Çində avtovağzal binasının sürüşdürülməsi Ginnesin Rekordlar Kitabına düşüb VİDEO

17.09.2019 [17:12]
Çinin Siamen şəhərində 30 min tonluq avtovağzal binası xüsusi texnika vasitələrinin köməyi ilə 90 dərəcə sürüşdürülərək döndərilib. AZƏRTAC xəbər verir ki, 170 ədəd "Boeing 747" təyyarəsi ağırlığında olan binanın sürüşdürülməsinə fevralda başlanılıb ...

Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?

15.09.2019 [18:53]
Elm adamları 66 milyon il əvvəl yaşanan və dinozavrların, eləcə də canlıların 75 faizinin məhvinə səbəb olan nəhəng bir meteoritin planetimizlə toqquşmasının izlərini daşıyan qaya nümunələri ilə Yer kürəsinin ən “qaranlıq günlərindən” birini aydınlığa çıxarıblar ...

Heyrətamiz mini qacetlər

12.09.2019 [16:37]
Son illər fitnes-bilərziklər və smart-saatlar sürətlə populyarlaşır. Bu qurğular vaxtı göstərir, nəbzi ölçür, yuxunu təhlil edir və uzun müddət oturaq vəziyyətdə olan istifadəçilərə xatırladır ki, hərəkət edib açılışmağın vaxtı çatıb. Lakin kompakt devayslar ...

İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlanıb

10.09.2019 [23:31]
İndoneziya şirkəti kəməri göbələkdən, korpusu ağacdan düzəldilmiş ekoloji təmiz saat hazırlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb. Layihənin müəllifi olan “Mycotech” şirkətinin nümayəndəsinin sözlərini sitat gətirən qəzet yazır ...

Tokioda keçiriləcək Olimpiada zamanı isti ilə mübarizədə süni qardan istifadənin mümkünlüyü araşdırılır

05.09.2019 [11:05]
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları isti hava ilə mübarizə üçün kanoedə avarçəkmə meydançasında süni qardan istifadənin səmərəliliyini araşdırırlar. AZƏRTAC xəbər verir ki, həmin sınaqların gələn həftə keçirilməsi ...

Nikon F fotoaparatı mühüm innovasiyalı əmtəələr siyahısına daxil edilib

04.09.2019 [15:29]
Yaponiya Milli Təbiət və Elm Muzeyi müəyyən sahəni formalaşdıran və insanların həyat tərzinə təsir edən 26 adda məhsulu innovasiyalı əmtəələr siyahısına daxil edib. AZƏRTAC xəbər verir ki, elm və texnologiyalar sahəsində ...

Vəfalı it sahibinin cəsədini bir aydan çox qoruyub

03.09.2019 [18:01]
Təxminən bir ay əvvəl itkin düşmüş Sankt-Peterburqdan olan 66 yaşlı turistin cəsədi Murmansk vilayətindəki tundrada aşkarlanıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, cəsədin yanında turistin itini görüblər. Retriver cinsindən olan it bu müddət ərzində xeyli arıqlasa da, sahibinin cəsədini tərk etməyib ...

Özbək abituriyent eyni vaxtda 18 ali məktəbə qəbul olunub

03.09.2019 [15:19]
Özbək abituriyent Jaxangir Muxammadkarimov eyni vaxtda 18 ali məktəbə qəbul olunub və ölkə tarixində özünəməxsus rekorda imza atıb. O, daha bir universitetdən cavab gözləyir. AZƏRTAC xəbər verir ki, Jaxangir Muxammadkarimovun ali məktəblərə qəbul olunduğu ölkələr sırasında Birləşmiş Ərəb ...

Misirin damsız evləri

03.09.2019 [08:07]
Misirə gələn turistlər buradakı evləri damsız görəndə xeyli təəccüblənirlər. AZƏRTAC xəbər verir ki, yerli sakinlər bu cür evlər tikməkdə davam edirlər. Ölkədə isti iqlim şəraiti olduğundan və yağış nadir hallarda yağdığından belə evlərdə yaşamaq Misir əhalisi üçün daha rahatdır ...

Qətərdə asfaltı niyə mavi rənglə rəngləyirlər?

