“Qəbələ” – PSV oyununda hesab açılmayıb

12.01.2015 [12:21]
Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” futbol komandası ilk yoxlama oyununu keçirib. Klubdan AzərTAc-a bildiriblər ki, 2015-ci ilin ilk sınağında “Qəbələ” Hollandiyanın PSV klubunun ikinci komandası ilə qarşılaşıb. Görüş baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında birinci qarşılaşma ...

Azərbaycan yığması beynəlxalq turniri beşinci pillədə başa vurub

12.01.2015 [11:25]
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması sonuncu oyununu keçirib. AzərTAc xəbər verir ki, Sankt-Peterburqdakı “Peterburqski” İdman-Konsert Kompleksində yığmamız beşinci yer uğrunda oyunda Belarus ...

Böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir

12.01.2015 [11:10]
Şağan Olimpiya Kompleksində böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir. AzərTAc xəbər verir ki, yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev 3-cü görüşünü də qələbə ilə başa vurub. Naxçıvan boksçusu bu dəfə Nurlan Qasımlı üzərində qələbə qazanıb. Bu çəki dərəcəsində təcrübəli ...

Bakının “Azəryol” voleybol komandası Rumıniyaya birbaşa İstanbuldan yollanacaq

12.01.2015 [07:14]
Türkiyədə hazırlığını davam etdirən Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası 2015-ci ilin ilk rəsmi qarşılaşmasına İstanbuldan yollanacaq. AzərTAc xəbər verir ki, Azərbaycan Super Liqasının gümüş mükafatçası Bakıya dönmədən Rumıniyaya səfər edəcək. Buna səbəb ...

“Simurq” komandası ispaniyalı mərkəz müdafiəçisini heyətinə cəlb edib

12.01.2015 [05:08]
Zaqatalanın “Simurq” futbol klubu transfer çalışmalarını davam etdirir. Klubdan AzərTAc-a bildiriblər ki, komanda daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb. İspaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado növbəti mövsümün sonunadək Zaqatala təmsilçisinin formasını geyinəcək ...

“Neftçi”nin əvəzedici heyəti də təlim-məşq toplanışını Antalyada keçirəcək

12.01.2015 [02:58]
“Neftçi” futbol klubunun əsas komandası ilə yanaşı, əvəzedici heyəti də hazırlığın ikinci mərhələsini Antalyada keçirəcək. Klubdan AzərTAc-a bildiriblər ki, yanvarın 11-də 23 futbolçu ilə Antalyaya yollanacaq əvəzedici komandanın təlim-məşq toplanışı 13 gün davam edəcək ...

Atçılığın konkur növü üzrə “Qış kuboku” keçiriləcək

12.01.2015 [00:54]
Yanvarın 15-17-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində atçılığın konkur növü üzrə “Qış kuboku” adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Federasiyadan AzərTAc-a bildiriblər ki, turnirdə Azərbaycan, Gürcüstan, İran və s. ölkələrdən ...

Şenes Erzik UEFA-nın birinci vitse-prezidenti vəzifəsindən ayrılır

11.01.2015 [20:27]
UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik tutduğu vəzifədən getmək qərarına gəlib. AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, türkiyəli futbol mütəxəssisi yanvarın sonunda təqaüdə çıxacağını bildirib ...

İtaliyanın “Formula Passion” saytı Azərbaycanın mühüm idman ölkəsinə çevrilməsindən yazır

11.01.2015 [16:15]
İtaliyanın “Formula Passion” saytı Azərbaycanın mühüm idman ölkəsinə çevrilməsindən yazır. Ölkəmizdə idman sahəsində əldə edilən nailiyyətlərin təhlil olunduğu yazıda bildirilir ki, son illərdə Azərbaycan bir çox cəhətləri ilə yanaşı, idman sektorunun güclü inkişafı ilə də dünya mediasının diqqət mərkəzindədir. ...

“Simurq” Antalyada beş yoldaşlıq görüşü keçirəcək

11.01.2015 [15:26]
Zaqatalanın “Simurq” futbol komandasının Antalyada təşkil edilən təlim-məşq prosesində dəyişikliklər olub. Klubdan AzərTAc-a bildiriblər ki, “Simurq” toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də təşkil ...

Prezident: Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik

11.01.2015 [14:14]
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib ki, biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. ...

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq toplanışını Türkiyədə keçirəcək

11.01.2015 [10:03]
“Qəbələ” futbol klubunun 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq toplanışı keçmək məqsədilə yanvarın 11-də Türkiyəyə yola düşəcək. Klubdan AzərTAc-a bildiriblər ki, baş məşqçi Mehman Yunusovun rəhbərliyi ilə komanda 8 günlük hazırlıq çərçivəsində 3 yoxlama ...

Türkiyədə keçiriləcək boks üzrə çempionat birinci Avropa Oyunlarına qatılacaq idmançılar üçün seçmə xarakteri daşıyacaq

11.01.2015 [00:10]
Yanvarın 11-dən 17-dək Türkiyənin Şanlıurfa vilayətində boks üzrə qadınlar arasında Türkiyə açıq çempionatı keçiriləcək. AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, çempionatdan əvvəl Türkiyə Boks Federasiyasının ...

“Xəzər-Lənkəran” komandası yoxlama oyununda heç-heçə edib

10.01.2015 [22:51]
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” futbol klubu yanvarın 10-da ilk yoxlama oyununu keçirib. AzərTAc xəbər verir ki, Lənkəran təmsilçisi ilə Türkiyənin həvəskarlar liqasında çıxış edən “Tekirdağspor” klubu arasında keçən görüş heç-heçə başa çatıb - 2:2. “Xəzər Lənkəran”ın heyətində 9-cu dəqiqədə Ağabala Ramazanov, 89-cu dəqiqədə isə penaltidən Rahid Əmirquliyev ...

Qadın voleybolçuların mübarizəsində “Rabitə” komandası “Lokomotiv” kollektivini məğlub edib

10.01.2015 [22:33]
Yanvarın 10-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2015-ci ilin ilk qarşılaşması keçirilib. AzərTAc xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində “Rabitə” komandası “Lokomotiv”i qəbul edib. Görüşdə ilk setdə “Lokomotiv” üstün olub. Lakin bundan sonra təşəbbüsü ələ alan ...

Boks üzrə Bakı şəhər birinciliyi keçirilib

10.01.2015 [20:16]
Hövsan Olimpiya İdman Kompleksində boks üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AzərTAc-a bildiriblər ki, birincilikdə 18 klubu təmsil edən idmançılar mübarizə aparıblar. Yarışın nəticələrinə görə Gilan İdman Klubunun təmsilçiləri Hakim Nəsirov ...

Boks üzrə ölkə çempionatının ikinci günündə 31 döyüş keçirilib

10.01.2015 [19:55]
Şağan Olimpiya İdman Kompleksində böyüklər arasında boks üzrə ölkə çempionatı davam edir. AzərTAc xəbər verir ki, yarışın ikinci günündə 31 döyüş keçirilib. Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə turnirə qələbə ilə başlayıb. O, ilk görüşdə Orxan Süleymanovu məğlub edib ...

Hollandiyalı futbolçu Bakının “İnter” klubunun Antalyadakı düşərgəsinə qoşulub

10.01.2015 [19:11]
Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” komandası transfer çalışmalarını davam etdirir. Yanvarın 10-da Hollandiyanın “Feyenoord” klubunun yarımmüdafiəçisi Ruben Şaken Antalyada “İnter”in düşərgəsinə gəlib. Həkim baxışından sonra təcrübəli futbolçu ilə müqavilə imzalanacaq ...

Lionel Messiyə “Barselona”nın məşqçisini işdən çıxarmağı vəd ediblər

10.01.2015 [18:05]
“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu İspaniya çempionatının 18-ci turunun yanvarın 11-nə nəzərdə tutulan matçından sonra Luis Enrikeni komandanın baş məşqçisi vəzifəsindən azad etməyi Lionel Messiyə söz verib. Kataloniyalılar “Nou Kamp” stadionunda keçiriləcək həmin matçda Madridin “ Atletiko” komandası ilə qarşılaşacaqlar ...