Azərbaycan Beynəlxalq Bankının aktivləri 25 faiz artaraq 8 milyard manata çatıb

21.07.2014 [02:34]
Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 25,2 faiz artaraq 2014-cü il iyulun 1-dək 8,04 milyard manata çatıb. Bu barədə AzərTAc-a verilən məlumatda bildirilir ki, bankın kredit portfeli illik müqayisədə 23,4 faiz artaraq 5,522 milyard manat, fiziki şəxslərə verilmiş kreditlər isə 588,6 milyon manat təşkil edib. ...

Ötən ay “DəmirBank”ın aktivləri 412,9 milyon manat təşkil edib

20.07.2014 [22:17]
İyun ayında “DəmirBank”ın aktivləri 412,9 milyon manat təşkil edib. Bankdan AzərTAc-a verilən məlumata görə, bu dövrdə müştərilərə təklif olunan kreditlərin həcmi 39 milyon manat (14 faiz) artaraq, təxminən 319,5 milyon manat, müştəri depozitlərinin həcmi isə 194,1 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi 165,6 milyon ...

“AccessBank” növbəti dəfə “Euromoney” tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb

20.07.2014 [20:35]
Londonda fəaliyyət göstərən “Euromoney” nəşriyyat qrupu tərəfindən hər il keçirilən ənənəvi mükafatlandırma mərasimində “AccessBank” “Ən yaxşı nəticələr” nominasiyasında beşinci dəfə Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb. “Euromoney” qrupuna maliyyələşdirmə və bankçılıq üzrə ixtisaslaşan 100-ə yaxın müxtəlif ...

“Bank Standard”ın müştəriləri maaş kartlarına pul mədaxil edə biləcəklər

20.07.2014 [11:41]
“Bank Standard” daha bir yeni xidmətini təqdim edib. Müştərilər bu xidmət vasitəsilə maaş kartlarına özləri də pul mədaxil edə biləcəklər. Bankın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, karta pulu “MilliÖn” terminallarında və ya bankın istənilən filialına yaxınlaşaraq daxil etmək olar. Xidmət üçün komissiya haqqı ...

“PAŞA Bank” yerli qiymətli kağızların alınması üzrə iri sazişin market-meykeri qismində çıxış edib

20.07.2014 [07:06]
“PAŞA Bank” xarici investor – “Bank of Georgia” tərəfindən Azərbaycan manatı ilə yerli korporativ qiymətli kağızların alınması üzrə iri sazişin market-meykeri qismində çıxış edib. Sazişin vasitəçisi isə “PASHA Capital” olub. Bankdan AzərTAc-a verilən məlumata görə, bu saziş xarici investorların nəinki Azərbaycanın borc bazarında fəal iştirakına, həm də risklərin yerli milli valyutada qəbul edilməsinə artan ...

“Unibank”ın aktivləri rekord həddə çatıb

20.07.2014 [01:19]
“Unibank”ın aktivlərinin həcmi rekord həddə çatıb. “Unibank”-dan AzərTAc-a bildiriblər ki, iyulun əvvəlinə olan məlumata görə, bankın malik olduğu aktivlər 1 milyard ABŞ dollarını keçib. ...

“DəmirBank” “Güzəştli kredit” aksiyasına başlayıb

19.07.2014 [05:23]
“DəmirBank” nağd pul krediti götürmək istəyənlər üçün “Güzəştli kredit” aksiyasına başlayıb. Bankdan AzərTAc-a verilən məlumata görə, oktyabrın 15-dək davam edəcək aksiyanın şərtlərinə əsasən 3 min manat nağd pul kreditinə illik faiz dərəcəsində 10 faiz endirim ...

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib

18.07.2014 [07:09]
Bu ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib. AzərTAc xəbər verir ki, bunu jurnalistlərə xidmətin rəhbəri Elçin Həbibov bildirib. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin borcluların kredit tarixi haqqında çıxarışları ...

“AGBank” “Foreks” bazarının fəal iştirakçısıdır

17.07.2014 [19:08]
“Foreks” bazarının fəal iştirakçılarından biri olan “AGBank”ın bütün filialları və şöbələrində yeni “Foreks” hesabları açmaq, əməliyyatlar aparmaq mümkün olacaq. Bankdan AzərTAc-a verilən məlumata görə, “Foreks” bazarında ticarət həftənin ...