02.09.2019 [19:08]
Qətərin paytaxtı Dohada asfaltı mavi rənglə rəngləyərək təcrübə aparıblar. AZƏRTAC xarici saytlara istinadla bildirir ki, bunun bir neçə səbəbi var. Qətər isti ölkə olduğundan burada asfalt günəş şüaları altında çox qızaraq, orta hesabla 20-25 ...

Danimarkanın Orhus şəhəri işıqforları vikinqlərin təsviri ilə təchiz edib

29.08.2019 [20:46]
Danimarkanın Orhus şəhəri işıqforları vikinqlərin təsviri ilə təchiz edib. AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, hələlik 17 yeni işıqfor quraşdırılıb. İşıqforlarda adi işarələrin əvəzinə əllərində döyüş qalxanı və baltası tutan vikinqlər təsvir edilib ...

Cerard Batler “Bu Spartadır!” frazasının yaranması tarixçəsini bölüşüb

28.08.2019 [17:18]
ABŞ aktyoru Cerard Batler “300 spartalı” filmində sonralar memə çevrilmiş məşhur “Bu Spartadır!” frazasının necə yaranmasından danışıb. AZƏRTAC “Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə GQ nəşri yazıb. Batler bildirib ki, ucadan ...

Birləşmiş Ərəb Əmirliklərində qadından qəribə boşanma ərizəsi

25.08.2019 [08:41]
Birləşmiş Ərəb Əmirliklərinin qadın sakini məhkəməyə qəribə boşanma ərizəsi ilə müraciət edib. AZƏRTAC Khaleej Times nəşrinə istinadla xəbər verir ki, qadın bu addımı ərinin “hədsiz məhəbbətinə” dözməməsi səbəbindən ...

Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq

24.08.2019 [09:32]
Yaponiyanın “Mori Building” tikinti şirkəti Tokionun mərkəzində “Gündoğar ölkə”nin ən hündür göydələnini inşa edəcək. AZƏRTAC xəbər verir ki, paytaxtın Minato rayonunda həyata keçiriləcək layihənin “Toranomon-Azabuday” adlanan ən hündür binasının hündürlüyü 330 metr ...

İlon Mask Marsı yaşayış üçün əlverişli etməyin fantastik yolunu təklif edib

23.08.2019 [12:42]
Qırmızı planetdə koloniya yaratmağı arzu edən məşhur biznesmen İlon Maks Günəş işığını Marsa yönəltməklə bu planeti yaşayış üçün əlverişli etməyin fantastik yolunu təklif edib. O, bununla bağlı sosial şəbəkədəki səhifəsində kiçik qeyd yazıb ...

Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək

22.08.2019 [12:18]
Uzun müddətdir NASA-da təlim keçən və kosmosa uçacaq ilk pakistanlı olacaq xanım Namirə Səlim bildirib ki, kosmos diplomatiyası dünyaya sülh gətirəcək. AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, pakistanlı astronavt ...

Bankomat kartı geri qaytarmırsa, nə etməli?

19.08.2019 [16:35]
Bəli, bu, xoşagəlməz olsa da, tamamilə həll ediləcək bir problemdir. Belə olan halda yalnız necə hərəkət etməyi bilməyiniz vacibdir. AZƏRTAC “tonkosti.ru” saytına istinadla “inadçı” bankomatla baş verən belə hallarda karınıza gələcək bir neçə sadə məsləhəti ...

Keniyalı aşpaz dünya rekorduna imza atıb

19.08.2019 [14:23]
Keniyalı aşpaz Malihə Məhəmməd fasiləsiz yemək bişirilməsi üzrə mütləq dünya rekorduna imza atıb. AZƏRTAC The Star qəzetinin saytına istinadla xəbər verir ki, aşpaz xanım 75 saat ərzində müxtəlif yeməkləri fasiləsiz hazırlayıb. O, bununla Los-Anceles şəhərindən olan həmkarı Riki Lumpkinin ...

Dünyada ən məşhur brilyantlardan biri satışa çıxarılacaq

15.08.2019 [12:15]
Dünyada ən məşhur brilyantlardan biri – 14,83 karatlıq “Qızılgül ətri” brilyantı “Alrosa” almazçıxarma şirkəti tərəfindən bu ilin noyabrında satışa çıxarılacaq. AZƏRTAC xəbər verir ki, bu məlumatı Bloomberg agentliyinə şirkətin nümayəndəsi verib ...