HİNDİSTANDA SƏMƏRƏLİ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR

17.01.2006 [19:06]
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, maliyyə naziri Əvəz Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Hindistana səfəri çərçivəsində səmərəli görüşlər keçirilmişdir.
Nümayəndə heyəti Hindistanın maliyyə naziri P.Çidambaram, ticarət ...

YENİ MÜƏSSİSƏLƏRİN 63 FAİZİ BAKIDA YARADILMIŞDIR

17.01.2006 [16:06]
Ötən il Azərbaycanda qeydiyyata alınmış 5516 yeni müəssisədən 211-i dövlət mülkiyyətinə, 4872-si xüsusi mülkiyyətə, 70-i bələdiyyə mülkiyyətinə aiddir. 273 müəssisə xarici sərmayəli, 90 müəssisə birgə kapital qoyuluşu ilə yaradılmışdır.
...

DEKABRDA İSTEHLAKÇILARA 1 MİLYARD 132 MİLYON KİLOVAT-SAATDAN ÇOX ELEKTRİK ENERJİSİ VERİLMİŞDİR

17.01.2006 [15:34]
“BARMEK Azərbaycan Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ötən ilin dekabrında istehlakçılara 1 milyard 132 milyon 780 min kilovat-saat elektrik enerjisi verilmişdir.
İstifadə olunmuş ...

ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN BİNA TİKİLİR

17.01.2006 [13:22]
AzərTAc xəbər verir ki, Biləsuvarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün səkkizmənzilli yaşayış binası tikilir.
Obyektin smeta dəyəri 958 milyon (191,6 min AZN) manatdır. Podratçı “Namiq” firması indiyədək ...

ÖZƏL BÖLMƏYƏ KREDİT QOYULUŞU ARTIR

17.01.2006 [13:21]
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasından AzərTAc-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulmuş kreditlərin həcmi 6792,6 milyard manat olmuşdur. 2004-cü illə müqayisədə bu göstərici 46,6 faiz çoxdur. Kreditlərin ...

ZAQATALA POÇTAMTI İLİ UĞURLA BAŞA VURMUŞDUR

17.01.2006 [13:20]
“Azərpoçt” Dövlət Müəssisəsi Zaqatala rayon poçtamtının kollektivi 2005-ci ilin proqnoz tapşırıqlarına 109,8 faiz əməl etmişdir. İl ərzində 135 min (AZN) manat proqnoza qarşı 148,2 min manat gəlir əldə olunmuşdur ki, ...

BİLƏSUVARDA YENİ SU XƏTTİ ÇƏKİLMİŞDİR

17.01.2006 [13:06]
“Azərsu” Səhmdar Cəmiyyəti Biləsuvar şəhərində 11 kilometr uzunluğunda yeni içməli su xəttini istifadəyə vermişdir.
İcraçı təşkilat olan yerli Su-kanal idarəsindən AzərTAc-a bildirmişlər ki, tikinti-quraşdırma işlərinin görülməsinə 1 milyard ...

AZƏRBAYCAN BEYNƏLXALQ VERGİ MÜNASİBƏTLƏRİ SAHƏSİNDƏ MÜHÜM NAİLİYYƏTLƏR QAZANMIŞDIR

17.01.2006 [12:46]
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, vergitutma ilə bağlı beynəlxalq səviyyədə aparılan danışıqların vacib istiqamətlərindən biri də gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması ...

SƏHMDAR CƏMİYYƏTLƏRİNİN SƏHMLƏRİ PUL HƏRRACINA ÇIXARILMIŞDIR

17.01.2006 [11:56]
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, 81 səhmdar cəmiyyətinin səhmləri növbəti pul hərracına çıxarılmışdır.
Fevralın 14-də Komitənin İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək hərracda hüquqi ...

SİFARİŞÇİLƏR MƏHSULUN KEYFİYYƏTİNDƏN RAZIDIRLAR

17.01.2006 [11:38]
AzərTAc xəbər verir ki, “Azneftkimyamaş” ASC-nin “Keşlə maşınqayırma zavodu” Törəmə Səhmdar Cəmiyyətində ötən il 5 milyard 463 milyon manatlıq məhsul istehsal edilmişdir. Məhsul satışı da 5 milyard manatdan çox ...

