Otüstü xokkey üzrə Azərbaycan çempionatları və birinciliklərində fasilə başa çatır

10.09.2014 [11:11]
Otüstü xokkey üzrə Azərbaycan çempionatları və birinciliklərində fasilə başa çatır. AzərTAc xəbər verir ki, sentyabrın 11-də kişilərdən ibarət komandalar ikinci dövrəyə başlayacaqlar. Çempionatın ilk hissəsində 4 iştirakçı dairəvi sistemlə bir-biri ilə 2 dəfə qarşılaşıblar. Keçirdiyi 6 oyunun 5-də qələbə qazanan və birini heç-heçə başa vuran “Atasport” (Bakı) ...

Azərbaycan yığması “Avro-2015”in seçmə mərhələsində çıxışını başa vurub

10.09.2014 [10:31]
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Avro-2015”in seçmə mərhələsində çıxışını başa vurub. AzərTAc xəbər verir ki, qrupda son oyununu Riu-Mayor şəhərindəki “Municipal” stadionunda ...

V “Baku Open” Beynəlxalq turnirində 300-dən artıq karateçi mübarizə aparacaq

10.09.2014 [10:14]
Sentyabrın 12-13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində V “Baku Open” Beynəlxalq karate turniri keçiriləcək. AzərTAc xəbər verir ki, ənənəvi yarışda ilk dəfə 16 ölkənin komandası iştirak edəcək. Turnirdə Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə, İran, Tailand, Gürcüstan, Bolqarıstan ...

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi keçirilib VİDEO

10.09.2014 [00:29]
Sentyabrın 9-da Qırğız Respublikasının Çolpon-Ata şəhərində Dünya Köçəri Oyunlarının rəsmi açılışı olub. 17 ölkədən nümayəndə heyətinin iştirak etdiyi tədbiri ümumilikdə 7 min tamaşaçı canlı izləyib. Mərasimdə 350 idmançı iştirak edir. ...

Futbol üzrə Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib

09.09.2014 [22:58]
Sentyabrın 9-da “Bakcell Arena”da “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində futbol üzrə Azərbaycan və Bolqarıstan milli komandaları qarşılaşıb. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. AzərTAc xəbər verir ki, israilli baş hakim Alon Yefetin idarə etdiyi oyunun ilk hissəsində ...

Daşkənddə güləş üzrə dünya çempionatında Azərbaycan idmançılarından biri qızıl, digəri gümüş medal qazanıb VİDEO

09.09.2014 [22:01]
Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildiriblər ki, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz dünya çempionatını ...

“Bakı 2015”in Əməliyyat Komitəsi Avropanın üç ölkəsi ilə əsas yayım müqaviləsi bağlayıb

09.09.2014 [21:21]
“Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi qitənin üç ölkəsi-Rumıniya, Macarıstan və Belçika ilə beynəlxalq yayım müqaviləsi bağlayıb. Bu müqavilələrin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında keçiriləcək 17 günlük birinci Avropa Oyunlarını canlı izləyə biləcəklər. ...

Şahmat Qran-prisi seriyası oktyabrın 1-də Bakıda başlanacaq

09.09.2014 [18:27]
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2014-2015-ci illərin Qran-pri seriyasında iştirak edəcək şahmatçıların siyahısını açıqlayıb. Adları bu siyahıya daxil edilmiş 16 şahmatçı arasında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da var. ...

Azərbaycan millisi yoldaşlıq oyununda inamlı qələbə qazanıb

09.09.2014 [17:58]
Latviyanın Liepaya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. AFFA-dan AzərTAc-a bildiriblər ki, latviyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb. ...

Azərbaycanlı gimnastlar Belarusda batut üzərində tullanma üzrə Dünya kubokunda çıxış edəcəklər

09.09.2014 [17:40]
Sentyabrın 12-13-də Minskdə batut üzərində tullanma üzrə Dünya Kuboku keçiriləcək. AzərTAc xəbər verir ki, yarışlarda ölkəmizi dörd idmançı – Oleq Piunov, İlya Qrişunin, Ruslan Ağamirov və Səbinə Zaytseva təmsil edəcək. Gimnastların hərəkətlərinə məşqçi Vladimir ...

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyada dünya çempionatının növbəti mərhələsinə vəsiqə qazanıb

09.09.2014 [17:38]
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Jesolo şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində iştirak edir. Millimiz ilk görüşündə Çexiya yığmasını 4:1 hesabı ilə məğlub edib ...

Azərbaycan U-21 komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq

09.09.2014 [16:18]
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Portuqaliya və Azərbaycan yığma komandaları qarşılaşacaqlar. AzərTAc xəbər verir ki, Riu-Mayor şəhərindəki “Municipal” stadionunda keçiriləcək oyunu ...

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

09.09.2014 [15:14]
İstanbulda Əhməd Comərdin xatirəsinə həsr olunmuş ənənəvi boks turniri davam edir. AzərTAc xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan boksçularımızdan yalnız Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb. Milli komandamızın üzvü Türkiyə idmançısı Aybukə Kırcaslanı cəmi 10 saniyəyə nokauta salıb ...

Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə komandasının üzvləri Vətənə dönüblər

09.09.2014 [14:15]
ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə milli komandasının idmançıları Vətənə dönüblər. AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli ...

“Tour of China” veloyürüşünün ikinci bölümü başlayıb

09.09.2014 [14:02]
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün ikinci bölümünə start verilib. AzərTAc xəbər verir ki, birinci bölümdə inamlı təsir bağışlayan “Synergy Baku” komandasının bütün üzvləri 130 kilometr məsafəyə mübarizədə eyni nəticə göstəriblər. Velosipedçilərimizdən Aleksandr Surutkoviç ilk yarışın ümumi sıralanmasında 6-cı olan Metyu ...

Cavid İmamverdiyev Türkiyə klubunda debüt edib

09.09.2014 [07:41]
Türkiyənin “Elazığspor” klubuna icarəyə verilən “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev yeni komandasında debüt edib. AzərTAc xəbər verir ki, gənc yarımmüdafiəçi “Kayserispor” ilə yoxlama oyununda start ...

Latviya 2015-ci ildə basketbol üzrə Avropa çempionatının qruplarından birini qəbul edəcək

09.09.2014 [01:31]
2015-ci ildə basketbol üzrə Avropa çempionatının yarımqruplarından birinin turniri Latviyada keçiriləcək. Sentyabrın 9-da Beynəlxalq Basketbol Federasiyasının (“FIBA Europe”) Avropa bölməsi belə qərar qəbul edib. Fransa (Monpelye), Xorvatiya (Zaqreb) və Almaniya da (Berlin) hərəsi bir qrup qəbul ...

Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib

08.09.2014 [22:08]
Sentyabrın 8-də Daşkənddə böyüklər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatının rəsmi açılış mərasimi olub. Çempionatda dünyanın 100 ölkəsindən 24 çəki dərəcəsində 800-dən artıq idmançı iştirak edir. ...