“DəmirBank” qapıları açır

17.07.2014 [18:02]
“DəmirBank” Qazax filialının ofisində “Açıq qapılar” adlı tədbir keçirilib. Bankdan AzərTAc-a verilən məlumata görə, müştərilərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə “DəmirBank”ın fəaliyyəti və xidmətdəki ...

Mərkəzi Bankda “Açıq qapı” günü

17.07.2014 [17:05]
İyulun 17-də Azərbaycan milli mətbuatının yaranmasının 139 illiyi münasibəti ilə Mərkəzi Bankda jurnalistlər üçün növbəti “Açıq qapı” günü keçirilib. AzərTAc xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələrini peşə bayramları ...

DəmirBankdan səyahətsevərlər üçün güzəştli kredit aksiyası

17.07.2014 [02:45]
DəmirBank avqustun 22-dək səyahətə çıxanlar üçün “Səyahət krediti” adlı güzəştli kredit aksiyası keçirir. Bankın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, aksiyanın şərtlərinə görə turizm şirkətlərindən səyahət paketi alanlara bir il müddətinə 6 min AZN-dək kredit təqdim olunur. ...

Bank VTB kiçik və orta biznes üçün kredit portfelinin həcmini üç dəfə artırıb

16.07.2014 [16:19]
İyulun 1-nə olan məlumata görə, Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta biznesin kreditləşməsi üzrə portfelinin həcmi 73,1 milyon manata çatıb. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur. Bankdan AzərTAc-a verilən məlumata görə, bu ilin birinci yarısında ölkənin kiçik və orta biznes nümayəndələrinə 29,3 milyon manat kredit verilib. Halbuki ötən il bu vaxt ...

“Unibank” yeni kampaniyaya başlayıb

16.07.2014 [04:29]
“Unibank” “Albalı” layihəsinin iki illiyi münasibətilə yeni kampaniyaya başlayıb. Bankdan AzərTAc-a bildirmişlər ki, müştərilər istənilən filiala müraciət edərək “Albalı Plus” kartı əldə etməklə, 1000 manatadək faizsiz komissiyalı nağd kredit ala bilər. Bundan əlavə, ...

Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 163 milyon dollara çatmışdır

09.07.2014 [16:20]
Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi bu ilin 6 ayı ərzində 1 011,2 milyon ABŞ dolları (7,2%) artmışdır. Bankdan AzərTAc-a bildirmişlər ki, valyuta ehtiyatları ikinci rübün sonuna 15 163,2 milyon ...

İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında bir sıra görüşlər keçirmişdir

09.07.2014 [12:37]
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla İsveçrə Milli Bankının sədri Tomas Cordan arasında görüş olmuşdur. Mərkəzi Bankdan AzərTAc-a bildirmişlər ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun Bakıda keçirilən növbəti toplantısının yüksək ...

“DəmirBank”ın müştərilər üçün yeni yığım əmanəti

09.07.2014 [05:41]
“DəmirBank” yeni “Yığım” əmanətini müştərilərə təqdim etmişdir. Bankdan AzərTAc-a bildirmişlər ki, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları ilə yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5 faiz ...

“Worldcard”dan 500 manatlıq təyyarə bileti!” stimullaşdırıcı lotereya kampaniyasının ilk qalibləri müəyyən olunmuşdur

08.07.2014 [19:50]
“Yapı Kredi Bank Azərbaycan”ın “Worldcard” müştəriləri üçün yay fürsətləri layihəsi çərçivəsində iyunun 1-dən başlayaraq “Worldcarddan 500 manatlıq təyyarə bileti!” adlı stimullaşdırıcı lotereya kampaniyası keçirilir. Bankın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kampaniyanın ilk tirajının beş qalibi ...

“FINCA Azerbaijan” stimullaşdırıcı kredit lotereyası təqdim edir

08.07.2014 [15:02]
“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün loyallıq layihəsi çərçivəsində iyulun 7-dən sentyabrın 5-dək “Hədiyyəli kredit” stimullaşdırıcı lotereyası təqdim edir. Bankın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, lotereya kampaniyası ərzində kredit ...