Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

06.08.2020 [15:12]
Avqustun 6-dan etibarən “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu ...

Sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib

05.08.2020 [18:28]
Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “20 Yanvar” və “İçəri şəhər” stansiyaları ...

Gəmiçilik dezinfeksiya işlərini davam etdirir

05.08.2020 [18:25]
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir. ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ...

Paytaxtda 5 əlavə ekspress xətt üzrə avtobuslar fəaliyyətə başlayacaq

05.08.2020 [17:02]
Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə 5 sayda əlavə ekspress xətt təşkil edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu ekspress xətlər üzrə də avtobusların iş qrafiki ...

Bakı metrosunun sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb

05.08.2020 [11:11]
Bakı metrosunun sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb. “Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 4 avqust tarixli ...

İran Qəzvin-Zəncan dəmir yolu xəttinin tikintisi üçün 8,5 milyon dollar vəsait ayırıb

04.08.2020 [14:08]
İran hökuməti Qəzvin-Zəncan dəmir yolu xəttinin tikintisini davam etmək üçün 2 trilyon rial (8,5 milyon dollar) vəsait ayırıb. AZƏRTAC xəbər verir ki, bu barədə İranın Büdcə Planlaşdırması Təşkilatının rəhbəri Məhəmməd ...

Sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə videokonfrans formatında müşavirə keçirilib

03.08.2020 [17:27]
Sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə videokonfrans formatında müşavirə keçirilib. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə sərnişindaşımaların təşkili, görülən işlər ...

AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır

03.08.2020 [10:52]
Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 6-dan etibarən ...

AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırıb

30.07.2020 [22:03]
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib. AZAL-dan AZƏRTAC-a bildirilib ki, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb ...

Səudiyyə Ərəbistanı, Oman və Bəhreyndəki azərbaycanlıların hamısı Vətənə yola salınıblar

30.07.2020 [17:53]
Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının ölkəmizə təxliyəsi prosesi başa çatdırılıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən məlumat verilib ...

Həmyerlilərimiz çarter reysi ilə Kiyevdən Vətənə yola salınıb

30.07.2020 [16:38]
İyulun 30-da Ukraynada 155 həmyerlimiz Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reysi ilə Vətənə yola salınıb. AZƏRTAC xəbər verir ki, reysdən əvvəl 48 saat ərzində COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən ...

Pandemiya dövründə Bakı, Sumqayıt və Abşeronda 30 marşrut üzrə 139 avtobus istismar edilir

30.07.2020 [16:29]
Pandemiya dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 30 marşrut üzrə 139 avtobus istismar olunur. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ...

Karantin dövründə Avtomobil Nəqliyyatı Xidmətinin “qaynar xətti”nə 4168 müraciət daxil olub

30.07.2020 [16:02]
Karantin dövründə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) “qaynar xətti”nə 4168 müraciət daxil olub. AZƏRTAC xəbər verir ki, bu barədə DANX-ın cari il martın 24-dən iyulun 24-dək olan tarixlər üçün “Pandemiya dövründə ...

Bu ay avtobusla 417 mindən çox sərnişin daşınıb

30.07.2020 [15:38]
İyulda avtobusla 417 mindən çox sərnişin daşınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 2020-ci il martın 24-dən iyulun 24-dək olan ...

Ötən ay dəniz limanlarında 729,7 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

30.07.2020 [13:03]
İyunda dəniz limanlarında 729,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 700,1 min tonunu tranzit yükləri təşkil edib. Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə 2300 nəfər olub ...

Bakı Nəqliyyat Agentliyi yarım ildə 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edib

30.07.2020 [12:57]
Sərnişindaşıma infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin 6 ayında 78 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil olunub. 51 ünvanda isə dayanacaq pavilyonu quraşdırılıb ki, bunlardan da 36-sı ...

Mayda Azərbaycana 66 yük avtomobili gətirilib

30.07.2020 [11:52]
Mayda Azərbaycana 66 ədəd yük avtomobili idxal olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində ölkəyə 2405 ədəd minik avtomobili, 2 ədəd isə avtobus gətirilib. ...

Xidmət sahəsində işləyənlərin 17,9 faizi nəqliyyat vasitələrinin təmirində çalışıb

30.07.2020 [11:31]
İyunun 1-nə xidmət sahəsində işləyənlərin 17,9 faizi nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin xidmət sahəsində işləyənlərin 4,5 faizi nəqliyyat və anbar ...

Avqustun 1-2-də Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt qatarları hərəkətdə olmayacaq

29.07.2020 [16:40]
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1-2 avqust tarixlərində hərəkətdə olmayacaq. “Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a ...