Beynəlxalq forumda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışılıb

22.09.2021 [17:45]
Türkiyənin İstanbul şəhərində VI Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdə regionun aparıcı nəqliyyat-logistika şirkətlərinin, nəqliyyat strukturlarının nümayəndələri, rəsmi şəxslər iştirak ediblər. “ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirib ki, forumun sessiyalarında çıxış edənlər beynəlxalq ...

AZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb

22.09.2021 [15:24]
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Pilotların Hazırlığı Mərkəzində “Embraer E-190” tipli təyyarələrində uçuşların simulyasiyası üçün yeni təlim trenajor kompleksi quraşdırılıb. AZAL-dan AZƏRTAC-a bildirilib ki, yeni trenajor kompleksi Azərbaycan Milli Aviadaşıyıcısının ...

Ötən həftə 20 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil olunub

22.09.2021 [05:49]
Ötən həftə 20 ünvanda 50-yə yaxın avtobus dayanacaq məntəqəsi təşkil edilib. AZƏRTAC Bakı Nəqliyyat Agentliyinin (BNA) həftəlik icmalına istinadla xəbər verir ki, keçən həftə ərzində 5 ünvanda pandus və məhəccər, 28 küçə və prospektdə 150-yə yaxın yol nişanı quraşdırılıb ...

Oktyabrın 1-dən immunitet sertifikatı və ya COVID-19 pasportu olmayan sürücülər reysə buraxılmayacaq

21.09.2021 [22:15]
Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb edilən iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir ...

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılıb

21.09.2021 [19:57]
Bakı metropoliteninin “Bənövşəyi xətt”i üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyasının inşasına başlanılıb. “Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, “Bənövşəyi xətt”in ...

Qazaxıstan Azərbaycana aviareysləri bərpa etməyi planlayır

21.09.2021 [19:46]
Qazaxıstanda COVID-19-un yayılmasının qarşısını almaq üçün idarələrarası komissiyanın iclasında karantin şərtlərinin yumuşaldılması qərarı qəbul edilib. Qazaxıstan sentyabrın 27-dən etibarən 16 ölkə - Azərbaycan, Rusiya, Türkiyə, BƏƏ ...

BNA: 160 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

21.09.2021 [19:21]
Sentyabrın 22-dən 160 nömrəli marşrut xətti (“Koroğlu” NMM - Binə qəsəbəsi ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin ...

Yeni tədris ilinin başlanması ilə əlaqədar işıqforlarda “yaşıl dalğa” tətbiq ediləcək

21.09.2021 [18:57]
Yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlərin icrasına başlanılıb. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə ...

Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi üçün tədbirlər görülür

21.09.2021 [15:43]
Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam gücü ilə işləməsi üçün birgə tədbirlər görülür. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a ...

Yeni tədris ili ilə əlaqədar Bakı Avtovağzalından çıxan avtobusların sayı 2 dəfə artırılacaq

20.09.2021 [19:55]
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda, Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib ...

“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb

20.09.2021 [16:48]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub ...

Paytaxtda ilk dəfə xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb

18.09.2021 [15:38]
Paytaxtda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində ...

“ADY Express” şirkətinin nümayəndələri beynəlxalq konfransda iştirak edib

18.09.2021 [01:34]
Batumidə “Argus Mineral Gübrələr 2021. MDB, Xəzər və Qara dəniz hövzələri ölkələrinin bazarları” adlı beynəlxalq konfransı keçirilib. Konfransda “ADY Express” MMC-nin şirkətinin nümayəndələri də iştirak ediblər. MMC-dən AZƏRTAC-a bildirilib ki, tədbir geniş beynəlxalq auditoriyanı bir araya gətirib ...

Azərbaycan könüllüləri ilə “Gənclər Hərəkətdə” adlı görüş keçirilib

17.09.2021 [22:34]
“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan könüllüləri ilə “Gənclər Hərəkətdə” adlı görüş keçirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, BNA-nın “Nəqliyyat Könüllüləri” proqramının rəhbəri Nahid Quliyev kampaniyanın mahiyyəti və həyata keçiriləcək tədbirlər haqqında iştirakçılara məlumat verib ...

Azərbaycan ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib

17.09.2021 [17:51]
Sentyabrın 16-da Kiyev şəhərində Azərbaycan ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, görüşdə ...

Moskvada keçirilən iclasda Azərbaycanda dəmir yolu sahəsinin perspektivlərindən danışılıb

17.09.2021 [13:58]
Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının (TDBƏŞ) 30-cu yubiley Plenar iclası Moskvada videokonfrans formatında təşkil edilib. İclasda Avropa, Asiya və MDB ölkələrinin dəmir yolları qurumlarının rəhbərləri, dövlət təşkilatlarının nümayəndələri ...

Hava nəqliyyatı ilə sərnişindaşıma 39,9 faiz artıb

16.09.2021 [20:11]
Yanvar-avqust aylarında hava nəqliyyatı ilə 687,2 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 39,9 faiz çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,3 faizi dövlət, 0,7 faizi isə özəl müəssisələrə məxsus ...

Avqustda dəmir yolu ilə 213 min sərnişin daşınıb

16.09.2021 [20:07]
Avqustda dəmir yolu nəqliyyatı ilə 213 min sərnişin daşınıb. Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib. Xatırladaq ki, iyulda dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı 205,1 min nəfər olub ...

Avqustda nəqliyyat vasitələri ilə 16,5 milyon ton yük daşınıb

16.09.2021 [19:43]
Avqustda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 16,5 milyon ton yük daşınıb. Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib. Xatırladaq ki, iyulda daşınan yüklərin həcmi 15,7 milyon ton olub ...