Bakı Dövlət Universiteti: Ötən gün 5776 tələbə imtahan verib

25.06.2021 [12:32]
Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası onlayn formatda davam edir. BDU-dan AZƏRTAC-a bildiriblər ki, ötən gün 273 qrup üzrə 5567 tələbə (498 nəfəri “SABAH” qrupu olmaqla) imtahan verib. Magistratura səviyyəsində 53 ixtisaslaşmada 30 fənn üzrə 209 nəfər imtahan verib ...

Biofizika İnstitutunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

25.06.2021 [12:28]
Biofizika İnstitutunda 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Biofizika İnstitutundan məlumat verilib. Tədbirdə institutun elmi katibi Florida Mehrəliyeva, Kadrlar şöbəsinin müdiri Mehriban Əhmədova çıxış edərək ...

BDU-da seminar: Böyük Qafqazın şimal-şərq yamacı landşaft komponentlərinin Сoğrafi İnformasiya Sistemi əsasında təhlili

25.06.2021 [12:11]
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Böyük Qafqazın şimal-şərq yamacı landşaft komponentlərinin Сoğrafi İnformasiya Sistemi əsasında təhlili” mövzusunda elmi seminar keçirilib. BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən Fiziki coğrafiya kafedrasının müəllimi ...

Kolleclərə qəbul olmaq üçün 27 mindən artıq abituriyent ərizəsini təsdiqlədib

25.06.2021 [12:09]
Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu iyunun 29-dək internet vasitəsilə aparılır ...

Təhsil Nazirliyi: Məktəb inspektoru vəzifəsi üzrə müsabiqə davam edir

25.06.2021 [12:07]
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib ...

Dendrologiya İnstitutu əməkdaşının məqaləsi Rusiya Elmlər Akademiyasının jurnalında dərc olunub

25.06.2021 [12:04]
AMEA-nın Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi Güllü Əliyevanın tədqiqat işlərinin nəticəsini əks etdirən məqaləsi Rusiya Elmlər Akademiyasının “Skvortsovia” jurnalında işıq üzü görüb. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib ...

Bakı Dövlət Universitetində Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş tədbir

25.06.2021 [11:56]
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan onlayn tədbir keçirilib. Əvvəlcə Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib ...

Azərbaycanlı alim Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının fəxri doktoru seçilib

25.06.2021 [11:46]
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmləri doktoru Mustafa Mustafayev Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının Elmi şurasının qərarı ilə bu müəssisənin fəxri doktoru seçilib ...

Azərbaycan Ordusu – Zəfər tariximizin şanlı səhifəsi

25.06.2021 [11:41]
2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu 44 günlük şanlı savaşda qazandığı möhtəşəm qələbəsi ilə bütün Qafqaz regionunun ən güclü ordusu kimi, sülh və təhlükəsizliyin əsas təminatçısı olduğunu göstərdi. Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA Tarix İnstitutunun ...

“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

25.06.2021 [11:27]
İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatının “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfransı ...

Hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub

25.06.2021 [11:22]
Xalqın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gələrək Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkədəki vəziyyəti kökündən dəyişdi. Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, cəbhədə vəziyyət müsbət istiqamətdə inkişaf etdi ...

Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir

25.06.2021 [10:58]
Dövlət Gömrük Komitəsinin Akademiyasına 2021/2022-ci tədris ilində magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmasına qəbul aparılır. Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən ...

“SABAH” qruplarına tələbə seçimi davam edir

25.06.2021 [10:37]
2021-2022-ci tədris ili üzrə “SABAH” qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi davam edir. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə nazirliyin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan ...

Dövlət Neft və Sənaye Universiteti ilə “Daşkəsən Dəmir Filiz” MMC təhsil və elmi-texniki sahələrdə əməkdaşlığa başlayır

25.06.2021 [10:34]
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təhsil və elmi-texniki inkişafa dəstək haqqında ...

Akademik İsa Həbibbəyli Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib

25.06.2021 [10:19]
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü, Türkmənistan Elmlər Akademiyası və Türkmənistan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Elm, texnika və innovativ texnologiyaların inkişafı” mövzusunda onlayn beynəlxalq konfransda iştirak edib ...

“Magistr” jurnalının 4-cü nömrəsi nəşr olunub

25.06.2021 [10:02]
Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsini nəşr edib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının ...

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərə müraciət edib

25.06.2021 [09:53]
Müxtəlif komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlər eyni məzmuna malik fənn üzrə imtahan verən zaman həmin komissiyaların hər hansı birində aldığı müsbət qiymət digər komissiyaların da həmin fənn üzrə imtahanına şamil edilir ...

Mərkəzi Elmi Kitabxanada “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışı olub

24.06.2021 [19:24]
İyunun 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev, AMEA-nın vitse-prezidenti, akademik ...

“Milli geyimlər: Öyrənək və yaşadaq” adlı dəfilə keçirilib

24.06.2021 [18:58]
Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Elmi-kütləvi iş və təhsil şöbəsinin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli geyimlər: Öyrənək və yaşadaq” adlı dəfilə keçirilib. Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri ...