MÜƏSSİSƏ MƏHSULUN ANBARDA QALMASINDAN NARAHAT DEYİL

03.02.2004 [13:21]
Gəncədəki cihazqayırma zavodunun anbarlarında 1,1 milyard manatlıq 6 min ədəd müxtəlif növ su sayğacı var. Müəssisədən AzərTAc-ın müxbirinə demişlər ki, bu qədər məhsulun anbarlarda qalması heç bir narahatçılıq doğurmur. ...

YOLLAR TƏMİR OLUNMUŞDUR

03.02.2004 [13:19]
AzərTAc-ın müxbiri xəbər verir ki, ümumi uzunluğu 70 kilometr olan İmişli-Bəhramtəpə və İmişli-Kürdəmir yolları təmir edilmişdir. Yolların sıradan çıxmış hissələrinə asfalt salınmış, ayrıcılara beton arakəsmələr düzülmüş, yol nişanları və ...

“KATEL” BORCUNU ÖDƏMİR

03.02.2004 [12:45]
“KATEL” birgə müəssisəsinin şəhərlərarası və beynəlxalq rabitə xidmətlərindən istifadəyə görə “Aztelekom” İstehsalat Birliyinə 4,19 milyard manat borcu vardır.
Birlikdən AzərTAc-ın müxbirinə demişlər ki, məhkəmə qətnaməsinə, müqavilə şərtlərinə və dəfələrlə ...

İPƏK YOLUNUN ƏLƏT-HACIQABUL HİSSƏSİNİN ÇƏKİLİŞİ BAŞA ÇATIR

03.02.2004 [12:44]
AzərTAc-ın müxbiri xəbər verir ki, İpək yolunun 45 kilometrlik Ələt-Hacıqabul hissəsinin çəkilişi başa çatmaqdadır. Yolda axırıncı tamamlama işləri görülür. Beton arakəsmələr düzülür, ərazi tikinti qalıqlarından təmizlənir, ağaclar əkilir. Tezliklə ...

ASİYA İNKİŞAF BANKI GÖYÇAYA KREDİT AYIRACAQ

03.02.2004 [12:43]
Asiya İnkişaf Bankı Göyçay şəhərinin içməli su və kanalizasiya xətlərinin yenidən qurulması üçün 11 milyon dollar kredit ayırmağı nəzərdə tutmuşdur.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bankın əməkdaşları şəhərin ...

ABERDİN TİCARƏT MİSSİYASI BAKIDA OLMUŞDUR

03.02.2004 [12:40]
Aberdin və Qrampian Ticarət Palatası tərəfindən təşkil olunan beşinci illik ticarət missiyası Azərbaycanda olmuşdur.
Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, missiyanın tərkibinə neft–qaz sənayesində mühəndislik, avadanlığın satılması ...

“LOTEREYALAR HAQQINDA” QANUN LAYİHƏSİÜÇÜNCÜ OXUNUŞA HAZIRDIR

03.02.2004 [12:08]
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının iclasında “Lotereyalar haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Səttar Səfərov AzərTAc-ın müxbirinə bildirmişdir ki, bu qanun ölkədə lotereya bazarının təşkili, lotereya ...

“ÜMİD” SOSİAL SAHƏYƏ 649 MİN DOLLARDAN ÇOX VƏSAİT XƏRCLƏYƏCƏKDİR

03.02.2004 [11:49]
bp - Azərbaycan şirkəti “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi çərçivəsində İctimai Sərmayə Proqramını həyata keçirməyə başlamışdır. Bu məqsədlə qeyri-hökumət təşkilatlarına müxtəlif məbləğdə qrantlar verilmişdir.
Şirkətin “Şahdəniz” ictimai sərmayələr ...

TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR

03.02.2004 [11:47]
2003-cü ilin iyun ayında yağan güclü yağış nəticəsində Göyçay çayındakı daşqınlardan sonra sahil boyunca 3 kilometrlik məsafədə beton bəndin inşa olunması qərara alınmışdı.
Göyçay Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, ...

RABİTƏ XİDMƏTİ BEYNƏLXALQ TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ QURULUR

03.02.2004 [11:28]
Zərdabda 256 nömrə tutumu olan müasir, beynəlxalq standartlara cavab verən avtomat telefon stansiyası quraşdırılmışdır.
Rayonun telekommunikasiya qovşağından AzərTAc-ın müxbirinə bildirmişlər ki, vətəndaşlara, idarə, müəssisə və təşkilatlara stansiyadan təzə telefon çəkdirmək ...

