AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimali Koreya: qitələrarası ballistik raketin ikinci sınağı uğurlu olub

29.07.2017 [05:01]

Bakı, 29 iyul, AZƏRTAC

Şimali Koreya şənbə günü ikinci dəfə “Xvason-14” qitələrarası ballistik raketin uğurlu sınağını keçirib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi məlumat yayıb.
Raket 47 dəqiqə 12 saniyə ərzində 998 kilometr məsafə qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 kilometr olub.
Qitələrarası ballistik raketin buraxılışının qonşu ölkələr üçün heç bir təhlükə yaratmadığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az