MİLLİ BANK TƏKZİB EDİR

16.01.2006 [20:11]
Milli Bankdan AzərTAc-a bildirmişlər ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində mübadilə məntəqələrinin fəaliyyətinin tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində aparılan işlərlə əlaqədar yanlış məlumatlar yayılır. Milli Bank ictimaiyyətə belə yanlış məlumatların verilməsi ...

BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI

16.01.2006 [20:06]
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə yanvarın 16-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,9173 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AzərTAc-ın ...

BƏRDƏDƏ SƏNAYE MƏHSULU İSTEHSALI YARIBAYARI ARTMIŞDIR

16.01.2006 [18:32]
Bərdə rayonunda makroiqtisadi göstəricilər ildən-ilə yüksəlir.
Rayon icra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, ötən il rayon iqtisadiyyatının əsas sahələri üzrə məhsul istehsalının həcmi 160 milyard manatdan artıq olmuş, sənaye ...

“RUSCA-AZƏRBAYCANCA-İNGİLİSCƏ KİMYA TERMİNLƏRİ LÜĞƏTİ” ÇAP OLUNMUŞDUR

16.01.2006 [18:31]
AzərTAc xəbər verir ki, Mehdi Rəhimovun “Rusca-azərbaycanca-ingiliscə kimya terminləri lüğəti” “Nurlan” nəşriyyatında çapdan çıxmışdır.
Lüğət 4 mindən çox termini əhatə edir. Azərbaycan Milli Elmlər Akademiyası Terminologiya Komissiyasının qərarı ...

BALAKƏNDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ ƏLİLLƏR ÜÇÜN 8 MƏNZİLLİ YENİ YAŞAYIŞ BİNASI TİKİLİR

16.01.2006 [17:42]
Balakən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına 8 mənzilli yeni yaşayış binası inşa edilir.
Rayon icra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, smeta dəyəri 1 ...

AVROPA PARLAMENTİ “PARLAMENT DAVRANIŞININ AVROPA NORMALARI”NI POZAN DEPUTATLARI ƏMƏK HAQQININ BİR HİSSƏSİNDƏN MƏHRUM ETMƏK NİYYƏTİNDƏDİR

16.01.2006 [17:33]
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, Avropa Parlamentinin (AP) deputatlarını öz əmək haqqının bir hissəsindən məhrum olmaq perspektivi gözləyir. Avropa Parlamentinin sədri Xosep Borrelin təşəbbüsü ilə reqlamentə xüsusi əlavə AP-nin ...

TACİKİSTAN PREZİDENTİNİN İRANA SƏFƏRİ ANCAQ İQTİSADİ XARAKTER DAŞIYIR

16.01.2006 [17:12]
Tacikistan İranla ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından Tehranda aparılacaq yüksək səviyyədə danışıqlara böyük əhəmiyyət verir. AzərTAc xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmonov yanvarın 16-da İran paytaxtına yola düşməzdən ...

CULFA GÖMRÜKXANASI ÜÇÜN YENİ BİNA İNŞA OLUNUR

16.01.2006 [17:09]
AzərTAc-ın verdiyi xəbərə görə, Culfa sərhəd-keçid məntəqəsində gömrükxana üçün 3 mərtəbəli yeni inzibati bina inşa edilir. Tikinti-quraşdırma işi başa çatdırılmışdır və tamamlama işləri aparılır.
Layihəyə uyğun olaraq, yaxınlıqda nəqliyyat ...

ABŞ SENATORLARI İRANA ZƏRBƏ ENDİRMƏYİN MÜMKÜNLÜYÜNÜ DƏ EHTİMAL EDİRLƏR

16.01.2006 [16:55]
AzərTAc xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Respublikaçılar və Demokratlar partiyalarından bir neçə senator yanvarın 15-də bəyan etmişdir ki, İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün Birləşmiş ...