AZƏRBAYCAN NEFTİNİN İKİNCİ PARTİYASI DA ALINMIŞDIR

03.02.2004 [11:21]
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) cari ilin fevral ayı üçün nəzərdə tutulan xam neftinin ikinci partiyasını İsveçrənin “VİTOL” şirkəti almışdır. Bakı-Novorossiysk şimal ixrac boru kəməri vasitəsilə nəql edilən neftin ...

HOLLANDİYA İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

02.02.2004 [21:46]
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Hollandiyanın Netherlands Menecement Cooperation Proqramı ilə sıx əməkdaşlıq edir.
Konfederasiyadan AzərTAc-a bildirmişlər ki, proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə yerli ...

QAZMA İDARƏSİ 12 YENİ NEFT QUYUSU QAZACAQDIR

02.02.2004 [20:57]
“Bayıl limanı” Dəniz Kəşfiyyat Qazması İdarəsinin kollektivi cari ildə dənizdəki yataqlarda müxtəlif dərinlikdə olan 12 neft quyusu qazacaqdır.
Dövlət Neft Şirkətindən AzərTAc-a verilən məlumata görə, idarə il ərzində “Günəşli” ...

BEYNƏLXALQ XİLASETMƏ KOMİTƏSİ “İCTİMAİ SƏRMAYƏ QOYULUŞU” PROQRAMININ İCRASINA BAŞLAMIŞDIR

02.02.2004 [20:48]
AzərTAc-ın müxbiri xəbər verir ki, Amerikanın Beynəlxalq Xilasetmə Komitəsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 60 kilometrinin keçdiyi Hacıqabul rayonunda sosial-iqtisadi irəliləyişləri nəzərdə tutan “İctimai sərmayə qoyuluşu” proqramının icrasına başlamışdır.
Rayonun Rəncbər, ...

DİRİDAĞ YATAĞINDA QAZILAN İKİNCİ QUYU LAYİHƏ DƏRİNLİYİNƏ ÇATDIRILIB

02.02.2004 [20:29]
AzərTAc-ın müxbiri xəbər verir ki, Neftçalada Diridağ yatağında qazılan ikinci qaz quyusu layihə dərinliyinə çatdırılmışdır.
Quyu istismara hazırlanır. Onun istifadəyə verilməsi gündə 30-35 min kubmert təbii qaz hasil etməyə ...

ŞAGİRDLƏR VERGİLƏRƏ DAİR İLKİN BİLİKLƏRƏYİYƏLƏNİRLƏR

02.02.2004 [19:43]
Vergilər Nazirliyi orta məktəb şagirdlərinin vergilərə dair ilkin biliklərə yiyələnməsi üçün tədbirlər görür.
Nazir Fazil Məmmədov AzərTAc-ın müxbirinə demişdir ki, bu barədə əlaqədar orqanlara təkliflər verilmiş, ümumtəhsil məktəblərinin ...

TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ EHTİYATLAR NAZİRİ HİLMİ GÜLƏR AZƏRBAYCANA GƏLMİŞDİR

02.02.2004 [19:25]
Fevralın 2-də Türkiyə Respublikasının energetika və təbii ehtiyatlar naziri Hilmi Gülərin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlmişdir. Binə hava limanında qonaqları respublikamızın yanacaq və energetika naziri Məcid Kərimov, Türkiyənin ...

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ YANVAR AYI ÜZRƏ PROQNOZ TAPŞIRIĞA 126,9 FAİZ ƏMƏL ETMİŞDİR

02.02.2004 [18:40]
Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2004-cü ilin ilk günlərindən əzmkarlıqla işə girişən Dövlət Gömrük Komitəsi, onun yerli strukturları yanvar ayının proqnozuna layiqincə əməl etmişlər.
İlkin məlumata ...

VERGİ DAXİLOLMALARI ÜZRƏ AYLIQ PROQNOZ TAPŞIRIĞI 107,8 FAİZ YERİNƏ YETİRİLMİŞDİR

02.02.2004 [18:40]
Vergilər Nazirliyi İctimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, nazirliyin iqtisadi təhlil və uçotun təşkili İdarəsinin ilkin məlumatına əsasən, 2004-cü ilin yanvar ayı ərzində dövlət büdcəsinə 262,4 milyard manat vəsait ...