18 oktyabr - Dövlət Müstəqilliyi Günü ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Belə tədbirlərdən biri də Heydər Əliyev Sarayında reallaşacaq. Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-də əlamətdar gün münasibətilə böyük bayram konserti təşkil olunacaq. ...

Muğam Mərkəzində “6 bəstəkar və 6 şair” layihəsi çərçivəsində möhtəşəm konsert olub

16.10.2015 [23:33]
Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) “6 bəstəkar və 6 şair” birgə layihəsi əsasında “Mahnıdan - Şarkıya” adlı konsert proqramı təqdim olunub. ...

Əməkdar Artist Fərqanə Qasımova solo konsert proqramı ilə çıxış edəcək

02.10.2015 [06:13]
Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist Fərqanə Qasımovanın solo konserti olacaq. Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə F.Qasımova "Nəva" dəstgahını ifa edəcək ...

Azərbaycanlı ifaçı Berlində çıxış edəcək

25.09.2015 [12:08]
Noyabrın 7-də Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Berlin Opera Teatrında Almaniya AIDS Fondunun Böyük Qala Operasında çıxış edəcək ...

Oktyabr ayında musiqili teatr həvəskarlarını maraqlı tamaşalar gözləyir

23.09.2015 [01:17]
Azərbaycan Dövlət Musiqili Teatrının oktyabr repertuarı maraqlı tamaşalarla zəngindir. AZƏRTAC teatrın oktyabr ayı üçün repertuarını təqdim edir ...

Azərbaycanlı skripkaçı Böyük Britaniyada və İspaniyada çıxış edəcək

22.09.2015 [00:10]
Azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva oktyabr ayında Böyük Britaniyada və İspaniyada çıxış edəcək. AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, Səbinə Rakçeyeva oktyabrın 6-da, 11-də və 18-də Böyük Britaniyanın müvafiq olaraq Bristol ...

Gəncə, Göygöl və Samuxda mədəni-musiqili görüşlər təşkil olunacaq

17.09.2015 [14:08]
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə cari ilin sentyabrın 21-də Göygöl, sentyabrın 22-də Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə, sentyabr ayının 23-də isə Samux rayonunda respublikanın tanınmış mədəniyyət və ...

VII Beynəlxalq Musiqi Festivalının açılışı Heydər Əliyev Sarayında keçiriləcək

11.09.2015 [11:52]
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun və Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabr 18-dən 28-dək dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, festivalının ...

Hər zaman yeri görünən sənətkar
20 avqust maestro Niyazinin doğum günüdür

20.08.2015 [06:31]
Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır Niyazi. Bütün mənalı ömrünün mənsub olduğu millətin musiqisinin təbliğinə həsr edən maestro yorulmadan, usanmadan, böyük şövqlə yaşayıb yaradıb. Dünyanın hər hansı məmləkətində canlı olaraq Azərbaycan musiqisi ...

Azərbaycanlı vokalçı “Orfey” radio simfonik orkestri ilə çıxış edəcək

16.08.2015 [10:27]
Oktyabrın 17-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında Azərbaycanın əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Dinara Əliyevanın konserti olacaq. AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, o, Rusiyanın “Orfey” radio simfonik ...

Azərbaycanlı bəstəkarın əsəri Venesiyada səsləndiriləcək

10.08.2015 [11:14]
Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin “Last Postlude — post…” əsəri oktyabrın 10-da Venesiyada “Biennale musica 2015”də səsləndiriləcək. AZƏRTAC bəstəkarın saytına istinadla xəbər verir ki, əsəri “Yeni musiqi studiyası” ansamblının solistləri təqdim edəcəklər ...

Azərbaycanlı vokalçı Ansi klassik musiqi festivalının qala-konsertində çıxış edəcək

08.08.2015 [17:00]
Avqustun 29-da Azərbaycanın əməkdar artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Ansi klassik musiqi festivalının qala-konsertində çıxış edəcək. AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, o, Sankt-Peterburq Filarmoniyasının əməkdar kollektivi Rusiya Akademik Simfonik ...

"Çaykovski-qala" konsertində həmvətənimizin dirijorluğu ilə Moskva Dövlət Universitetinin akademik xoru çıxış edəcək

06.08.2015 [18:37]
"Admiralteyskaya muzıka" XVI Beynəlxalq Festival çərçivəsində sentyabrın 20-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında "Çaykovski-qala" konserti təqdim olunacaq. AZƏRTAC Moskva Dövlət Konservatoriyasının saytına istinadla xəbər verir ki, konsertin ...

Şəkidə "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək VİDEO

06.08.2015 [12:41]
Cari ilin avqustun 22-dən 26-dək Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə reallaşacaq ...

Gənc violen ifaçısı Elvin Xoca Qəniyev Avstriyada ustad dərslərində iştirak edəcək

05.08.2015 [12:04]
Hazırda Ankara şəhərində yaşayan gənc istedadlı violen ifaçısı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev avqustun 10-dan 22-dək Avstriyanın Zalsburq şəhərində keçiriləcək professor Zahar Bronun ustad dərslərində iştirak etməyə dəvət alıb. Azərbaycan Respublikası Prezidentinin ...

Azərbaycanın əməkdar artisti Braziliyada beynəlxalq festivalda iştirak edib

04.08.2015 [10:41]
Tanınmış tar ifaçısı, Azərbaycanın əməkdar artisti Sahib Paşazadə Braziliyanın San Paulo ştatının Braqanza Paulista şəhərində keçirilmiş "Serrinya" Beynəlxalq İncəsənət Festivalında iştirak edib. ...

Lamuryö orkestri yeni mövsümü Azərbaycan incəsənət ustalarının çıxışı ilə açacaq

02.08.2015 [18:34]
Sentyabrın 13-də Lamuryö orkestri Parisin “Champs-Élysées” teatrında mövsümü, habelə “İpək və Od” (“De Soie et de Feu”) festivalını Azərbaycan incəsənət ustalarının çıxışı ilə açacaq. AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, orkestrə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru ...

Azərbaycanın xalq artisti Rusiya Dövlət Simfonik  Kinematoqrafiya Orkestri ilə birgə çıxış edəcək

02.08.2015 [07:15]
Sentyabrın 12-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında "Qəlbin musiqisi" adlı konsert proqramı təqdim olunacaq. AZƏRTAC konservatoriyanın saytına istinadla xəbər verir ki, Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin ...

Bəstəkar Fərəc Qarayevin "Gözəllik röyadırmı?" əsəri İsveçrədə səsləndiriləcək

29.07.2015 [14:53]
Sentyabrın 27-də İsveçrədə (Sitzberg) bəstəkar, əməkdar incəsənət xadimi Fərəc Qarayevin solo gitara üçün "Gözəllik röyadırmı?" əsəri səsləndiriləcək. AZƏRTAC bəstəkarın rəsmi saytına istinadla xəbər verir ki, əsəri Kristof Jöqin ...