SPORTS
AZERBAIJAN TAEKWONDOISTS TO TEST THEIR STRENGTH IN CAIRO
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Davos şəhərində ABŞ-ın “İntel” şirkəti idarə heyətinin sədri Kreyq Barret ilə görüşmüşdür.
Kreyq Barret dedi ki, əsasən kompyuter, noutbuk və digər elektron avadanlığı istehsalı və ixracı sahəsində çox məşhur şirkət kimi biz Azərbaycanda xüsusi iqtisadi-texnoloji zonalar yaradılması işinə sərmayə qoyub, istehsalla məşğul olmaq istəyirik. Məqsəd Azərbaycanın elektron avadanlıqlarının ixracatçısına çevrilməsinə kömək etməkdir. O, şirkətin Azərbaycanda təhsildə, məktəblərin kompyuterləşdirilməsində iştirakından danışdı, bu əməkdaşlıqdan razılığını bildirdi. Cənab Barret həm də BMT tərəfindən yaradılmış İKT və İnkişaf üzrə Qlobal Alyansın sədri kimi fəaliyyət göstərdiyini xatırlatdı. O, dövlətimizin başçısını bu il fevralın sonunda ABŞ-da keçiriləcək foruma dəvət edərək dedi ki, bu mötəbər forumda, əsasən, iqtisadi siyasətlə bağlı yeni fikirlər açıqlanacaqdır. Kreyq Barret özünün də Azərbaycana səfər etməyə hazır olduğunu bildirdi.