Akademik Lətif İmanovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

01.02.2022 [16:05]
Sentyabr-oktyabr aylarında Şuşa və Bakı şəhərlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun təşkilatçılığı ilə akademik Lətif İmanovun 100 illik yubileyinə həsr olunan “Molekulyar spektroskopiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək ...

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balı azaldılıb

01.02.2022 [16:00]
“Xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Cədvəli”nə dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Respublikasının Prezidenti yanında ...

Muzeyşünaslıq elminə dəyərli töhfə

01.02.2022 [15:46]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikovanın “Azərbaycan muzeyşünaslığı” adlı ikicildlik monoqrafiyası nəşr edilib ...

Dövlət orqanlarında inzibati vəzifələr üzrə daxili müsahibədə iştirak etmək üçün 20 nəfər qeydiyyatdan keçib

01.02.2022 [15:13]
Kənd Təsərrüfatı Nazirliyi və Gənclər və İdman Nazirliyində inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aid 9 inzibati vəzifənin tutulması məqsədilə yanvarın 21-də elan olunmuş daxili müsahibəyə qeydiyyat davam edir ...

Şərqşünas alim İspaniyada beynəlxalq konfransda çıxış edib

01.02.2022 [15:00]
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova İspaniyanın Valensiya şəhərində keçirilən V Beynəlxalq Avropa Disiplinlərarası Araşdırmalar Konfransında iştirak edib ...

Qafqazşünasların III Beynəlxalq Forumu keçiriləcək

01.02.2022 [14:53]
İyun ayında AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Qafqazşünasların III Beynəlxalq Forumu keçiriləcək. Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib. Forum “Vətən müharibəsi və Qafqazda yeni reallıqlar”, “Qafqaz regionunda ictimai-siyasi proseslər” ...

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün test imtahanları və təlimlər keçirilir

01.02.2022 [14:45]
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimlər, ilkin və yekun test imtahanları keçirilib. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ilkin test imtahanı zamanı 111 namizədin psixometriya və ümumi intellekt səviyyəsi yoxlanılıb. Yekun test imtahanında isə namizədlərin təlimlər zamanı ...

Memarlıq və İnşaat Universiteti daha bir şirkətlə əməkdaşlığa başlayır

01.02.2022 [14:36]
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə məsaməli beton blokları istehsalçısı “AAC” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova tələbələrin əmək bazarına ...

İnformatika fənni üzrə işçi qrupunun iclası keçirilib

01.02.2022 [12:41]
Dövlət İmtahan Mərkəzində (DİM) İnformatika fənni üzrə işçi qrupunun iclası keçirilib. DİM-dən AZƏRTAC-a bildirilib ki, gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “İnformasiya və informasiya prosesləri” bölməsinin müzakirəsi olub ...

Təhsil Nazirliyi Gənclər Günü münasibətilə #GənclərləGələcək həştəq kampaniyasına başlayır

01.02.2022 [12:34]
Təhsil Nazirliyi də Gənclər Günü münasibətilə #GənclərləGələcək həştəq kampaniyasına start verir. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd yaradıcı, istedadlı və vətənpərvər ...

Tarix-diyarşünaslıq muzeylərinin məktəblərdə fəaliyyəti ilə bağlı seminar təşkil olunub

01.02.2022 [12:29]
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə il ərzində keçirilməsi nəzərdə tutulan seminarlar silsiləsinin ilk onlayn tədbiri olub. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib ...

Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə - sənəd qəbuluna başlanılır

01.02.2022 [12:21]
Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan ...

“Elm, özünüinkişaf və sağlam karyera” mövzusunda ustad dərsi

01.02.2022 [12:17]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) və “Elin Səsi” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc alimlər, ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün “Elm, özünüinkişaf və sağlam karyera” mövzusunda ustad ...

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib

01.02.2022 [12:17]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib. Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan ...

İqtisadiyyat İnstitutunda növbəti elmi seminar keçirilib

01.02.2022 [12:09]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutunun baş direktoru professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə bir sıra dövlət qurumlarının, AMEA-nın digər institutlarının, ali təhsil müəssisələrinin əməkdaşları ...

Zəfər tariximizdə “Şuşa İli”

01.02.2022 [12:03]
XVIII əsrdən bəri dövlətçiliyi, memarlığı və mədəni irsi ilə özünə tarix yazmış Qarabağın incisi - Şuşa şəhəri Azərbaycan üçün çox dəyərli bir məkandır. Qarabağ xanlığının paytaxtı - Şuşa şəhəri digər xanlıq mərkəzlərindən fərqli olaraq, yeni məkanda, salındığı yerin qeyri-adi ...

BDU-nun əməkdaşlarına IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından ödənişsiz istifadə imkanı yaradılır

01.02.2022 [10:55]
“Micro Information Handling and Distribution FZE” şirkəti Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyətinə, gənc tədqiqatçılarına və Elmi kitabxananın oxucularına fevralın 1-dən etibarən bir ay sınaq müddətində IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından ...

Bruney-Darüssalamda təqaüd proqramı ilə təhsil almaq imkanı

01.02.2022 [10:52]
Bruney-Darüssalam 2022-2023-cü tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüd proqramı elan edib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına müraciətlər fevralın 15-dək qəbul olunur. Təqaüd proqramı barədə ...

Latviyada növbəti tədris ili üzrə təhsil almaq üçün təqaüd proqramına sənəd qəbulu davam edir

01.02.2022 [10:51]
Latviya Respublikası Hökuməti 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa ...