Yeni ildə opera və balet həvəskarlarını maraqlı tamaşalar gözləyir

01.01.2015 [19:40]
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir. AzərTAc xəbər verir ki, yanvarın 7-də Astor Pyatsollanın “Məhəbbət tanqosu”, 11-də Vasif Adıgözəlovun “Natəvan” operaları oynanılacaq ...

Yanvar ayında rusdilli tamaşaçıları maraqlı səhnə əsərləri gözləyir

01.01.2015 [14:05]
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 2015-ci il yanvar repertuarı zəngindir. AzərTAc xəbər verir ki, yanvarın 1-dən 5-dək uşaqlar üçün V.Reznikovanın “Yeni il gecəsində sehrbazlıq” tamaşası göstəriləcək ...

Gənc tamaşaçılar teatrının 2015-ci ilin yanvar repertuarı zəngindir

01.01.2015 [08:51]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2015-ci il yanvar repertuarı maraqlı tamaşalarla zəngindir. AzərTAc xəbər verir ki, yanvarın 1-dən 5-dək teatrın səhnəsində “Madaqaskar” yeni il tamaşası göstəriləcək ...

Pantomima teatrı həvəskarlarını yeni ildə maraqlı tamaşalar gözləyir

30.12.2014 [03:37]
Azərbaycan Dövlət Pantomima Teatrının 2015-ci il yanvar repertuarı maraqlı tamaşalarla zəngindir. AzərTAc xəbər verir ki, yanvarın 10-da Bəxtiyar Xanızadənin “Pantomima buketi”, ayın 11-də, 17-də və 25-də isə B.Xanızadənin və Bəhruz Əhmədlinin “Son ştrix” yeni tamaşası nümayiş olunacaq ...

Sumqayıt teatrında yeni tamaşalar

28.12.2014 [10:12]
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşaların məşqlərinə başlayıb. Teatrın direktoru İslam Həsənov AzərTAc-a bildirib ki, görkəmli dramaturq ...

“Leyli və Məcnun” müzikli nümayiş olunub

26.12.2014 [16:14]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Səda Tədris Teatrında Nizami Gəncəvinin “Leyli və ...

Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri yenidən İstanbul Şəhər Teatrının səhnəsində

21.12.2014 [18:35]
Azərbaycanın Xalq Yazıçısı Elçinin eyni adlı pyesi əsasında hazırlanmış “Şekspir” tamaşası növbəti dəfə İstanbul Şəhər Teatrında teatrsevərlərin görüşünə gəlib. Tamaşanın səhnə tərtibatı və quruluşu Əməkdar İncəsənət Xadimi Məlahət Abbasovaya məxsusdur ...

Xalq Artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr edilən xatirə gecəsi

20.12.2014 [20:31]
Məlik Dadaşov ampula anlayışını darmadağın edən aktyorlardandır. Onun üçün janr məhdudiyyəti olmayıb. Sənətkarı maraqlandıran insan idi. Aktyorun hünəri odur ki, insanın daxili aləmini aça bilsin. Məlik Dadaşov bu işin öhdəsindən gəlməyi bacardı. ...

Səhnəmizin Cülyettası – xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyi qeyd olunub

17.12.2014 [20:15]
Dekabrın 17-də Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib ...

“Qanlı Yanvar”ın qan donduran görüntüləri ekranlaşdırılır

16.12.2014 [00:44]
Biz çəkiliş meydanına çatanda hava çoxdan qaralmışdı. Bir tərəfdə dayanmış hərbi texnikanın, digər tərəfdə isə köhnə maşınların ətrafında çatılmış ocağın tüstüsü fonunda aparılan çəkilişlər həm insanı mənən qürurlandırır, həm də bir qədər vahimələndirirdi ...

“Rast. Niyazi” sənədli filminin təqdimatı keçiriləcək

15.12.2014 [14:34]
Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və beynəlxalq ...

Bakıda ilk dəfə “Yelləncəkdə iki nəfər” tamaşası göstəriləcək

15.12.2014 [01:05]
Dekabrın 23-24-də Bakıda ilk dəfə - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Uilyam Qibsonun pyesi əsasında hazırlanmış “Yelləncəkdə iki nəfər” tamaşası göstəriləcək. ...

Nizami Kino Mərkəzində “Hadi İnşallah” filminin təqdimatı və yaradıcı heyətlə görüş olacaq

14.12.2014 [21:13]
Dekabrın 22-də Nizami Kino Mərkəzində “Hadi İnşallah” filminin qala–gecəsi keçiriləcək. Kino Mərkəzindən AzərTAc-a bildirilib ki, rejissor Ali Taner Baltacının bu romantik komediyası Pucca adlı qızın həyatından bəhs edir. ...

“Fəna” Yuğ Dövlət Teatrında nümayiş olunacaq

11.12.2014 [11:56]
Dekabrın 13–də Yuğ Dövlət Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında “Fəna” tamaşası təqdim ediləcək. Tamaşanın quruluşçu rejissoru Mir Sahib Ağayev AzərTAc-a müsahibəsində bildirib ki, bu səhnə əsərini bir nəfəslik mərifət oyunu ...

Gənc Tamaşaçılar Teatrında fərqlənənlər mükafatlandırılacaqlar

11.12.2014 [10:30]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi daha bir yeniliyə imza atıb. Belə ki, teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və onların həvəsləndirilməsi, yaradıcılıqlarına diqqət və qayğının daha da artırılması məqsədilə yeni mükafat təsis edilib ...

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində onlayn ustad dərsi

11.12.2014 [05:54]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) onlayn ustad dərsi keçirilib. Universitetdən AzərTAc-a bildirilib ki, ustad dərsini İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FICTS) Avropa ...

Sehrli Landiyada yeni il

08.12.2014 [02:19]
Yeni il ərəfəsində Yer üzünün bütün insanları - böyüklər arzularının yerinə yetəcəyini, uşaqlar isə Şaxta babadan hədiyyələrini gözləyirlər. Bəs Şaxta baba özü haradan gəlir? AzərTAc xəbər verir ki, dekabrın 27-dən 30-dək Heydər Əliyev sarayında təqdim ...

“Maşa və ayı – maskalı qəhrəman köməyə gəlir”tamaşasının premyerası

07.12.2014 [17:15]
Dekabrın 27-dən 30-dək, yanvarın 2-3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Maşa və ayı – maskalı qəhrəman köməyə gəlir” tamaşasının premyerası keçiriləcək. Seanslar rus və Azərbaycan dillərində olacaq ...

Tanınmış Azərbaycan rejissorunun yubileyi

05.12.2014 [20:18]
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə dekabrın 5-də Dövlət Film Fondunda tanınmış Azərbaycan rejissoru Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd olunub. ...