“AzeriCard” Prosessinq Mərkəzinin Gəncədə regional nümayəndəliyi açılmışdır

04.11.2013 [19:54]
“AzeriCard” Prosessinq Mərkəzi Gəncə şəhərində regional nümayəndəliyini açmışdır. AzərTAc xəbər verir ki, nümayəndəliyin açılması kart buraxılışı prosesinin əhəmiyyətli dərəcədə sürətləndirilməsini, kartın öz sahibinə qısa müddətdə çatdırılmasını təmin ...

Xalq Bankın kredit portfeli 1 milyard manatı ötmüşdür

02.11.2013 [19:12]
“Xalq Bank”ın kredit portfeli cari ilin oktyabr ayının sonuna 1,011 milyard manata çatmışdır. AzərTAc xəbər verir ki, kredit portfelində əsas pay sahibi korporativ müştərilər və sahibkarların olmasına baxmayaraq, fərdi müştərilərin də sayı daim artır ...

DəmirBank Nar Bayramı münasibətilə Göyçayda yeni güzəştli kredit aksiyasına başlamışdır

02.11.2013 [19:10]
Nar Bayramı münasibətilə Göyçayda yeni güzəştli kredit aksiyasına başlanmışdır. Aksiya noyabrın 22-dək davam edəcəkdir. Aksiyanın şərtlərinə görə Göyçay filialı tərəfindən verilən mikro və kiçik biznes kreditləri üçün illik faiz dərəcəsində 3 faiz endirim təqdim olunur. Kredit 500 – 100 min manat ...

“PAŞA Həyat Sığorta” şirkəti media işçiləri üçün ödənişsiz təlimə başlayır

01.11.2013 [10:29]
“PAŞA Həyat Sığorta” şirkəti noyabrın 21-22-də müxtəlif KİV-lərdə çalışan jurnalistlər üçün (iqtisadiyyat və maliyyə sahəsində yazan) “Sığorta və sığorta mədəniyyəti” mövzusunda ödənişsiz treninq keçirəcəkdir. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AzərTAc-a bildirmişlər ki, təlimin əsas məqsədi ...

“FINCA Azerbaijan” yeni sosial layihənin icrasına başlamışdır

31.10.2013 [19:11]
“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı yeni sosial layihəyə imza atmışdır. Təşkilatdan AzərTAc-a bildirmişlər ki, “FINCA Azerbaijan” “Azərbaycan Sosial İş” İctimai Birliyi ilə əməkdaşlıq edərək Mərdəkan qəsəbəsində fəaliyyət göstərən Ailə, Uşaq və Gənc Təlim və Məsləhət Mərkəzinə maliyyə dəstəyi göstərəcəkdir ...

“DəmirBank” ənənəvi Beynəlxalq Əmanətlər Günü ilə bağlı aksiya keçirir

31.10.2013 [18:28]
DəmirBank Azərbaycanda ikinci ildir keçirilən 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə sosial aksiyaya start vermişdir. Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Əmanətlərin Sığortalanması Fondunun ...

“PAŞA Həyat” media işçiləri üçün ödənişsiz təlimə başlayır

31.10.2013 [18:12]
Azərbaycanın “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən bu ilin noyabr ayının 21-22-də müxtəlif KİV-lərdə çalışan jurnalistlər üçün (iqtisadiyyat və maliyyə sahəsində yazan) “Sığorta və sığorta mədəniyyəti” mövzusunda ödənişsiz treninq keçiriləcəkdir ...

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

31.10.2013 [17:52]
Bakı Fond Birjasında Mərkəzi Bankın dövlət qeydiyyatından keçmiş ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir ...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilmişdir

30.10.2013 [22:11]
Oktyabrın 30-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının cari dövrədək Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə kollegiya iclası keçirilmişdir. ...

“Amrahbank” ASC-nin emissiya prospekti qeydə alınmışdır

30.10.2013 [18:36]
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Amrahbank” ASC-nin emissiyanın məbləği 20 milyon manat, nominal dəyəri 100 manat, qiymətli kağızın miqdarı 200 min ədəd olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə almışdır. ...

Azərbaycanda Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığı keçiriləcəkdir

30.10.2013 [16:00]
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində oktyabrın 31-də Azərbaycanda Beynəlxalq Əmanət Günü (BƏG) və onun davamı olaraq, noyabr ayı ərzində Maliyyə savadlılığı aylığı keçiriləcəkdir ...

Təmin edilmiş istiqrazların 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

28.10.2013 [20:08]
Oktyabrın 28-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir. Hərracda 1 sərmayədar iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 5 milyon ...

Naxçıvanda “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə iş” mövzusunda kurs keçirilmişdir

28.10.2013 [12:10]
Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika (MR) İdarəsində muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatlarının, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə iş” mövzusunda ikigünlük kurs ...

Azərbaycan Beynəlxalq Bankının aktivləri 25 faiz artmışdır

26.10.2013 [10:56]
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 25 faiz artaraq bu il oktyabrın 1-nə 6,88 milyard manata çatmışdır. ABB-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bankın kredit portfeli illik ...

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

25.10.2013 [20:57]
Bakı Fond Birjasında Azərbaycan Respublikası Mərkəzi Bankının ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir ...

Dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

25.10.2013 [20:42]
Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İki sərmayədarın təqdim etdiyi sifarişin nominal üzrə məbləği 5 milyon 550 min manat ...

İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 20 milyon manatlıq emissiyasının növbəti tranşı yerləşdiriləcəkdir

25.10.2013 [20:01]
Oktyabrın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 milyon manat məbləğində istiqraz çıxarılacaqdır ...

Mərkəzi Bankda “Maliyyə hesabatları və alətləri” mövzusunda treninq keçirilmişdir

24.10.2013 [18:12]
Azərbaycan Respublikası Mərkəzi Bankı “PraysvoterhausKupers Azərbaycan” şirkəti ilə birlikdə banklar üçün “Maliyyə hesabatları və alətləri” mövzusunda növbəti treninq keçirmişdir. ...

“PAŞA Həyat” istehsalat zamanı əmək qabiliyyətinin 70 faizini itirmiş şəxsə 34 min manatlıq sığorta ödənişi vermişdir

24.10.2013 [10:36]
“PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirmişdir. Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ...