Mərkəzi Bank: Valyuta hərracında tələb 102,5 milyon ABŞ dolları təşkil edib

25.01.2022 [14:31]
Yanvarın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 102,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb ...

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

25.01.2022 [14:23]
Yanvarın 26-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan notun həcmi 250 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar fevralın 23-də ödəniləcək ...

® “Visa” ABB-ni mükafatlandırıb

25.01.2022 [13:46]
“Visa” beynəlxalq ödəniş sistemi Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə təşkil etdiyi görüşdə ABB-ni bir neçə nominasiya üzrə mükafatlandırıb. Bank “Azərbaycanın dəmir yolları nəqliyyatında ilk dəfə təmassız bank kartlarının tətbiqi”, “Visa kartları ...

“AzFinance İnvestisiya Şirkəti”nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib

24.01.2022 [23:40]
Yanvarın 24-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 milyon dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. BFB-dən AZƏRTAC-a bildirilib ki, diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı min ədəd ...

® “Rabitəbank”ın İdarə Heyətində dəyişiklik olub

24.01.2022 [20:47]
Orhan Gültekin “Rabitəbank” ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini olaraq təyin olunub. Qeyd edək ki, buna qədər Orhan Gültekin 2018-ci il martın 6-dan “Rabitəbank”da İdarə Heyəti sədrinin müavini (satış üzrə) ...

Ötən il bankomatların sayı 7,1 faiz, POS-terminalların sayı 6,7 faiz artıb

24.01.2022 [19:57]
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7,1 faiz, POS-terminalların sayı 6,7 faiz artıb. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından verilən məlumatda bildirilir ...

Dekabrda dövriyyədə olan ödəniş kartlarının sayı 11 milyon 40 min ədəd olub

24.01.2022 [19:43]
Dekabr ayında bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 182 min ədəd artaraq 11 milyon 40 min ədəd təşkil edib. AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici ...

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

24.01.2022 [19:17]
Əhalinin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) dekabrda əvvəlki ayla müqayisədə 1,7 faiz (151,5 milyon manat), ötən ilin müvafiq dövrünə nəzərən isə 12,3 faiz (987,8 milyon manat) artaraq 9 milyard 32,4 milyon manat təşkil edib (tarixi maksimum) ...

“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək

24.01.2022 [19:01]
Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus, rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 1 milyon 150 min manatdan 25 faiz aşağı olmaqla, yəni 862 min 500 manata təkrar açıq hərraca çıxarılacaq ...

İlin əvvəlindən bankların kredit portfeli artıb

24.01.2022 [18:39]
Kredit portfelinin artım trendi dekabr ayında da davam edib (+2,3 faiz və ya 377,1 milyon manat; orta aylıq artım tempi 1,5 faiz). AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ilin əvvəlindən bankların kredit portfeli 17,7 faiz (2 milyard 502,1 milyon manat) artaraq 16 milyard 659,1 milyon manat təşkil edib ...

Dekabrda bankların depozit portfelində 8,9 faiz artım olub

24.01.2022 [18:18]
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80,4 faizi və ya 26 milyard 938,3 milyon manat. AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bankların depozit portfeli dekabr ayında 8,9 faiz ...

“Unibank Kommersiya Bankı”nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24.01.2022 [18:06]
Yanvarın 27-də “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 20 min ədəd, nominal dəyəri min manat ...

Ötən il kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 11,1 milyon manat olub

24.01.2022 [17:25]
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 83 faiz artıb. AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ilin 12 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ...

Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi

24.01.2022 [17:16]
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın yanvarın 25-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub ...

Dekabrda bank sektorunun xarici öhdəlikləri azalıb

24.01.2022 [17:07]
Cari ilin dekabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 17,6 faiz artaraq 23 milyard 874,9 milyon manat təşkil edib. AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri dekabr ayında ilin əvvəlinə nəzərən ...

Ölkədə fəaliyyət göstərən bankların cəmi aktivləri 38,4 milyard manat olub

24.01.2022 [15:52]
Dekabrın 31-nə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 38 milyard 462,2 milyon manat, cəmi öhdəlikləri 33 milyard 492,9 milyon manat, balans kapitalı 4 milyard 969,3 milyon manat olub. AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ...

Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

24.01.2022 [15:38]
Yanvarın 28-də Azərbaycan Mərkəzi Bankı (AMB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və “ABB-İnvest” investisiya şirkəti tərəfindən kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət ...

Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

24.01.2022 [12:45]
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2021-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 700,6 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit ...

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərində dəyişiklik olunub

22.01.2022 [17:08]
Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi Vergi Məcəlləsinin 85-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan maddəyə 2022-ci il yanvarın 1-dən bir sıra dəyişikliklər edilib. AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən, vergi öhdəliklərinin ...