Keçən ay dəniz limanlarında 666,4 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

24.12.2019 [17:18]
Cari ilin noyabrında dəniz limanlarında 666,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 644 min tonunu tranzit yükləri təşkil edib. Ötən ay dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı isə ...

Bakıda 21 taksi duracaq məntəqəsi təşkil olunub

24.12.2019 [17:16]
Bakı Nəqliyyat Agentliyi cari ildə paytaxtda 21 taksi duracaq məntəqəsi təşkil edib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu il 675 metr səki “ideal səki” tələblərinə uyğunlaşdırılıb, 100 metr velosiped yolu pilot layihə olaraq inşa edilib, 256 avtobus dayanacaq pavilyonu təmir olunub ...

Metrodan istifadə edənlərin sayı artıb

24.12.2019 [16:20]
Cari ilin yanvar-noyabr aylarında 213,9 milyon nəfər metrodan istifadə edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz artıb ...

Bakı Nəqliyyat Agentliyi cari ildə 6936 vətəndaşın müraciətini cavablandırıb

24.12.2019 [15:58]
Bakı Nəqliyyat Agentliyi (BNA) cari ildə 6936 vətəndaşın müraciətini cavablandırıb. BNA-dan AZƏRTAC-a bildirilib ki, bu il agentlik tərəfindən 50 min 940 zəng qəbul edilib, 195 vətəndaş qəbul edilərək müraciətləri cavablandırılıb, 7025 müraciətə sosial şəbəkələrdə cavab verilib ...

Noyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

24.12.2019 [15:12]
Noyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4531 olub. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 53-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş ...

“Gültəkin Əsgərova” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb

24.12.2019 [14:26]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Gültəkin Əsgərova” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir işləri “Bibiheybət” gəmi təmiri zavodunda aparılıb ...

Ötən ay dəmir yolu ilə 254 milyon dollarlıq yük daşınıb

24.12.2019 [13:33]
Cari ilin noyabrında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 649 min 884 ton yük daşınıb ki, bu yüklərin dəyəri 254,1 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan ...

Cari ildə paytaxtda 261 küçə və prospektdə piyada xətləri bərpa olunub

24.12.2019 [12:09]
Bu il paytaxtda 261 küçə və prospektdə piyada xətləri bərpa edilib. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, cari ildə 133 küçə və prospektdə panduslar, 81-də məhəccərlər, 126-da tumbalar, 1275-də isə yol nişanları quraşdırılıb. Həmçinin 15 yol kəsişməsində sarı tor çəkilib ...

Samaradan Bakıya yeni aviareys açılır

24.12.2019 [11:58]
Rusiyanın Samara şəhərindən Bakıya yeni aviareys açılır. AZƏRTAC Samaranın “Kurumiç” beynəlxalq aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki, uçuşları “IrAero” aviaşirkəti həyata keçirəcək. Samaradan Bakıya birbaşa uçuşlar həftədə bir dəfə ...

David Zalkaliani: Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar

23.12.2019 [21:49]
Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar. Bu yolun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi daşınmaların vaxtını və xərclərini kifayət qədər azaldır. AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı ...

Paytaxtda daha 2 marşrut xətti üzrə avtobuslarda gedişhaqqı vahid kartla ödəniləcək

23.12.2019 [12:02]
Paytaxtda daha 2 marşrut xətti üzrə avtobuslarda gedişhaqqı vahid kartla ödəniləcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, BNA-nın tələbinə uyğun olaraq, daha 2 marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq ...

Rusiya aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

21.12.2019 [14:34]
Dekabrın 21-də Hindistanın Qoa şəhərindən Moskvaya uçan Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus təyyarə Bakı vaxtı ilə saat 11:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ...

Nazir müavini: İranla Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır

21.12.2019 [14:23]
İran ilə Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın İqtisadi İşlər və Maliyyə nazirinin müavini Əli Mahmud Müsəvi deyib. Parsabad əyalətində səfərdə olan nazir müavini iş adamları ilə ...

Paytaxtda sənaye məhsulunun 80,5 faizi mədənçıxarma sektorunda istehsal edilib

21.12.2019 [12:02]
On bir ayda paytaxtda sənaye məhsulunun 80,5 faizi mədənçıxarma sektorunda istehsal olunub. AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-noyabr aylarında sənaye müəssisələri ...

Daşkənddə beynəlxalq multimodal marşrutunun inkişafına dair müzakirələr aparılıb

21.12.2019 [11:49]
Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq multimodal marşrutunun inkişafı üzrə 5 ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub ...

® “Improtex Motors” şirkəti tam yeni “BMW X6” avtomobilini təqdim edib

19.12.2019 [12:29]
Dekabrın 18-də “Improtex Motors” şirkəti Əbdülkərim Əlizadə küçəsi 5 ünvanında yeni açılmış “Improtex Motors Exclusive” satış-sərgi salonunda yeni “BMW X6” modelini təqdim edib. Bu, artıq avtomobil seqmentinin banisi olan kult idman SAC-ın ...

Hava limanı istiqamətindəki yollarda sürət həddi endirilib

19.12.2019 [11:05]
Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh və Zığ dairəsi-hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib ...

Bu il paytaxtda 124 yeni dayanacaq pavilyonu quraşdırılıb

19.12.2019 [07:49]
Cari ildə paytaxtda 124 yeni dayanacaq pavilyonu quraşdırılıb. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, həmçinin il ərzində 371 yeni avtobus alınıb, 200 avtobus əsaslı təmir olunub, 8 avtobus parkı istifadəyə verilib və 10 marşrut ...

Bakı Dəmir Yolu Vağzalında “Kalman Kandon 150. Macarıstan Dəmir Yolları” adlı sərgi açılıb

18.12.2019 [19:20]
Dekabrın 18-də Bakı Dəmir Yolu Vağzalında “Kalman Kandon 150. Macarıstan Dəmir Yolları” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, tədbir Macarıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilib ...