Mikayıl Useynov prospektində avtobus zolağının tələblərinə uyğun yol nişanları qoyulub

17.12.2020 [18:21]
Paytaxtın Mikayıl Useynov prospektində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub ...

Noyabrda ölkədə 145 minik avtomobili istehsal edilib

17.12.2020 [17:02]
Noyabrda ölkədə 145 minik avtomobili istehsal olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 31,1 milyon manatlıq məhsul istehsal edilib ...

TRACECA-nın Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb

17.12.2020 [15:25]
Cari ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 32,7 milyon ton, yük dövriyyəsi isə 7 milyard 731,2 milyon ton-kilometr olub ...

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 3,9 faizi taksilərin payına düşüb

17.12.2020 [14:45]
Cari ilin yanvar-noyabr aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 26,9 milyon sərnişin daşınıb və 2019-cu ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalma qeydə alınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin ...

Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadılıb

17.12.2020 [11:39]
Avropanın ən qabaqcıl dəniz dövlətlərini geridə qoyan ölkəmiz dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası ilə bağlı mühüm addımlar atır. Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 2021–ci il martın 31-dək uzadıb ...

Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

17.12.2020 [10:48]
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib ...

Azərbaycanın fəaliyyəti Beynəlxalq Dəniz Təşkilatı tərəfindən yüksək dəyərləndirilib

16.12.2020 [15:21]
Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı koronavirus (COVID-19) pandemiyası dövründə dənizçi peşəsinin “xüsusi diqqətə ehtiyac olan” peşə kimi nəzərə alınaraq müvafiq tədbirlərin görülməsi barədə 174 üzv dövlətə ...

Paytaxtın daha bir küçəsində xüsusi düymə ilə idarə olunan işıqfor quraşdırılıb

16.12.2020 [15:17]
Paytaxtın daha bir küçəsində xüsusi düymə ilə idarə olunan yeni işıqfor quraşdırılıb. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, Asif Məhərrəmov küçəsində ...

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı Çinlə sərhədə çatıb VİDEO

16.12.2020 [11:14]
Dekabrın 4-də İstanbuldan çıxan, dekabrın 10-da Bakı Limanından keçərək Sian şəhərinə istiqamətlənən Türkiyənin ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıb. Bu barədə AZƏRTAC-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ...

Türkiyəli nazir: Bu vaxtadək TAP boru kəmərinə 70 milyon kubmetr təbii qaz vurulub

15.12.2020 [19:01]
“Trans-Adriatik” boru kəmərinə (TAP) bu vaxtadək 70 milyon kubmetr təbii qaz vurulub. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib. Nazir bildirib ki, Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazı Avropaya daşıyacaq ...

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı nəqliyyat nazirlərinin iclasında təmsil olunub

15.12.2020 [17:10]
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) nəqliyyat nazirlərinin növbəti görüşü onlayn formatda keçirilib. Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, İran İslam Respublikasının yol və şəhərsalma naziri, Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri ...

Dəniz Akademiyası Vətən müharibəsinin iştirakçılarına güzəştlər edəcək

15.12.2020 [14:45]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi Şurasının növbəti iclası keçirilib. QSC-dən AZƏRTAC-a bildirilib ki, Elmi Şuranın gündəliyində duran məsələlərdən biri də ADDA-nın rektoru ...

Paytaxtın daha bir prospektində avtobus zolağının tələblərinə uyğun müvafiq yol nişanları qoyulacaq

15.12.2020 [12:40]
Yaxın günlərdə paytaxtın Mikayıl Useynov prospektində avtobus zolağının tələblərinə uyğun olaraq müvafiq yol nişanları qoyulacaq. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən hərəkətdə olarkən avtobus zolağının ...

“ADY Express” ixrac rejimində polipropilen yüklərinin nəqlini davam etdirir

15.12.2020 [11:21]
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen məhsulunun ixrac rejimində Qazaxıstana nəqlini davam etdirir ...

Bakı-Gürcüstan avtomobil yolunun 96-cı kilometrində hərəkət məhdudlaşdırılacaq

14.12.2020 [10:47]
Təmir-bərpa işləri ilə əlaqədar dekabrın 14-dən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrində, magistralın Hacıqabul rayonunun Navahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı ...

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb

14.12.2020 [10:45]
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb. “ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, 15 mininci konteyner Türkmənistan-Türkiyə marşrutu ilə hərəkət edən qatarın ...

“8 Noyabr” metro stansiyasının lövhəsi quraşdırılıb

12.12.2020 [14:55]
Vətən müharibəsindəki şanlı Qələbənin şərəfinə “8 Noyabr” adlandırılan Bakı Metropoliteninin yeni stansiyasının lövhəsi artıq quraşdırılıb. AZƏRTAC xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Ceyhun ...

Paytaxt yollarındakı tıxac avtobusların hərəkətinə çətinlik yaradır

11.12.2020 [18:30]
Paytaxt yollarındakı tıxac avtobusların hərəkətinə çətinlik yaradır. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, saat 15:30 radələrindən başlayaraq şəhərin əksər küçə və prospektlərində ...

Bakının bəzi küçə və prospektlərdə tıxac müşahidə olunur

11.12.2020 [17:49]
Hazırda paytaxtın əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm ...