“Hədiyyəli kredit” lotereyasının birinci tirajının qalibləri müəyyən olunub

12.08.2014 [15:34]
“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatının “Hədiyyəli kredit” lotereyası çərçivəsində birinci tirajın qalibləri müəyyənləşib. “FINCA Azerbaijan”dan AzərTAc-a bildiriblər ki, qaliblər iyulun 7-dən avqustun 6-dək bankdan kredit götürmüş müştərilər arasından xüsusi proqram vasitəsilə seçilib ...

İyul ayı üçün brokerlərin renkinqi cədvəli açıqlanıb

12.08.2014 [02:25]
Bakı Fond Birjası (BFB) iyul ayı üçün brokerlərin renkinqi cədvəlini açıqlayıb. BFB-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin ...

Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsi üzrə hərraclar keçiriləcək

11.08.2014 [19:25]
Avqustun 12-də Bakı Fond Birjasında (BFB) qısamüddətli və geri çağırılmaq hüququna malik birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərraclar keçiriləcək. BFB-dən AzərTAc-a daxil olan məlumata görə, qısamüddətli istiqrazlar üzrə yerləşdiriləcək qiymətli kağızın ümumi həcmi 4 milyon manat, bir istiqrazın nominal dəyəri ...

Azərbaycan Beynəlxalq Bankı Mərkəzi və Şərqi Avropanın 10 bankı sırasında dördüncü yerdədir

11.08.2014 [16:43]
Azərbaycan Beynəlxalq Bankı (ABB) Mərkəzi və Şərqi Avropanın 10 bankı sırasında dördüncü yerdədir. Bankdan AzərTAc-a verilən məlumata görə, bu reytınqi Böyük Britaniyada nəşr olunan “The ...

“Yapı Kredi Bank” fərdi müştəriləri üçün yeni kampaniyaya başlayır

11.08.2014 [14:16]
“Yapı Kredi Bank” Azərbaycan internet bankçılıq xidmətindən istifadə edən fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir. Bankdan AzərTAc-a bildiriblər ki, avqustun 11-dən sentyabrın 11-dək internet bankçılıq xidməti ilə istər hesabından, istərsə də kredit kartından faktura ödənişi edən fərdi ...

Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin inzibati binası yenidən qurulur

11.08.2014 [10:21]
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin inzibati binası yenidən qurulur. AzərTAc xəbər verir ki, cari ilin mart ayından başlayaraq binanın təməl hissəsi 3 metr hündürlüyündə yenidən qazılaraq qurunt sularından yarana biləcək nəmliyə qarşı qoruyucu ...

“DəmirBank”ın DİN əməkdaşları üçün keçirdiyi “Asayiş” aksiyasının müddəti uzadılıb

09.08.2014 [06:52]
“DəmirBank” tərəfindən 2 iyul – Polis Günü münasibətilə Daxili İşlər Nazirliyinin əməkdaşları üçün keçirilən “Asayiş” adlı güzəştli kredit aksiyasının müddəti oktyabrın 31-dək uzadılıb. Bankdan AzərTAc-a bildiriblər ki, aksiyanın şərtlərinə görə istehlak kreditləri üzrə banka müraciət edən polislərə illik faiz dərəcəsində 2 faiz endirim tətbiq olunur ...

Adsız istiqrazlar üzrə lotereyanın növbəti tirajı oynanılıb

30.07.2014 [19:40]
İyulun 30-da “Muğanbank” ASC-də adsız istiqrazlar üzrə lotereyanın 38-ci tirajının nəticələri müəyyənləşib. Prosesin şəffaflığını təmin etmək məqsədi ilə tiraj ASC-nin rəsmi saytında canlı yayımlanıb. Bankdan AzərTAc-a verilən məlumata görə, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu ...

Mərkəzi Bank uçot dərəcəsini 4,25 faizdən 3,5 faizə endirib

30.07.2014 [19:33]
Mərkəzi Bankın idarə heyəti iyulun 30-dan etibarən uçot dərəcəsinin 4,25 faizdən 3,5 faizə endirilməsi barədə qərar qəbul edib. Bankdan AzərTAc-a verilən məlumata görə, bu addım inflyasiyanın aşağı səviyyəsi, pul kütləsinin artım templəri nəzərə alınaraq, kredit fəallığının daha da yüksəlməsi və iqtisadi ...

Enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün “AccessBank”a 15 milyon dollar kredit ayrılıb

30.07.2014 [13:22]
The Green for Growth Fund (GGF) tərəfindən enerji səmərəlilik layihələrinin maliyyələşdirilməsi üçün “AccessBank”a 15 milyon ABŞ dolları məbləğində kredit ayrılıb. Bu barədə AzərTAc-a “AccessBank”dan məlumat verilib. Bankın kiçik və orta biznes ...

“Xalq Bank” bankomat şəbəkəsini genişləndirir

29.07.2014 [08:36]
“Xalq Bank” müştərilərin rahatlığı üçün daha bir “Cash”in tipli bankomatı istifadəyə verib. Bankdan AzərTAc-a verilən məlumata görə, plastik kart müştəriləri banka gəlmədən, günün istənilən vaxtı 24/7 rejimində fəaliyyət göstərən “Cash”in tipli bankomat vasitəsi ilə karta ...

“Expressbank” yeni elektron xidmət təqdim edib

28.07.2014 [08:26]
“Expressbank” elektron “Şəxsi kabinet” adlı yeni xidmət təqdim edib. Bankın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, www.expressbank.az saytında kredit ödənişi, cari hesaba mədaxil, depozit hesabının artırılması, bank kartı hesabına vəsaitin yerləşdirilməsi kimi əməliyyatları həyata keçirmək mümkündür. Əməliyyatlar istənilən bankın ...

Bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 16,6 milyard manat kredit yönəldilib

28.07.2014 [05:37]
Mərkəzi Bankın məlumatına görə, iyunun 1-dək ölkənin bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 16,6 milyard manat məbləğində kredit vəsaitləri yönəldilib. Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, kredit qoyuluşunun 34,4 faizi dövlət, 62,8 faizi özəl banklar, 2,8 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən ...

“Expressbank”ın aktivləri 256,5 milyon manata çatıb

26.07.2014 [07:44]
Bu ilin əvvəlindən “Expressbank”ın aktivləri 28,3 milyon manat artaraq 256,5 milyon manata çatıb. “Expressbank”dan AzərTAc-a verilən məlumata görə, həmin dövrdə müştərilərə verilən kreditlərin həcmi 18,7 milyon manat (10,4 faiz) artaraq 199,1 milyon manat, bankın depozit portfeli 13,9 faiz artaraq 112,8 milyon manat təşkil edib ...

“FINCA Azerbaijan” Qəbələ və İsmayıllı filiallarının uğurlarını yüksək qiymətləndirib

25.07.2014 [19:28]
“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı Qəbələ filialının yeni inzibati binasının açılış mərasimi keçirilib. Təşkilatdan AzərTAc-a bildirilib ki, filial 1500 nəfərdən çox müştəriyə - kiçik və orta sahibkarlara biznes və kənd təsərrüfatı kreditləri verir ...

Beş ayda kreditlərin məbləği 23,8 faiz artıb

25.07.2014 [04:21]
Azərbaycanda fəaliyyət göstərən maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği cari ilin iyun ayınadək 16,6 milyard manata çataraq ötən ilin eyni vaxtına nisbətən 23,8 faiz artıb ...

“Muğanbank” ilin birinci yarısının maliyyə göstəricilərini açıqlayıb

25.07.2014 [02:38]
“Muğanbank” ASC iyulun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb. Bu müddətdə bankın aktivlərinin həcmi 364.670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz çoxdur. Bankın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, məcmu kapital 53 795,61 min manat ...

Bank VTB-nin kredit portfelinin həcmi 215,985 milyon manata çatıb

24.07.2014 [05:16]
Bank VTB (Azərbaycan) 2014-cü ilin birinci yarısının yekunlarını açıqlayıb. İyulun 1-nə olan məlumata görə, bankın kredit portfelinin həcmi 215,985 milyon manata çatıb. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən iki dəfə çoxdur. Əhalinin əmanətlərinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 90 faizdən çox artaraq ...

Əhalinin banklardakı əmanətləri 12,8 faiz artaraq 6,6 milyard manata çatıb

23.07.2014 [16:29]
Bu ilin beş ayında əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz artaraq 6,6 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, milli valyuta ilə qoyulmuş ...