AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda alma konsentratı istehsalı üzrə müəssisə yaradıla bilər

11.12.2017 [17:39]

Bakı, 11 dekabr, AZƏRTAC
"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin icrası məqsədilə bir sıra rayon və şəhərlərdə kiçik və ortaölçülü emal müəssisələrinin yaradılması məqsədəuyğun hesab edilib.
AZƏRTAC Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadla xəbər verir ki, Quba və ya Qusar rayonunda illik istehsal gücü 50 min ton olan alma konsentratı zavodu inşa edilə bilər. Quba, Qusar və Xaçmaz rayonlarında kiçikhəcmli meyvə emalı (o cümlədən qurudulması), kiçik və ortahəcmli meyvə emalı və meyvəqurutma, eləcə də meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması məqsədəuyğun hesab olunub.
Eyni zamanda, Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Lənkəran, Dağlıq Şirvan, Yuxarı Qarabağ iqtisadi rayonları üzrə bu cür müəssisələrin yaradılması tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az