Təbii qaz ixracının dəyəri üç ayda 3,4 milyard dollar təşkil edib

30.04.2022 [06:53]
Cari ilin yanvar-mart aylarında ölkədən 5 milyard 686,8 milyon kubmetr təbii qaz ixrac edilib. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 3 milyard 463,8 milyon ABŞ dolları olub ...

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

30.04.2022 [06:17]
Yanvar-mart aylarında ölkədən 158,7 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 91,07 milyon ABŞ dollarından çox olub ...

Son üç ayda ixrac edilən neft və neft məhsullarının dəyəri 3,6 milyard olub

30.04.2022 [03:23]
Yanvar-mart aylarında Azərbaycandan 5 milyon 887,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 3 milyard 680,03 milyon ABŞ dolları olub. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb ...

Üç ayda 33 min tondan çox neft bitumu ixraca göndərilib

30.04.2022 [00:03]
Bu ilin yanvar-mart aylarında ölkədən 33,7 min ton neft bitumu ixrac edilib. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 7,8 milyon ABŞ dolları olub ...

“Azəriqaz”: Son 10 il ərzində 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb

29.04.2022 [18:06]
Bu il SOCAR tərəfindən təsdiq edilmiş plana əsasən, müxtəlif bölgələrdə ümumi olaraq 69 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası zamanı bildirib. Şöbə rəisinin sözlərinə ...

Azərbaycanda qazlaşma səviyyəsi son 13 ildə 34,1 faiz artıb

29.04.2022 [15:29]
Azərbaycanda qazlaşma səviyyəsi 2009-cu ildə 62,2 faiz idisə, hazırda bu göstərici 96,3 faizə çatıb. Bu da son 13 ildə 34,1 faiz artım deməkdir. AZƏRTAC xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov ...

SOCAR İstiqrazları üzrə ikinci kupon ödənişi sahiblərinə 1,125 milyon dollar gəlir gətirəcək

29.04.2022 [14:06]
Nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi mayın 4-də ...

SOCAR: Bu il Azərbaycandan Avropaya qaz nəqlində 30 faiz artım gözlənilir

29.04.2022 [12:44]
Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini ...

Azərbaycan neftinin qiyməti 110 dolları ötüb

29.04.2022 [10:18]
Azərbaycan neftinin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,83 dollar artaraq 110,17 dollar olub ...

Dünya birjalarında neft qiymətləri

29.04.2022 [10:16]
Dünya birjalarında neft qiymətləri bahalaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,86 ...

“Azəriqaz” İB-də Ümumdünya Əməyin Mühafizəsı Günü qeyd olunub

28.04.2022 [19:03]
Aprelin 28-də Beynəlxalq Əmək Təşkilatının bu il üzrə 28 aprel - Əməyin Mühafizəsi Günü üçün müəyyən edilmiş “Müsbət təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edin” devizi altında “Azəriqaz” İstehsalat Birliyində (İB) tədbir keçirilib ...

Nizami rayonunda sahibkarların və vətəndaşların müraciətləri dinlənilib

28.04.2022 [18:42]
“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası paytaxtın Nizami rayonunda keçirilib. İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya zamanı sahibkarların və vətəndaşların təbii qazla bağlı müraciətləri dinlənilib. Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini ...

SOCAR-la “Uniper” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

28.04.2022 [18:05]
Aprelin 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubaxın ...

Cari ilin 3 ayında magistral qaz kəmərləri ilə 10,7 milyard kubmetr qaz nəql edilib

28.04.2022 [17:06]
Cari ilin yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 10 milyard 769,6 milyon kubmetr qaz nəql edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qazın nəqlinin 46,7 faizi Bakı-Tbilisi-Ərzurum ...

Azərbaycan neftinin qiyməti bahalaşıb

28.04.2022 [10:21]
Azərbaycan neftinin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,62 dollar artaraq 107,34 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ...

Neft qiymətləri ucuzlaşıb

28.04.2022 [10:09]
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,99 dollar azalaraq 103,33 dollar, Nyu-Yorkun NYMEX ...

Quba sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinləniləcək

27.04.2022 [12:31]
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. İB-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə səyyar qəbul otağı Quba rayonu, Barlı kəndində təşkil olunacaq. Aprelin 28-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək ...

Azərbaycan neftinin qiyməti 4 dollardan çox artıb

27.04.2022 [11:40]
Azərbaycan neftinin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,62 dollar artaraq 106,72 dollar olub. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı ...

Neft qiymətləri bahalaşıb

27.04.2022 [10:41]
Dünya birjalarında neft qiymətləri bahalaşıb. AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,75 dollar artaraq 105,74 dollar, Nyu-Yorkun NYMEX ...