“TuranBank” avqust ayının nəticələrini elan edib

11.09.2014 [00:07]
Sentyabrın 1-nə olan məlumata görə, “TuranBank”ın aktivləri 278,3 milyon manat təşkil edib. Bankdan AzərTAc-a bildirilib ki, həmin müddətdə bankın müştəri hesabları və depozit portfeli 137,5 milyon manata çatıb ...

Avqustda sənaye məhsullarının istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşıb

10.09.2014 [15:55]
Bu ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, ay ərzində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı ...

“Expressbank” müştərilərə bank kartları üzrə yeni xidmətlər təqdim edir

10.09.2014 [14:59]
“Expressbank” müştərilərə bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edir. Bu xidmət vasitəsilə Visa və MasterCard sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul ...

Vergilər Nazirliyinin xətti ilə büdcəyə səkkiz ayda 5 milyard manata yaxın vəsait ödənilib

10.09.2014 [13:19]
Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ödənilən vəsait 4 milyard 844 milyon 901 min manat təşkil edib. Bu məbləğin 33,9 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,7 faizi aksizlərin, 15,2 faizi isə digər vergilərin payına düşür ...

“AtaBank”ın kreditini hesab.az vasitəsilə ödə

10.09.2014 [10:21]
“AtaBank” ASC müştərilərinə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə “Goldenpay” şirkəti ilə yeni əməkdaşlığa başlayıb. Bankdan AzərTAc-a bildiriblər ki, bu əməkdaşlıq sayəsində “AtaBank” ASC-dən kredit götürən müştərilər üçün ödənişlərini daha asan və daha rahat şəkildə ödəmələrinə imkan yaradacaq layihə hazırlanıb. Yeni layihəyə əsasən, bankın bütün müştəriləri hesab.az ...

“Expressbank” doğum günü olanlara güzəştli kredit aksiyası təklif edir

10.09.2014 [05:33]
“Expressbank” doğum günü olanlar üçün yeni güzəştli kredit aksiyasına başlayıb. Belə ki, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə, ona istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və “Visa Gold” kartı hədiyyə olunur. ...

“Global Tax News”: Azərbaycanda vergilər üzrə milli qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prioritetdir

10.09.2014 [03:25]
Britaniyanın “Global Tax News” beynəlxalq vergi saytı Azərbaycanın vergilər üzrə milli qanunvericiliyinin Avropa İttifaqı (Aİ) qanunvericiliyinə uyğunlaşdırılmasından bəhs edib. Məqalədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq ...

Fransanın nazir müşaviri Azərbaycandakı iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət dəyərləndirib

09.09.2014 [19:19]
Sentyabrın 9-da Mərkəzi Bankın sədri Elman Rüstəmov Bakıda səfərdə olan Fransanın iqtisadiyyat, sənaye və rəqəmsal nazirliyinin maliyyə və iqtisadi məsələlər üzrə nazir müşaviri Daniyel Metrin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ...

“Əmək bazarı” statistik məcmuəsi nəşr olunub

09.09.2014 [16:29]
Dövlət Statistika Komitəsi (DSK) tərəfindən “Əmək bazarı” məcmuəsi nəşr olunub. AzərTAc xəbər verir ki, statistik məcmuədə Azərbaycanın əmək bazarını xarakterizə edən əsas göstəricilər yer alıb. Nəşrdə əhali və əmək ehtiyatları, iqtisadiyyatın fəaliyyət növləri üzrə məşğul olan əhalinin sayı, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əmək bazarında tələb ...

Qeyri-qanuni stimullaşdırıcı lotereya təşkil olunduğu aşkarlanıb

09.09.2014 [14:31]
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nəzarət tədbirləri nəticəsində “Mister Tum” MMC-nin hüquqi əsası olmadan stimullaşdırıcı lotereya təşkil etdiyi aşkarlanıb. Komitədən AzərTAc-a bildirilib ki, vətəndaşlar lotereyanın qeyri-qanuni keçirildiyini nəzərə ...

