Martın 19-na USD/AZN rəsmi məzənnəsi

18.03.2021 [17:58]
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın martın 19-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub. ...

Bugünkü valyuta hərracında tələb 54,7 milyon dollar olub

18.03.2021 [12:38]
Martın 18-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 54,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb ...

Samirə Musayeva: Vergi güzəştləri ərzaq təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir

18.03.2021 [11:22]
Ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığı üçün ən mühüm anlayışlardan biridir. Bu prinsipin təmin edilməsində ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin, yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ...

® “Kapital Bank” sahibkarlar üçün sərfəli şərtlərlə maliyyələşmə təqdim edir

18.03.2021 [10:49]
“Kapital Bank” kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə “Kapital Bank” müraciət edən hüquqi şəxslər və sahibkarlar üçün faktorinq, satışın maliyyələşdirilməsi və təchizat öncəsi maliyyələşdirmə məhsullarını təqdim edir ...

Ölkə üzrə nağdsız ödəniş göstəricilərində əhəmiyyətli artım müşahidə olunub

18.03.2021 [10:28]
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən dövlət qurumları və bank sektoru ilə birgə ölkədə ...

Yanvarda muzdla çalışanların əməkhaqqı azalıb

17.03.2021 [18:56]
Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3 faiz azalaraq 690,9 manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a ...

Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin alt fəaliyyət növləri yaradılıb

17.03.2021 [18:47]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadi fəaliyyət növlərinin iyerarxiyasına yeni “alt səviyyə” əlavə edilib. Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, “alt səviyyə” mövcud ...

Sahibkarlar biznesə başlamaq prosedurları ilə bağlı məlumatlandırılıblar

17.03.2021 [18:14]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib. Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda ...

Martın 18-nə USD/AZN rəsmi məzənnəsi

17.03.2021 [18:13]
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın martın 18-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən ...

Samirə Musayeva: Aksiz dərəcələrinin artması sosial maraqlara xidmət edir

17.03.2021 [15:44]
Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra mühüm dəyişiliklər edilib. Məcəllədə aksiz marka və dərəcələrinə də geniş yer verilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini ...

Vergi Xidmətinin Tədris Mərkəzində antikorrupsiya strategiyası mövzusunda müzakirələr aparılıb

17.03.2021 [13:04]
Son illər Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə daha ciddi və kəskin xarakter alıb, ölkədə sistem xarakterli institusional islahatlar geniş şəkildə həyata keçirilir. Vergi orqanlarında ...

® “Kartmane VISA” ilə bütün restoranlarda 10 faiz keşbek

17.03.2021 [10:36]
“Rabitəbank” “Kartmane VISA” kart sahibləri üçün bol keşbekli bahar kampaniyası təqdim edir. “Kartmane VISA” kart sahibləri bundan sonra həm Azərbaycanda, həm ölkə xaricində xüsusi imtiyazlara sahib olacaqlar ...

Əhalinin banklardakı əmanətləri artıb

16.03.2021 [19:44]
Mərkəzi Bankın məlumatına görə, fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği yanvar ayı ərzində 25 milyon manat artaraq 8 milyard 202,9 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 50,7 faizi xarici, 49,3 faizi isə milli valyutada qoyulub. ...

Kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

16.03.2021 [19:31]
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 587,2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 21,6 milyon ...

Martın 17-nə USD/AZN rəsmi məzənnəsi

16.03.2021 [17:22]
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AZƏRTAC-a bildirilib ki, bankın martın 17-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub. ...

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16.03.2021 [17:10]
Martın 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106009886 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib ...

“Naxçıvan Sığorta” İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarının reyestrinə daxil edilib

16.03.2021 [14:08]
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq, “Naxçıvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib ...

Əhalinin gəlirləri azalıb

16.03.2021 [13:54]
Yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri 7 milyard 979,9 milyon manat təşkil edib, əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında ...

Dövlət büdcəsinin icrasında 559,6 milyon manatlıq profisit yaranıb

16.03.2021 [13:51]
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 29,4 milyon manat, xərcləri 3 milyard 469,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 559,6 milyon manatlıq ...