AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə əhalisinin sayı açıqlanıb

31.01.2017 [11:44]

Bakı, 31 yanvar, Əsəd Məmmədov, AZƏRTAC

Türkiyə əhalisinin sayı açıqlanıb. AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, əvvəlki illə müqayisədə 2016-cı ildə əhalinin sayı 1 milyon 73 min 818 nəfər artaraq 79 milyon 814 min 871 nəfərə çatıb.
Məlumatda qeyd edilir ki, ölkə əhalisinin 50.2 faizini kişilər, 49.2 faizini isə qadınlar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az