“PAŞA Həyat” könüllü həyat sığortası üzrə 50 min manatlıq sığorta ödənişi edib

09.09.2014 [10:23]
“PAŞA Həyat Sığorta” şirkəti könüllü həyat sığortası üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AzərTAc-a verilən məlumata görə, həyat sığortasının “Sağalmaz xəstəliklər” növü üzrə “PAŞA Həyat”da sığortalanmış müştəridə sığorta ...

Kredit kartları ilə aparılan əməliyyatların həcmi artıb

09.09.2014 [03:35]
Azərbaycanda kredit kartları nağdsız ödənişlərin yerinə, daha çox nağd vəsaitlərin əldə edilməsi üçün istifadə olunur. AzərTAc Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycan banklarının kredit kartı sahibləri bu ilin 7 ayı ərzində öz kartları vasitəsilə 1,3 milyard manatlıq əməliyyat aparıblar ...

“Yapı Kredi Bank” yeni lotereya kampaniyası təqdim edir

08.09.2014 [16:24]
“Yapı Kredi Bank Azərbaycan” “Worlcard” müştərilərinə yeni lotereya kampaniyası təqdim edir. Bu dəfə “Worldcard” sahibi olan hər kəs sentyabrın 5-dən 28-dək World üzv ticarət obyektlərində 50 manatdan çox alış-veriş etdikdə iPad Air qazanmaq şansına yiyələnəcək ...

Hesablama Palatasının audit proqramları təsdiq edilib

08.09.2014 [16:11]
Hesablama Palatasının kollegiya iclasında 2011-2013-cü illər və 2014-cü ilin birinci yarısı üzrə Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrasına, dövlət rüsumlarının hesablanılması və ödənilməsinə ...

Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə işləyib

06.09.2014 [10:18]
Avqust ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə, 8-i zərərlə işləyib. Mərkəzi Bankdan AzərTAc-a bildirilib ki, 2014-cü ilin yanvar-iyul ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 292.82 milyon manat, zərərlə ...

“Kapital Bank” müştəriləri üçqat bonus qazanacaqlar

06.09.2014 [00:06]
“Kapital Bank” və “GoldenPay” şirkəti hesab.az onlayn ödəniş portalının istifadəçiləri üçün yeni bir imkan yaradıb. Bu portalda bankın ödəniş kartları ilə ödənişlər aparan müştərilər portalın təklif etdiyindən 3 qat artıq bonus xal qazanacaqlar. Bankdan AzərTAc-a verilən məlumata görə, bonuslarla hesab.az portalında keçirilən ...

“Bank VTB” Səbail rayonunda yeni filialını açıb

05.09.2014 [18:29]
Müştərilərə xidmətin səviyyəsini daim artırmağa çalışan “Bank VTB (Azərbaycan)” ASC-nin Bakıda İstiqlaliyyət prospekti, 51 ünvanında 9-cu filialı işə başlayıb. Bankdan AzərTAc-a verilən məlumata görə, filialda fiziki və hüquqi şəxslər bütün növ bank ...

“Bank of Baku” nağdılaşdırma kampaniyası elan edir

05.09.2014 [13:03]
Yeni tədris ili ərəfəsində “Bolkart” sahiblərinin nağd pula olan ehtiyaclarını təmin etmək üçün “Bank of Baku” nağdılaşdırma kampaniyası elan edir. Bankdan AzərTAc-a bildirilib ki, sentyabrın 5-dən 10-dək kartdan pul çıxaran “Bolkart” sahibləri, oktyabrın 10-dək möhlətli ödəniş imkanı qazanır. Nağdılaşdırmanın məbləği 2 ...

“Expressbank” yeni “ExpressCard” məhsulunu təqdim edir

05.09.2014 [07:06]
“Expressbank” müştərilərə pul krediti və kredit xətti xüsusiyyətlərini cəmləşdirən “ExpressCard” kredit məhsulunu təqdim edir. Pulsuz verilən kart 3 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği 5 min manatdır ...