“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

18.02.2022 [17:44]
Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbinin “İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib ...

BDU: “Blackboard” rəqəmsal tədris platformasının Azərbaycan dilində variantı istifadəyə veriləcək

18.02.2022 [11:32]
Bakı Dövlət Universitetində (BDU) ABŞ-ın təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkətinin nümayəndələri ilə hesabat xarakterli görüş keçirilib. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Görüşdə rektor Elçin ...

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Şəbəkə inzibatçısı istiqaməti üzrə təlimlər davam edir

17.02.2022 [17:25]
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan şəbəkə inzibatçısı istiqaməti üzrə təlimlər davam edir. Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçıları şəbəkə avadanlıqları, onların işləmə mexanizmi ...

Süni intellekt texnologiyalarının tətbiqi ilə yeni jurnalistikanın formalaşması problemləri araşdırılır

17.02.2022 [15:27]
AMEA İnformasiya Texnologiyaları İnstitutunda tədqiqat işlərinin müzakirələrinə həsr olunmuş onlayn elmi seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti seminarda müəssisənin baş mütəxəssisi Sünbül Zalova “Süni intellektə əsaslanan ...

BDU: “TEKNOFEST Azərbaycan” festivalına 25 layihənin təqdim olunması nəzərdə tutulur

16.02.2022 [17:41]
Bakı Dövlət Universitetində (BDU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına qatılmaq üçün hazırlıq işləri davam edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən festivala 25 layihənin təqdim olunması nəzərdə tutulur ...

Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması metodu işlənilir

16.02.2022 [14:54]
AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında müəssisənin dissertantı Könül Daşdəmirova “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” adlı tədqiqat işini təqdim edib ...

Dövlət Neft və Sənaye Universitetində Alqoritmika informasiya texnologiyaları kurslarına start verilib

16.02.2022 [11:32]
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyinin təşəbbüsü ilə Alqoritmika informasiya texnologiyaları kurslarının keçirdiyi “CODE FOR FUTURE” təhsil layihəsinin açılış tədbiri olub. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat ...

Kibertəhlükəsizlik üzrə milli yarışın qaliblərinin adları açıqlanıb

14.02.2022 [17:25]
Fevralın 14-də “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək gənclərin müəyyən edilməsi üçün kibertəhlükəsizlik üzrə milli yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib ...

UNEC-də tədris olunan 37 fənnin proqramı yenilənib

14.02.2022 [11:00]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021-2022-ci tədris ilinin yaz semestrində tədris olunacaq 37 fənnin tədrisinin keyfiyyətli təşkil edilməsi üzrə Türkiyənin Hacettepe, İstanbul, Ankara, Yıldız Texniki, Qazi, Artvin Çoruh universitetlərindən, Rusiyanın ...

“UFAZ Hackathon 2022” yarışında iştirak üçün qeydiyyat aparılır

12.02.2022 [11:45]
Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələri martın 5-6-da keçiriləcək “UFAZ Hackathon 2022” yarışına dəvət edir. UFAZ-dan AZƏRTAC-a bildirilib ki, hakatonda iştirak etmək üçün qeydiyyat fevralın 22-dək davam edəcək ...

Smartfon qanın laxtalanmasını müəyyənləşdirə biləcək

11.02.2022 [19:40]
Amerikalı həkimlər qanın laxtalanmasını smartfon vibrasiya mühərriki və kameralarının köməyilə tez müəyyənləşdirməyi öyrəniblər. Alimlər ümid edirlər ki, bu yanaşma tromb yaranmasına qarşı dərman içən pasiyentlərin həyatını asanlaşdıracaq. Tədqiqatın nəticələri ...

Milli radiasiya təhlükəsizliyi monitorinqi sisteminin yaradılması istiqamətində tədqiqatlar aparılır

11.02.2022 [15:57]
AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbər müavini Tural Mustafayevin “Industry 4.0 platformasında milli radiasiya təhlükəsizliyi monitorinqi sisteminin yaradılması üçün metod və alqoritmlərin ...

“Baku Skills” müsabiqəsi ilə bağlı tələbələr üçün infosessiya təşkil olunacaq

11.02.2022 [12:44]
Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “TEKNOFEST” əsasında “TEKNOFEST Azərbaycan” tədbiri təşkil olunacaq. Tədbir çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun ...

Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlər işlənilir

10.02.2022 [16:30]
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertant Tural Bədəlov “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatını ...

“Teknofest Azərbaycan” festivalı təşkil olunacaq

31.01.2022 [11:13]
Mayın 26-29-da Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq. Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin keçirilməsi planlaşdırılıb ...

İnformasiya Texnologiyaları İnstitutunda gənc tədqiqatçıların elmi fəaliyyətinə dəstək göstərilir

24.01.2022 [11:24]
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminarda fəlsəfə doktorluğuna iddialı olan daha 3 tədqiqatçının dissertasiya işlərinə dair müzakirələr aparılıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, öncə İnformasiya Texnologiyaları ...

Fəlsəfə doktorluğuna iddialı olan tədqiqatçıların fəaliyyətinin monitorinqi aparılır

21.01.2022 [14:19]
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktorluğuna iddialı olan bir qrup tədqiqatçının dissertasiya mövzuları üzrə apardıqları tədqiqatlar və əldə etdikləri nəticələrin müzakirəsinə həsr olunmuş onlayn elmi seminar keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, doktorant Şəlalə Mansurova “Böyük həcmli məlumatların analizi ...

Mərakeş yaşıl hidrogen istehsalı üzrə dünyada liderlərdən biridir

21.01.2022 [12:08]
Günəş və külək enerjisi istehsalının tərəfdarı olan Mərakeş Krallığı ekoloji təmiz hidrogen istehsalını 2030-cu ilə qədər bu sahədə özünün ən ümidverici hədəflərindən biri kimi elan edib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Bərpaolunan Energetika Agentliyinin (IRENA) “Enerjinin çevrilməsi geosiyasəti ...

Sosial şəbəkə istifadəçilərinin məlumatları əsasında demoqrafik xüsusiyyətlər araşdırılıb

12.01.2022 [18:19]
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda sosial şəbəkə istifadəçilərinin məlumatları əsasında demoqrafik xüsusiyyətlər araşdırılıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələri təhlil etmək üçün müxtəlif rejimlərdə işləmək, sosial şəbəkənin müxtəlif obyektlərini təhlil etmək və obyektlər arasındakı bütün əlaqələri nəzərə almaq ...