Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turnirinə yekun vurulub

05.09.2014 [19:50]
Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turnirinə yekun vurulub. AzərTAc xəbər verir ki, Velotrekdə təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən müxtəlif klub və cəmiyyətlərin 40-a yaxın idmançısı ilə yanaşı, trek yığmamızın aparıcı üzvləri Olqa İsmayılova, Yelena Pavluxina, Elmar İsmayılov, Nicat Niftəliyev, Sirac Hüseynzadə və Sergey Omelçenko da iştirak ediblər. ...

Bakının “İnter” futbol komandası yoxlama oyunu keçirəcək

05.09.2014 [19:43]
Çempionatda yaranmış fasilədən istifadə edərək Bakının “İnter” futbol komandası yoxlama oyunu keçirməyi planlaşdırır. Klubdan AzərTAc-a bildiriblər ki, sentyabrın 6-da baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri “Sumqayıt”la qarşılaşacaqlar. Oyun “Bakı” futbol klubunun təlim-məşq bazasında keçiriləcəkdir. ...

Bosniyalı qapıçı Ginnesin Rekordlar Kitabına düşüb

05.09.2014 [18:57]
İngiltərənin “Stok Siti” futbol klubunun bosniyalı qapıçısı Asmir Beqoviç ən uzaq məsafədən qol vuran futbolçu kimi rəsmən Ginnesin Rekordlar Kitabına düşüb. AzərTAc bunu komandanın mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir. 2013-cü ilin noyabrında “Sauthempton” komandası ilə görüşün ...

“Baku Open 2014” Beynəlxalq şahmat festivalında C turniri start götürür

05.09.2014 [18:57]
Sentyabrın 6-da Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümünə həsr olunmuş “Baku Open 2014” Beynəlxalq şahmat festivalında C turniri ( 12 yaşadək uşaqlar arasında) start götürəcək. ...

Azərbaycan - Bolqarıstan oyununu israilli hakimlər briqadası idarə edəcək

05.09.2014 [18:38]
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan - Bolqarıstan oyununu idarə edəcək hakimlər müəyyənləşib. AzərTAc xəbər verir ki, sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək oyunu israilli baş hakim Alon Yefet idarə edəcək. Ona həmyerliləri Danny Krasikov, David Elias Bitton və Nissan Davidy ...

Azərbaycan nümayəndə heyəti Belçikada Avropa Xüsusi Yay Oyunlarında iştirak edəcək

05.09.2014 [17:33]
Sentyabrın 9-dan 21-dək Belçikanın Antverpen şəhərində Avropa Xüsusi Yay Oyunları keçiriləcək. Bu mötəbər yarışlarda atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük idman növləri üzrə 42 nəfərdən ibarət Azərbaycan Xüsusi Olimpiya Komitəsinin nümayəndə heyəti də iştirak edəcək. ...

Bakıda Beynəlxalq Voleybol Federasiyası tərəfindən seminar keçiriləcək

05.09.2014 [16:52]
Xəbər verdiyimiz kimi, sentyabrın 10-dan 14-dək Bakıda çimərlik voleybolu üzrə “CEV European Championship Baku Masters-2014” turniri keçiriləcək. AzərTAc xəbər verir ki, turnirin oyunlarını idarə edəcək xətt hakimləri və katiblər üçün Beynəlxalq Voleybol Federasiyasının (FİVB) nümayəndəsi Jeff Brehaut tərəfindən seminar ...

AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi keçirilib

05.09.2014 [16:27]
Sentyabrın 5-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi keçirilib. AzərTAc xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək Azərbaycan futbol ailəsinə daha bir nüfuzlu şirkətin üzv olmasının sevindirici hal olduğunu ...

İbrahimoviç İsveç yığma komandasının tarixində ən yaxşı “bombardir” olub

05.09.2014 [15:59]
İsveçin futbol üzrə yığma komandasının hücumçusu Zlatan İbrahimoviç klubunun Estoniya yığma komandası ilə 2:0 hesabı ilə başa çatan görüşündə 49-cu və 50-ci qollarını vurub. AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, bununla da, Z.İbrahimoviç öz milli komandasının tarixində ən yaxşı “bombardir” olub ...

Azərbaycanın iki cüdoçusu Rio de Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb

05.09.2014 [15:46]
Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə yığma komandası ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən dünya çempionatının ilk günündə üç medal qazanıb. AzərTAc xəbər verir ki, mundialda Bayram Mustafayev (66 kq), Ramin Qasımov (73 kq) qızıl, Səbinə Abdullayeva (57 kq) isə gümüş medala sahib olublar ...

“Zirə” peşəkar futbol klubu ictimaiyyətə təqdim olundu

05.09.2014 [12:38]
Sentyabrın 5-də Bakı Biznes Mərkəzində “Zirə” peşəkar futbol klubu ictimaiyyətə təqdim olundu.AzərTAc xəbər verir ki, mərasimdə klubun təsisçisi Tural Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından, Azərbaycan futbolunun inkişafı istiqamətində həyata ...

FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb

05.09.2014 [02:28]
FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb. AzərTAc xəbər verir ki, R.Həsənov UEFA-nın futbol üzrə Regionlar Kuboku yarışlarının Serbiyada keçiriləcək üçüncü qrupunun oyunlarını idarə edəcək. Serbiya, Bolqarıstan, Çexiya və İsveçrə komandalarının mübarizə aparacaqları bu qrupun ...

Azərbaycan “Eurobike” sərgisində VİDEO

04.09.2014 [21:50]
Avqustun son həftəsində Almaniyanın Fridrixşafen şəhərində ənənəvi “Eurobike” sərgisi keçirilib. AzərTAc xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də sərgidə velosiped və bu idman növü üçün zəruri olan ləvazimatların istehsalı ilə məşğul olan aparıcı şirkətlər iştirak ediblər ...

Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turniri keçirilir

04.09.2014 [21:43]
Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turniri keçirilir. AzərTAc xəbər verir ki, velotrekdə təşkil olunan yarışda Azərbaycan Velosiped Federasiyasının nəzdində fəaliyyət göstərən müxtəlif klub və cəmiyyətlərin 40-a yaxın ...

Bakının “Neftçi” komandasının baş məşqçisi vəzifəsinə Arif Əsədov təyin olunub

04.09.2014 [21:34]
Bakının “Neftçi” futbol komandasının baş məşqçisi vəzifəsinə Arif Əsədov təyin olunub. Klubdan AzərTAc-a bildiriblər ki, mütəxəssis ilə ikiillik müqavilə imzalanıb. Elmir Xankişiyev isə köməkçi məşqçi vəzifəsinə təyin edilib ...

Bakıda keçiriləcək polo üzrə “Dünya Kuboku” yarışlarında dörd peşəkar komanda iştirak edəcək

04.09.2014 [17:55]
Sentyabrın 4-də “Kempinski Hotel Badamdar” mehmanxanasında Bakıda start götürəcək polo üzrə “Dünya Kuboku” yarışlarına həsr olunmuş mətbuat konfransı keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən yarışın mətbuat üzrə məsul əməkdaşı ...

“Neftçi” futbol klubu baş məşqçi Böyükağa Hacıyev ilə yollarını ayırıb

04.09.2014 [15:32]
Bakının “Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib. Klubdan AzərTAc-a bildiriblər ki, “Neftçi”nin prezidenti onun istefasını qəbul edib. ...

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində iştirak edəcək

04.09.2014 [15:30]
Sentyabrın 5-dən 14-dək çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Jesolo şəhərində keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. AzərTAc xəbər verir ki, Azərbaycan millsinin heyəti açıqlanıb. ...