Vergilər Nazirliyi proqnoz tapşırığa 103,2 faiz əməl edib

15.03.2015 [14:47]
Bu ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz tapşırığına 103,2 faiz əməl edilib. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qeyri-neft-qaz sektoru üzrə 666 milyon 635,9 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq ...

Koreya Birjası işçi heyəti Bakı Fond Birjasında tətbiq olunan mövcud ticarət mexanizmlərini təhlil edib

14.03.2015 [05:26]
“Kapital bazarlarının informasiya sistemlərinin çatdırılması və quraşdırılması” layihəsi planına uyğun olaraq, Bakı Fond Birjasında mövcud biznes proseslərin və tətbiq ediləcək yeni sistemlərə olan funksional tələblərin təhlili məqsədilə Koreya Birjası işçi heyətinin səfəri təşkil olunub. ...

Daha iki bank Azərbaycan İpoteka Fondunun agent bankları olub

14.03.2015 [00:09]
“Caspian Development Bank” (CDB) və “Azər-Türk Bank” Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları olublar. AİF-dən AZƏRTAC-a bildiriblər ki, beləliklə İpoteka Fondunun agent banklarının sayı 30-a çatıb. AİF-in vəsaitlərindən ipoteka ...

Azərbaycanın “sabit” investisiya səviyyəli beynəlxalq kredit reytinqi bir daha təsdiq olunub

13.03.2015 [21:15]
Martın 13-də “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlayıb ...

“Unicapital” ASC “Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə qoşulub

13.03.2015 [19:19]
Martın 13-dən “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş - broker şirkəti olan “Unicapital”ASC şirkəti qoşulub. Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, Kollektiv Sazişə əsasən ...

“AGBank”dan Novruz Bayramı hədiyyəsi

13.03.2015 [17:26]
“AGBank” “Həzz Kart” sahibləri üçün nağdlaşdırma kampaniyasına başlayır. Bankdan AZƏRTAC-a bildiriblər ki, kart istifadəçiləri martın 16-dan 22-dək “Həzz Kart” ilə 300 manatadək nağdlaşdırma əməliyyatlarını həyata keçirə biləcəklər. ...

“Muğanbank”da adsız istiqrazlar üzrə 43-cü tiraj keçiriləcək

13.03.2015 [17:08]
“Muğanbank” ASC-nin baş ofisində, martın 15-də, saat 10-da adsız istiqrazlar üzrə sayca 43-cü tiraj keçiriləcək. Bankdan AZƏRTAC-a bildiriblər ki, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 manat, uduşlu istiqrazların sayı isə 2 min ədəd təşkil edir. Maksimum uduş məbləği 50 min manatdır ...

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “DəmirBank”ın reytinqini stabil qiymətləndirib

13.03.2015 [15:32]
“Fitch Ratings” “DəmirBank”ın reytinqini “B” səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” olaraq təsdiq edib. Bankdan AZƏRTAC-a bildiriblər ki, “Fitch Ratings” agentliyinin rəyinə əsasən, bankın balansı hazırda dayanıqlıdır. Bu isə bankın yaradılmış ehtiyatlarla daha yaxşı təmin olunması ilə bağlıdır ...

“AzFinance İnvest” “Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə qoşulub

13.03.2015 [14:25]
Broker şirkəti olan “AzFinance İnvest” MMC “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə qoşulub. Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, sazişə əsasən, tərəfdaş şirkət LMP çərçivəsində BFB-yə müraciət etmiş emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ...

Mərkəzi Bankda “Maliyyə savadlılığı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

13.03.2015 [12:24]
Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində şagirdlər üçün “Qlobal Pul Həftəsi” keçirilib. Bankdan AZƏRTAC-a bildiriblər ki, “Qlobal Pul Həftəsi”nin qeyd olunması, həmçinin bu istiqamətdə müxtəlif maarifləndirici ...

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri

13.03.2015 [11:14]
Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələrini açıqlayıb. Maliyyə Nazirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin ...

Bank Respublika hissə-hissə ödəniş funksiyalı kartını təqdim edib

13.03.2015 [08:09]
Bank Respublikanın “Paykart KREDİT” adlı yeni kredit məhsulu alış-veriş zamanı hissə-hissə ödəniş etmək və zərurət yarandığı hallarda nağd pul vəsaiti əldə etmək imkanları yaradan, bərpa olunan kredit xətli bank kartıdır. ...

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sənədli səhmlərinin emissiya prospekti qeydə alınıb

13.03.2015 [01:47]
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydə alıb. ...

Bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 2 faizdən 0.5 faizə endirilib

12.03.2015 [17:15]
Azərbaycan Mərkəzi Bankı bank sektoruna zəruri likvidlik dəstəyi vermək məqsədilə bankların bütün depozitləri üzrə məcburi ehtiyat normasını 2 faizdən 0.5 faizə endirib. AZƏRTAC xəbər verir ki, bu qərar 2015-ci il martın 7-də qüvvəyə minib ...

“DəmirBank” “Yığım” əmanətinin məbləğini artırdı

12.03.2015 [16:26]
“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Yığım” əmanətinin maksimal məbləğini artırdı. Belə ki, “Yığım” əmanəti üzrə maksimal məbləğ daha öncə 10 min manat idisə, hazırda bu məbləğ 20 min manat təşkil edir ...

Bank of Baku ilk dəfə “BOB TV” adlı maarifləndirici bank verilişinin yayımına başlayır

12.03.2015 [14:50]
Bank of Baku ilk dəfə Youtube sosial şəbəkəsindəki rəsmi kanalında “BOB TV” adlı maarifləndirici bank verilişinin yayımına başlayır. Bankdan AZƏRTAC-a bildiriblər ki, BOB TV – Bank of Baku-nun məhsul və xidmətlərini, filiallarındakı işgüzar həyatı müştərilərlə bölüşən ...

Qısamüddətli notların yerləşdirilməsi üzrə keçirilən hərrac baş tutmayıb

12.03.2015 [13:57]
Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan məbləği 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil edilib. ...

“Fitch Ratings” agentliyi “Expressbank”ın reytinqini “stabil” proqnoz ilə təsdiqləyib

12.03.2015 [11:27]
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Expressbank”ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib. Bankdan AZƏRTAC-a bildiriblər ki, builki qiymətləndirmə zamanı Azərbaycanın ...

“DəmirBank” “Göy” və “Qırmızı” əmanət növlərinin faiz dərəcələrini artırıb

12.03.2015 [09:32]
“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanət növlərinin ABŞ valyutası üzrə illik faiz dərəcələrini artırıb. Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda “Göy” əmanət növünün həm Azərbaycan, həm də ABŞ valyutası üzrə illik faiz dərəcələri ...