayəndələri Biləsuvar rayonundakı çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlərlə görüşə getmişlər. ...

350 AİLƏYƏ YARDIM PAYLANMIŞDIR

30.12.2002 [19:50]
Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığına uyğun olaraq respublika yanacaq və energetika naziri Məcid Kərimov və nazirliyin bir qrup işçisi Nacıqabul rayonunun “Atom” qəsəbəsində məskunlaşmış 350 ...

ENERGETİKLƏRİN KİMSƏSİZ UŞAQLARA YENİ İL SOVQATI

30.12.2002 [18:10]
“Azərenerji” Səhmdar Cəmiyyətinin nümayəndələri yeni il bayramı ərəfəsində “Ümid yeri” xeyriyyə cəmiyyətinə gedərək, burada sığınacaq tapmış kimsəsiz uşaqları təbrik etmişlər. Bu cəmiyyəti ictimai əsaslarla telejurnalist Nigar Mənsimli yaratmışdır. ...